“Karantin rejimi uzun müddət davam edə bilməz” - AÇIQLAMA
COVID-19 ştamı haqda müxtəlif versiyalar, fikirlər səslənir. Bioloji silahdan tutmuş, təkamülə qədər hər türlü əqli və əqildən uzaq, sadəcə hissiyyata, emosiyaya dayanan, qeybət üslublu fikirləri də dinləmək xoşbəxtliyi nəsibimiz oldu.
Postsovet münasibətlər sistemində adət etdiyimiz, alışdığımız bir meyar var – meyarsızlıq. Nə qədər əlimizi yelləyib keçsək də, yeni davranış qaydaları, insani münasibətlərin bazal prinsiplərin alterasiyası beynimizdə qabığıaltı olaraq bizim psixikamızı təhdid edir. Təzadlar, deviasiyalar, süni alqışlar, kuluar qeybətlər dövrünü yaşayırıq. Həyat fəaliyyətini instinktləri üzərində quran, nə yolla olursa olsun para qazanmaq, varlanmaq, qarın otarmaq, görməmişlik etmək, var-dövlətini hər fürsətdə nümayiş etdirib öyünmək, bununla da öz aləmində üstünlüyünü başqalarına göstərməyə çalışmaq son dövrlərin adət etdiyimiz primal davranış üslubuna çevrilib. Siz bir vətəndaşın digərinə, bir məmurun vətəndaşa çəmkinərək “sən kimsən, səni yox edərəm, başına oyun açaram” və sair kimi animal davranış nümunələrini hansısa bir mədəni ölkədə görə bilərsinizmi? Əslində bu ifadələrin qarşılığı odur ki, qanun ayaqlar altındadır, o bir qrup seçilmişlərə aid deyil. Siz insanın utanc duymaqdansa, oğurluq pulları ilə öyünməsi kimi bir iyrənc mənzərəni harada seyr edə bilərsiniz? Çünki bizim əxlaq anlayışlarımız saxta, ən yaxşı halda yanlışdır. Saxtakarlıq bizim insan cildində bir heykəlimizdir! Görünür mədəni inkişaf üçün təfəkkür tərzimiz kökündən dəyişməlidir...
Bəzi kalsinatlaşmış düşüncə sahibləri niyə virusoloqların və infeksionistlərin əvəzinə cərrahların danışmasına irad tutmağa da başladılar. Həmin adamlara bəyan etmək istəyirəm. Sizlər icazə gözləyəndə, danışmağa qorxanda, qorxaq gözləriniz dirijor çübuğunun trayektoriyasını izləyəndə biz millətin və dövlətin mənafeyi naminə mövqeyimizi ortaya qoya bilirik. Burada əsla bilikdən söhbət getmir. Söhbət fədakarlıqdan və vətəndaş mövqeyindən gedir. Aramızdakı prinsipal fərq də bundadır. Danışın, kimdir sizin ağzınızı qapayan? Təşəbbüskar olun, onsuz da TV-lər, media alternativ fikir axtarışındadırlar. Nə isə...
Karantin rejimi uzun müddət davam edə bilməz. Biz sosial həyatın ayrı-ayrı sahələrini dondura bilmərik. İnsanlar, işləməlidir, yaşamalıdır, özlərini reallaşdırmalıdır. Ona görə də karantin rejimi tədricən yumşaldılma istiqamətində davam edir. Amma karantin davranışları sərt olmalıdır. Hava-damcı yolu ilə infeksiyaların yayılmasının əsas yolu kütləvi miqrasiya, sosial sıxlıq, təmaslar və antisanitariyadır. Qorunma yolu isə sosial izolyasiya və sanitar qaydaların gözlənilməsidir. Ya da biz gözləməliyik ki, infeksiya hər il koronavirusun əvvəlki ştamlarında olduğu kimi özbaşına tüğyan etsin, ölən ölsün, sağalan sağalsın, kollektiv immunitet yaransın, artıq özünə yaşamağa müdafiəsiz canlı insan hüceyrəsi tapmayan virus tədricən sıradan çıxsın. İndiki halda bu böyük tələfatla müşayiət oluna bilər!
