"Bəlkə Ümumdünya Səhiyyə Təşkilatına bir az rüşvət verək, toy edək" - deputatdan TƏKLİF

Dünyada koronavirusa yoluxanların sayı durmadan artır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son sutka ərzində bu say 847 mindən çox olub. