Məmur özbaşınalığı milli fəlakət həddinə çatıb - Bəyanat

Azərbaycanda məmur özbaşınalığı, saxtakarlığı, korrupsiya, rüşvətxorluq və dövlət əmlakının milyardlarla dollar məbləğində sistemli şəkildə mənimsənilməsi milli fəlakət həddinə çatıb.
Reyting.az xəbər verir ki, bu fikirlər Azərbaycan Liberal Partiyasının (ALP) bəyanatında yer alıb.
ALP bəyan edir ki, məmur özbaşınalığı səbəbindən Azərbaycanda milyonlarla insan işsiz qalıb, yoxsulluqla, aclıqla üzləşib, əhalinin yarısından çoxu bir parça çörək üçün ölkəni tərk edib.
Bəyanatda qeyd edilir ki, son zamanlar bir sıra rayon icra hakimiyyəti başçılarının həbs olunmasına baxmayaraq, başqalarının özbaşınalıqlarını əvvəlki qaydada davam etdirməsi bu faciənin əyani göstəricisidir və ölkəni qanlı sosial-siyasi partlayış həddinə çatdırıb. Cəmiyyətdə klassik inqilabi şərait yaranıb:
“Aşağıdan ictimai, yuxarıdan inzibati nəzarətin olmadığı mühitdə milyonlarla, milyardlarla dollar məbləğində əmlak oğurlanır. Gerizəkalı məmurlar xalqa qulluq etmək əvəzinə onu qula çevirir, “yuxarılara” tabe olmur və dövlətin varlığına belə öldürücü təhlükə yaradırlar”.
ALP hesab edir ki, ən yaxın zamanlarda ölkədə demokratik, köklü siyasi və iqtisadi islahatlar başlamasa, sözdə dövlət rəhbərinə qul sadiqliyi nümayiş etdirən oğru, korrupsioner və rüşvətxor məmurlar Azərbaycan dövlətini məhv edə bilərlər:
“Əgər iqtidar ölkədə həqiqətən islahatlar aparmaq niyyətindədirsə, təcili olaraq cəmiyyətə islahat müraciəti etməli, onunla geniş spektrdə məsləhətləşmələrə başlamalı, Konstitusiyaya dəyişikliklər edilməsi haqqında geniş ictimai müzakirələr keçirməli, referendum hazırlamalı, Milli Məclis deputatlarının sayı bir qədər artırmalı, çıxış yolu kimi yeni və ya heç olmasa, indiki deputatların qalması şərtilə əlavə parlament seçkilərinin keçirilməsinə dair inandırıcı addımlar atmalıdır”.
ALP bəyan edir ki, məmurların, nazirliklərin, komitələrin və rayon icra hakimiyyəti orqanlarının sayı kəskin şəkildə azaldılmalı, həqiqətən vicdanı və əlitəmiz islahatçı kadrlar vəzifələrə gətirilməlidir.
Partiya hesab edir ki, coğrafi və digər şərait nəzərə alınmaqla əhalisinin sayı 100 min nəfərdən az olan rayonlar başqa rayonlara və ya öz aralarında birləşdirilməli, bələdiyyələrin səlahiyyətləri artırılaraq yerli icra hakimiyyəti orqanlarına və onların nümayəndələrinə gerçək nəzarət edən geniş səlahiyyətli məclislərə çevrilməli, yerli məclislərə seçkilər keçirilməlidir.
“Ölkə yolayrıcındadır – köklü islahatlar, yoxsa xalqı, ölkəni və dövləti məhvə aparan qanlı xaos!.. Seçim iqtidarındır...”, - deyə ALP-nin bəyanatında qeyd edilir.
Tarix: 7-05-2020, 22:58
-
Bu gün, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Bu gün, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Bu gün, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Bu gün, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Bu gün, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Bu gün, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Bu gün, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Bu gün, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Bu gün, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Bu gün, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Bu gün, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Bu gün, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Bu gün, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Bu gün, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Dünən, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Dünən, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Dünən, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Dünən, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Dünən, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Dünən, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Dünən, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Dünən, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”