Razılaşarsınız ki, ən optimal yol bu gün dünyanın getdiyi yoldur. Ona görə də biz sosial məsafəni gözləmək, maskada gəzmək, sanitar qaydaları gözləmək kimi tədbirləri Dünya Səhiyyə Təşkilatı (DST) virusun dünyada yoxa çıxması haqda raport verənə qədər davam etdirməliyik. İkinci dalğanın olmasına yol vermək olmaz. Bu bizə ağır başa gələ bilər! Hər il dünyada respirator virus infeksiyalarından minlərlə insan dünyasını dəyişir. Bu ilki COVID-19 sürprizi isə hər il yeni formada bizi fakt qarşısında qotya bilər. İnsanların sayı həndəsi silsilə ilə artır, buna bağlı problemlər (qidalanma, yaşam yerləri, sosial sıxlıq) də artmaqda davam edir. Ona görə də bu davranışa öyrəşməliyik.
Təklif edirəm ki, ağız və burnu örtən, ağız-burun aerozolunun havaya atılmasının qarşısını alan yeni bir şarf forması təklif eidlsin, icad edilsin. Əslində bütün geyim formaları tələbatdan doğulub, icad olunub. Həmin şarf elə hazırlanmalıdır ki, onun ağız-burnu örtən hissəsinin iç tərəfində xüsusi cibi olsun. Oraya nanotexnologiyanın köməyi ilə hazırlanmış xüsusi filtrlər qoyula bilər. Hər halda modifiasiyalarınızı bildirə bilərsiniz. Yəqin ki, belə bir şarf və ya geyim forması icad olunmasına ehtiyac duyulacaq. DST gələcəkdə respirator virus infeksiyalarından qorunmaq üçün tərtib etdiyi alqotirmə bu formanı da sala bilər...
Adil Qeybulla
Tarix: 4-05-2020, 14:53
-
Bu gün, 19:16
Məhkəmədən “Nardaran İnvest” şirkəti ilə bağlı qadağa
-
Bu gün, 19:12
Məşhur plastik cərrahların sertifikatı yox imiş - “Xətai Estetik Klinikası” cərimələndi
-
Bu gün, 17:10
Nikol Paşinyan bir müddət sonra Robert Köçəryan və Serj Sərkisyanın Azərbaycana ekstradisiyasına razılıq verə bilər?
-
Bu gün, 17:04
Deputat: ““Bakıya 200 milyard dollar yatırılıbsa, pullar hara gedib?” sualını tamamilə haqlı ictimai sual hesab edirəm”
-
Bu gün, 17:04
Onkologiya Mərkəzinin 50 milyonluq tenderini deputatla əlaqələndirilən şirkət qazandı
-
Bu gün, 16:24
Bu dondurmalar marketlərdən YIĞIŞDIRILDI: saxta imiş – FOTO
-
Bu gün, 16:21
"Kapital Bank" rəsmi etiraf etdi: "m10"a kütləvi hücum olub
-
Bu gün, 16:18
Rayon rəhbəri vətəndaş müraciətlərini dinləyib
-
Bu gün, 16:15
“Davidov Global”da viza qalmaqalı – 1000 manatlıq şikayət
-
Bu gün, 13:35
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr...
-
Bu gün, 09:45
Qanunsuz orden-medallar təsis edən QHT rəhbərləri ilə bağlı QƏRAR
-
Bu gün, 09:40
LƏNKƏRANIN ZİBİLİ, VƏTƏNDAŞIN SƏSİ VƏ “SUSMAQ” SİSTEMİ — KİM KİMİ QORUYUR?
-
Bu gün, 08:55
Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... - Tanınmış yazar Prezidentə müraciət etdi
-
Bu gün, 08:52
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - 3 milyon
-
Bu gün, 08:46
"Təmiz Şəhər" ASC şəhəri yox büdcəni "təmizləyir"- 250 milyon ziyanı kim bağlayacaq?
-
Dünən, 23:08
Qəbul olmayanlar üçün daha bir şans - Tarix açıqlandı
-
Dünən, 22:58
Peşə məktəblərində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi görə bilmir?
-
Dünən, 22:27
Nihad Hənifəyevin 7,4 milyonluq tenderinin şəffaflıq təhlili - Daha bir iddia və Nazirliyin məlum susqunluğu - FOTOLAR
-
Dünən, 22:21
Elçibəyin qardaşı qızının evi əlindən alındı - FOTO
-
Dünən, 16:42
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
-
Dünən, 16:29
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
-
Dünən, 16:24
Bayandur kənd sakinlərinin müraciəti həll olunub
-
Dünən, 16:13
DTX bu dəfə əsl «akula»ları tutub – 35 milyon manat cərimə!
-
Dünən, 16:08
134 il sonra təkrarlandı: Prezidentin səfəri ilə bağlı ilginc detal – FOTOLAR
-
Dünən, 16:03
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI...
-
Dünən, 15:57
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Dünən, 15:53
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
-
Dünən, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Dünən, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Dünən, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur