Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!


İki gün əvvəl məlumat verərək bildirdik ki, Bakının Qaradağ rayonunda yerləşən "Servis+" MTK-nın inşa etdiyi binalarda yüzlərlə sakini narahat edən və kütləvi etirazlara səbəb ola biləcək ciddi qalmaqal alovlanıb. "DİA-AZ"  olaraq verdiyimiz məlumatda deyilirdi ki, tikinti şirkətinin şəriklərindən biri olmuş, zamanında tikintidəki narazılıqlara, maliyyə məsələlərinə görə oradan uzaqlaşdırılan Nazim Tahirov tərəfindən qurulan sxem nəticəsində 700-ə yaxın mənzil və qeyri-yaşayış sahəsi sahibi mülkiyyət hüquqlarını itirmək təhlükəsi ilə üz-üzə qalıb.
Sakinlərin verdiyi məlumata görə, təxminən 1-2 il əvvəl Nazim Tahirov kürəkəni Turan Mirzəliyev vasitəsilə “Servis+” MTK-da çoxsaylı mənzil və qeyri-yaşayış sahələrinin satışını təşkil edib.
Alqı-satqı prosesi tam qanuni qaydada həyata keçirilib, maliyyə arayışları və hüquq müəyyənedici sənədlər Turan Mirzəliyev tərəfindən imzalanaraq vətəndaşlara təqdim olunub. Lakin satışdan cəmi 1 il keçdikdən sonra gözlənilməz hadisə baş verib.
Nazim Tahirov MTK sədri vəzifəsinə təyin etdirdiyi öz sürücüsü Zəka Zeynalovun adından Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Bu gün məhkəmədən tələb olunur ki, vaxtilə Turan Mirzəliyev tərəfindən vətəndaşlara verilmiş maliyyə arayışları və hüquq müəyyənedici sənədlər etibarsız sayılsın, satılmış mənzillər və qeyri-yaşayış sahələri geri alınaraq MTK-ya qaytarılsın. Nazim Tahirov kürəkəninin vətəndaşlardan aldığı vəsaitləri də geri qaytarmaq haqda düşünmür.
Məsələnin ən absurd və qalmaqallı tərəfi odur ki, məhkəmədə etibarsız sayılması tələb olunan həmin sənədlərin hər birinin altında elə Nazim Tahirovun kürəkəni Turan Mirzəliyevin öz imzası var. Yəni, faktiki olaraq, Nazim Tahirov bir tərəfdən kürəkəni vasitəsilə vətəndaşlara əmlak sataraq pulları mənimsəyib, digər tərəfdən isə sürücüsü Zəka Zeynalovun adı ilə həmin əmlakları sakinlərin əlindən almağa çalışır.
Yeri gəlmişkən, Zəka Zeynalov bu səpkili qanunsuz hərəkətlərinə görə Suraxanı rayon Məhkəməsi tərəfindən inzibati qaydada həbs olunub.
Baş verən bu qanunsuzluq və açıq dələduzluq sxemi "Servis+" MTK-dan mənzil almış sakinlər arasında kəskin narazılıq və hiddət doğurub. Yüzlərlə ailə illərlə topladıqları vəsait hesabına aldıqları evlərin əllərindən alınması təhlükəsinə qarşı sərt mövqe ortaya qoyur.
****
İndi isə gələk yeni məqama. Diqqətli oxucular da xatırlayır ki, buna qədər də Nazim Tahirovun ölkənin hüquq sistemini rəsmən ələ saldığı, oyuncağa çevirdiyi təəssüratını yaradan faktları ictimailəşdirmişdik. Bu vaxta qədər onlarla ayrı-ayrı sahibkarlar və yüzlərlə sakinlərin adından edilən müraciətləri də zamanında təqdim etmişdik. Lakin görünəni odur ki, “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbəri Nazim Tahirov nə Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədovdan və nə də ki Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovdan çəkinmir. Çünki sözühedən ali dövlət nümayəndələrinə edilən müraciətlər belə bu adamın dələduz əməllərinin durdurulması üçün yetərli görünmür.
Artıq Azərbaycan məhkəmələrinə özünün DƏLƏDUZ əməllərini rəsmiləşdirəcək bir ÜNVAN KİMİ BAXAN Nazim Tahirovda ciddi əminlik var ki, onsuz da ölkəmizin məhkəmə-hüquq sistemi satılıqdır və o pul gücünə istənilən özbaşınalığına hüquqi don geyindirə biləcək.
Çünki bu vaxta qədər baş verənlər də məhz belə deməyə əsas yaradır. Konkret olaraq bir sahibkarı intihar həddinə çatdıran və onlarla sahibkarı müflis duruma salan və bütün bu əməllərini məhz qanunsuz məhkəmə qərarları ilə həyata keçirən Nazim Tahirov artıq əmindir ki, QANUN ŞAH DEYİL... ONUN PUL GÜCÜNƏ SATIN ALDIĞI VƏ ALACAĞI məhkəmə instansiyaları QANUNUN ŞAHLIĞINI kölgə altına alır.
Təbii kİ, bu faktlar ilk növbədə həm Ədliyyə Naziri Fərid Əhmədovu və həm də Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovu düşündürməlidir. Çünki enində-sonunda bu HÜQUQİ ÖZBAŞINALIĞIN HESABI məhz onlardanb sorulacaq...
Məsələ diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq...
Tarix: Bu gün, 13:23
Xəbəri paylaş



Xəbər lenti