Xəbər verdiyimiz kimi, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən azad olunub. "DİA-AZ" bildirir ki, bu qərardan sonra yerli KİV-də müxtəlif səpgili informasiyalar yayılmaqdadır.
Məsələn ilk olaraq bildirildi ki, Elçin Yusubov məhz sahibkarların şikayəti əısasında vəzifəsindən azad olunub. Bunun ardından isə onun fəaliyyətinin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığı və ciddi yeyinti faktlarının aşkar edildiyi xəbəri yayıldı. Ardından isə daha başqa ittihamlar...
Yəni aydın olanı odur ki, Xankəndi düşməndən azad olunsa da BİR QULDUR tərəfindən yenidən qarətə məruz qalıb.
"DİA-AZ" bildirir ki, bunu sakinlər öz gileylərində deyir.
Sakinlərdən birnin (adının çəkilməsindən ehtiyatlanır -red.) iddialarına görə, Elçin Yusubov fəaliyyətdə olduğu dönəmdə ermənilərdən boşaldılmış evləri şəxsi biznesinə çeviribmiş:
"Ordakı yaşayış və qeyri-yaşayış yerləri onun rəhbərliyi altında baha qiymətə hüquqi və fiziki şəxslərə icarəyə verilsə də, bütün bu hesablaşmalar nəticəsində əldə olunan gəlirlər birbaşa olaraq mənimsənilib. Tək Elçin Yusubov deyil. Orda Eldar müəllim, Natiq, Elmir, səbuhi adlı işçilər də var ki, rəsmən özlərini qoçu kimi aparırlar, dövlətin mal-mülkünü dədə-malı kimi qarət edirlər. Əgər yaxşı araşdırsalar, daha böyük yeyinti faktları üzə çıxar. Bunun yolu sadədir. Xankəndi, Ağdərə və Xocalıdakı yaşayış və qeyri-yaşayış yerlərinin icarə müqavilələri təftiş olunsun. Görün, nələr üzə çıxacaq..."
Qeyd edək ki, Elçin Yusubov 2024-cü il martın 7-də Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdi.
Xatırladaq ki, daha öncə Bakının Nəsimi rayonunun icra başçısı Elxan İbrahimov da sahibkarların şikayətindən sonra işdən çıxarılmışdı. Adıçəkilən sabiq məmur həmin vəzifədə cəmi 1 ay duruş gətirə bilmişdi.
Tarix: Bu gün, 15:18