Suraxanıda “Tutanhamon” peyda olub: DTX Əziz Əzizovu araşdırsa... - Foto/Fakt
...Firon həddini aşmışdı. Onun təkəbbürü və zülmü yerə sığmırdı. Ölkəsində yaşayanlara qəddarlıq edirdi. Bu haqda Quranda yazılıb.
Amma biz neçə minilliklərin tarixini qeyd edirik. Uzaq və qədim Misirdə fironların israil oğullarına etdiyi pislikləri, özbaşınalıqları indi zəmanəmizdə yaşayırıq.
Özü də çox uzaqda deyil, Bakının tən ortasında - Suraxanı rayonunda Misir fironlarının, Tutanhamonun əməllərinin oxşarları baş verməkdədir.
Anaxeber.info-nun əldə etdiyi məlumata görə, Suraxanıya əvvəli tramvay parkının ustası olmuş, sonra alverə girişmiş, son 14 ildə isə 3 rayonda daşı-daş üstünə qoymayan Əziz Əzizovun icra başçısı təyin olunması Misir fironlarının ruhuna az qala rəhmət oxudur.
Əgər qara maskalı xilaskarlar Ə.Əzizovun qaranlıq işlərini təftiş etmək fikrinə düşsələr, gərək onun 3 kabinetində araşdırma aparsınlar. Çünki Ə.Əzizov Suraxanıya qədər də Cəlilabad və Yasamal rayonlarının icra başçısı olarkən hər iki yeri viran qoyub.
İndisə Suraxanıda “Tutanhamonluq” edən icra başçısı gözünə xoş görünən boş nə yer varsa, qarış-qarış satır. Elə sizə təqdim edəcəyimiz foto faktdan görəcəksiniz ki, Suraxanı rayon İH rəhbəri yol kənarını satıb, ərazidə obyekt tikilir.
Deyəsən, Ə.Əzizov “şir ürəyi yeyib”. İlin-günün bu vaxtında, icra başçılarının tək-tək dənlənməsi dövründə ağına-bozuna baxmadan, heç bir tərəddüd etmədən rayonun yol qıraqlarını da satmağa başlayıb.
Onun bu işləri Yasamalda axıra qədər reallaşdırmaq imkanı olmadı və indi Suraxanıda “fironluq” etməkdədir. Suraxanı mərkəzi rayon olmadığına görə, İH başçısı burada daha arxayın hərəkət edir. Şəkildən də görünür ki, yol kənarı hansısa iş adamına satılıb.
Bunu isə heç bir sahibkar Suraxanı İH rəhbərinin sərəncamı və razılığı olmadan edə bilməz. Ümumiyyətlə, qanunla yol kənarını satmaq olmaz.
Ancaq özü 2006-cı ilə qədər sahibkarlıqla məşğul olduğu üçün (guya indi nə edir ki) Əziz Əzizova sökmək, satmaq, tikmək adi haldır. Məlumatlara görə, rayona rəhbər təyin ediləndən satmadığı, dağıtmadığı ərazi qalmayıb.
Belə ki, Ə.Əzizov II qrup əlil Əliyev Ələkbərə bağışlanan dükanı sökdürüb, yeksan etdirib. Sabiq mer Hacıbala Abutalıbovun əlilə verdiyi dükanı uçurdan icra başçısı guya qanunsuz tikilini dağıtdırır, digər tərəfdən qanunsuzluq edərək yol kənarını satıb.
Anaxeber.info mediada gedən məlumatlara, Suraxanıdakı mənzərəyə və öz qohumlarını İH-də işə götürməsinə əsasən bildirir ki, Dövlət Təhlükəsizlik Xidmətinin Ə.Əzizovun fəaliyyətini də yoxlamağa ciddi zərurət var.
Rayonun yolları bərbad, abadlıq işləri həyata keçirilmir, binaların, məhəllələrin problemlərinin həllində irəliləyiş yoxdur, icra başçısı sakinlərin şikayətlərinə baxmır.
Bunun nəticəsidir ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsi, AB yaşayış sahəsi, ev 127 M. 97 ünvanda yaşayan sakinlər şikayətçi idilər.
Sakinlər - Hacıyeva Fəridə Şahmirzə qızı, Balallıyeva Günay İkram qızı, İmanova Nərgiz Rəsul qızı, Hacıyev Elşad Canəli oğlu, Hacı Elşən Elşad oğlu, İmanova Xırda Səlimxan qızı yaşadıqları binada qanunsuz tikintinin dayandırılmasını xahiş etmişdilər.
Belə ki, yaşadıqları binanın birinci mərtəbəsində iş adamlarından biri obyekt tikdirir və obyekt binanın önünü, dam örtüyü isə yaşayış binasının eyvanının qarşısını kəsib.
Bundan başqa, Suraxanının Bahar qəsəbəsi sakinləri media tv-yə bildirmişdilər ki, icra başçısı Əziz Əzizov, bacısı oğlanları və yaxın qohumları rayonu viran qoymaqdadır.
Onların sözlərinə görə, prezidentin anti-korrupsiya ilə mübarizəsini, DTX-nın keçirdiyi uğurlu əməliyyatları, icra başçılarının rüşvətxor əməllərinin ifşasını vecinə almayan Əzizov və yaxınları Bahar qəsəbəsində satmadıqları yer qalmayıb.
Qəsəbənin torpaqlarını satmaqla varlanan Ə.Əzizovun kabinetindən keçmiş həmkarı Vilyam Hacıyevin evində olduğu kimi, paçka-paçka avrolar çıxarsa, təəccüb doğurmaz.
