Ruslar sülhməramlı yox, katalizatordurlar: - “Revanşistlərə dəstək... ”
“Xankəndi və ətraf ərazilərdə bütün kommunikasiya xətləri, ilk növbədə də Tərtər- Ağdərə-Kəlbəcər yolu təxirəsalınmadan açılmalıdır ki, Kəlbəcər və Laçın rayonlarının ərazisində qış şəraitində yerləşən Azərbaycan əsgərlərinin təminatında heç bir problem yaşanmasın”.
Bu sözləri BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli özünün “Facebook” hesabında yazıb. Onun fikrincə, bu hal mövcud vəziyyətdə bizim üçün əlavə avantaj olar.
Dünən Hadrut istiqamətində törədilən təxribat da bu cür təşəbbüsü zəruri edir. Bir istəyirsən, təəccüblənəsən,amma sonra düşünürsən ki, yox, söhbət ermənilərdən gedir. Onlardan gözlənilən məhz elə budur. Deməli, atalar misalında deyildiyi kimi, nə olur olsun, ehtiyatı əldən verməməliyik.
Sabir Məmmədli bu barədə “Sherg.az”a danışarkən “bu xəmirin hələ çox su aparcağını” belə izah edib:
“Noyabrın 10-da imzalanmış bəyanata əsasən Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və ətraf ərazilərdə Rusiya sülhməramlıları yerləşdirilmiş və oradan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və terrorçu dəstələrinin çıxarılması, tərk-silah edilməsi nəzərdə tutulmuşdu. Bununla belə, indiyədək Xankəndi və ətraf ərazilərdə Azərbaycanın suveren hüquqları bərpa olunmayıb.
Dağlıq Qarabağ ərazisində qondarma terrorçu rejim öz mövcudluğunu davam etdirir. Erməni silahlı dəstələri və terrorçu qrupları tərk-silah edilməmiş qalır. Onlar hələ də bölgədən çıxarılmayıblar.
Üstəlik, bu cür fəaliyyətə heç cəhd də edilməyib. Eyni zamanda Rusiya sülhməramlıları beynəlxalq sülhyaratma missiyası ilə bir araya sığmayan fəaliyyətlə məşğul olur. Xankəndi və ətraf əraziləri qapalı məkana çevirirlər. Onlar davamlı olaraq Ermənistandan Qarabağa silahlı dəstələr daşıyır, yarıhərbiləşdirilmiş qruplar təşkil edir. Müxtəlif vasitələrlə revanşist qüvvələrə dəstək verməkdədirlər.
Məlum bəyanata uyğun olaraq müharibənin son günlərində Ağdərə və Xocavənd istiqamətində olan 20-25 minlik Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan çıxarılmalı idi. Amma erməni silahlı birləşmələri bu günədək nəinki çıxarılmayıb, əksinə, bu qüvvələr kazarma şəraitinə keçirilir, yenidən komplektləşdirilir və açıq şəkildə revanşa hazırlaşdırılır. Rusiya sülhməramlıları özlərini Dağlıq Qarabağın sahibi kimi aparır. Qondarma terrorçu rejimin başçısı ilə görüşlər keçirir, birgə fəaliyyət göstərir. Qondarma qurumun bayrağı altında sənədlər imzalayırlar. Rusiya sülhməramlıları Ermənistandan Dağlıq Qarabağa 45 mindən artıq erməni qaçqınını gətirdiyi halda bir nəfər də olsun azərbaycanlı məcburi köçkününü Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və ətraf yaşayış məntəqələrinə yerləşdirməyiblər. Halbuki həmin ərazilərdə olan bir çox kənd və qəsəbələrdə münaqişəyədək yalnız azərbaycanlılar yaşayıblar”.
S.Məmmədlinin fikrincə, rəsmi Moskvanın adı “sülhməramlı” olsa da, özü katalizatordur:
“Bütün bu hadisələr fonunda biz hadisələrə adekvat cavab verə bilmirik. Hadisələrin gedişi, cəmiyyətə təqdim olunan informasiya onu göstərir ki, monitorinq mərkəzinin işinin təşkilində və gələcək fəaliyyətində Rusiya ilə Türkiyə arasında böyük narazılıqlar var. Bu məsələ dünya mətbuatında da təkrar-təkrar vurğulanırdı.
İstər Kremldən gələn açıqlamalar, istər Monitorinq Mərkəzinin əlverişli yerdə seçilməməsi bunu açıq göstərir. Məhz bir çox ekspertlər bunları əvvəlcədən görürdü və təklif edirdi ki, Monitorinq Mərkəzi Şuşada yerləşdirilsin. İndi isə müxtəlif səbəblər gətirməklə bu iş xeyli yubadıldı. Yəni Ağdamda bina tikiləcək, infrastruktur yaradılacaq və s. Üstəlik, Türkiyə kontingenti də çox gec gəlməyə başladı. Görünür, başqa ziddiyyətlər də var.
Çünki bu prosesi təşkil etmək hərbçilər üçün o qədər böyük vaxt aparmalı deyil. Rus sülhməramlılarının davranışı və Azərbaycan-Türkiyə tərəfinin qismən ləng tərpənməsi, habelə hadisələrə münasibət onu göstərir ki, ermənilərə monitorinq prosesi az təsir edəcək. Çünki onların arxasında birmənalı olaraq Kreml dayanır. Biz isə lazımından artıq ehtiyatlı davranırıq”.
Professorun sözlərinə görə, vaxt əleyhimizə işləyir. Vaxtında zəruri addımları atmasaq, daha ciddi problemlərlə üzləşə bilərik:
“Biz Xankəndi və ətraf ərazilərdən Ermənistan hərbi qüvvələrinin və terrorçu dəstələrinin çıxarılmasını təmin etməli, lazım olarsa, antiterror əməliyyatı keçirməliyik. Rusiya sülhməramlılarının özbaşnalığının qarşısını almalıyıq. Onların beynəlxalq sülhyaratma statusundan kənar fəaliyyətə son qoyulmasını açıq şəkildə tələb etməliyik. Və suverenliyimizin təhdid edilməsinə imkan verməməliyik. Nəzərə almaq lazımdır ki, Xankəndi və ətraf ərazilərdə suverenliyimizin təmin edilməsi hər gün daha da çətinləşir. Bu proseslərin qarşısının alınmasından ötrü təcili tədbirlər görülməlidir. Paşinyanın bu gün səsləndirdiyi sərsəm bəyanat onu deməyə əsas verir ki, artıq Ermənistan öz üzərinə götürdüyü öhdəliklərdən geri çəkilir. Artıq o, məsələni belə qoyur ki, Naxçıvandan Ermənistana dəhliz verilməlidir, ermənilər Naxçıvana qayıtmalıdır və s. Şübhəsiz, bunlar onun öz sözləri deyil, Moskvanın diktəsidir. Ona görə də bizim qətiyyətimizdən, Ankara ilə birgə çalışmaq istəyimizdən çox şey asılıdır. Azərbaycanın qarşılaşdığı və gələcəkdə gözlənilən problemin bir açarı var - ya Kəlbəcərdə, ya Laçında, ya da Şuşada Türkiyə hərbçilərinin bazasını yaratmaq. Belə olarsa, bütün problemləri asanlıqla aradan qaldıra bilərik”. Neqativ.com
Tarix: 28-12-2020, 17:14
-
Bu gün, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Bu gün, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Bu gün, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Bu gün, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Bu gün, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Bu gün, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Bu gün, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Bu gün, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Bu gün, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Bu gün, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Bu gün, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Bu gün, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Bu gün, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Bu gün, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Dünən, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Dünən, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Dünən, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Dünən, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Dünən, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Dünən, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Dünən, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Dünən, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”