Əbülfəs Qarayevin bu işçiləri də təşvişə düşüb... - İTTİHAM
Öncəliklə onu qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində əməliyyat keçirərək Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə görə həbs edib.
Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilmiş, eləcə də respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdıraraq mənimsənilirmiş. Bu səbəbdən də mədəniyyət nazirliyinin adları çəkilən vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Daha kimlər həbs ediləcək?
Realmedia.az-a Gəncə Regional Mədəniyyət İdarəsində baş verən korrupsiya hüquqpozmaları ilə bağlı redaksiyamıza müvəssəl məlumatlar daxil olub. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, Gəncə Regional Mədəniyyət İdarəsində də korrupsiya faktları necə deyərlər, xirtləyə bulaşıb. Sən demə, sözügedən mədəniyyət mərkəzinin direktoru da əməlcə nazirliyin həbs olunan vəzifəli şəxslərindən geri qalmayıbmış. Verilən məlumatlara görə Sənan Hacıyevin nazirliyin həbs olunan vəzifəli şəxsləri ilə korruptiv əlaqəsi olub.
Əldə etdiyimiz məlumatlara görə Sənan Hacıyev rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitləri hər ay toplayaraq müəyyən bir hissəsini nazir müavini Rafiq Bayramova ötürürmüş.
Bildirilir ki, Sənan Hacıyev regional mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən musiqi məktəblərinin, kənd mədəniyyət evlərinin, kitabxanaların, muzeylərin, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərini də R. Bayramovla birgə mənimsəyirmişlər.
Gəncə şəhərində Azərbaycanın mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə ayrılan dövlət vəsaitləri də Sənan Hacıyev tərəfindən formal olaraq yazılaraq mənimsənildiyi bildirilir.
P.S. Qeyd edək eyni əməllərin Ağcabədi Regional Mədəniyyət İdarəsində və Kürdəmir Regional Mədəniyyət idarəsində də baş verdiyi bildirilir.
Araşdırmalarımız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. //Realmedia.az//
Tarix: 18-05-2020, 11:45
-
Bu gün, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Bu gün, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Bu gün, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Bu gün, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Bu gün, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Bu gün, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Bu gün, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Bu gün, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Bu gün, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Bu gün, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Bu gün, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Bu gün, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Bu gün, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Bu gün, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Dünən, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Dünən, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Dünən, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Dünən, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Dünən, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Dünən, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Dünən, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Dünən, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”