Qeyd edək ki, Ə.Əzizov sabiq komitə sədri Kərəm Həsənovun adamıdır. Həsənovla-Əzizovun Yasamal ərazisində böyük biznesi, tikintiləri var. Eyni zamanda Cəlilabada qədər bu biznes imperiyası uzanır. Lakin Ə.Əzizovun gözü doymur, Suraxanını da satır və dövlət rəhbərliyinin son islahatlarının əleyhinə fəaliyyətini davam etdirir.
Yeri gəlmişkən, Ə.Əzizov prezidentin ona göstərdiyi etimaddan sui-istifadə edərək paytaxtın ən strateji rayonlarından olan Yasamalı tar-mar eləməkdə, əraziləri qarış-qarış satmaqda, onunla hesablaşmayan sahibkarların obyektlərini uçurmaqda, vətəndaşları qanunsuz şəkildə küçəyə tökməkdə, yerlərini iş adamlarına peşkəş eləməkdə usta məmurlardan biri idi.
Məsələn, Şərifzadə küçəsində məcburi köçkünlərin yerləşdiyi mülkləri darmadağın etdirmiş, onlara sığınacaq vermədən yaşadıqları yeri bir biznesmenə satan Ə.Əzizov ciddi şəkildə narazılıq oyatmaqdaydı. Amma Kərəm Həsənov onu qorudu və təqdimatını elə verdi ki, işsiz qalmadı, Suraxanıya göndərildi.
Məsələn, yeddi övlad atası, üç oğlu ön cəbhədə olan iş adamı Nazim Dünyamalıyev də Ə.Əzizovun qurbanlarından biri idi.
Onun Yasamaldakı obyekti heç bir əsas göstərilmədən sökülmüş, 7 uşaq atası çörəksiz qoyulmuşdu. Dünyamalıyev deyirdi ki, Ə.Əzizov onun əmlakını yerlə-yeksan etdirdi, amma Yasamal parkını sata-sata gedirdi.
Bütün bunlar göstərir ki, həbs edilən icra başçıları tək deyillər, yerli idarəetmədə korrupsiyaya bulaşan, əmlakları talayan, qəsb edən, sahibkarları və vətəndaşları incidən icra başçıları hələ çoxdurlar və hər bir rayonda sakinlər qara maskalı oğlanın yolunu intizarla gözləyirlər...
Anaxeber.info
Turan
Tarix: 12-05-2020, 09:57
-
Dünən, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
Dünən, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
Dünən, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
Dünən, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
Dünən, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
Dünən, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
Dünən, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
Dünən, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
Dünən, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
-
Dünən, 09:37
Azərbaycanın ən kasıb 10 RAYONU hansılardır?
-
Dünən, 07:44
Fərəcov yenə Nigar Bağırovaya 280 minlik tender verdi - Rəqəmlər hər il böyüyür
-
Dünən, 07:42
Ukrayna “Mavi axın” qaz kəmərinin stansiyasına hücum etdi
-
Dünən, 07:39
ABŞ kəşfiyyatından sensasiya: İran atəşkəs dövründə raket arsenalının yarısını bərpa edib
-
Dünən, 07:36
Rusların qorxulu kabusu – Ukrayna dronları... VİDEO
-
Dünən, 07:30
ABŞ Ukrayna üzərində uçuşa qadağan zona tətbiq edəcək
-
Dünən, 07:26
İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir? VİDEO
-
8-07-2026, 22:55
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib – Təfərrüat
-
8-07-2026, 22:52
Sakinlərin səbri tükəndi: Metronun "Ulduz" stansiyasının çıxışı niyə bərbad haldadır? - VİDEO
-
8-07-2026, 22:50
KMBİ-dən “Any Unboxing”ə qarşı əməliyyat - 2,5 milyona yaxın ziyan dəyib-Video
-
8-07-2026, 22:47
AZAL təyyarələri Bakıya boş yerlərlə uçur - Naxçıvanda isə kassalarda bilet tapılmır
-
8-07-2026, 22:37
Əl şəkin insanlardan, imkan verin biznes qura, inkişaf etdirə bilsinlər
-
8-07-2026, 17:09
Azay Möhnətov adlı "Böyük Güc" - 5 ildir konpensasiyanı ödəmir
-
8-07-2026, 17:08
Tramp “Ərdoğanı qoymadım” dedi, sui-qəsd çağırışı edildi – Ankarada nə baş verir?
-
8-07-2026, 16:57
Qanunsuz orden-medallar təsis etməkdə ittiham olunan QHT rəhbərinə hökm oxundu
-
8-07-2026, 16:54
AHİK-də böyük qalmaqal - Sahib Məmmədov bütün otaqlara dinləyici qurğular yerləşdirib?
-
8-07-2026, 16:52
YAP-ın Xaçmaz təşkilatının sədrinin saxlanılması xəbəri yayılıb - YENİLƏNDİ
-
8-07-2026, 16:42
Peşə Təhsilində qiymət və bal qalmaqalı – Tələbələr etiraz edir
-
8-07-2026, 16:41
Sahibkarlığa "unikal" dəstək - İcra hakimiyyəti sahibkara belə "dəstək" olur
-
8-07-2026, 16:35
Politoloq - "Müctəba Xameneinin görünməməsi İranda hakimiyyət balansı ilə bağlı suallar yaradır"
-
8-07-2026, 11:28
Rayon rəhbəri Ələsgərli kəndində tingçilik təsərrüfatı ilə tanış olub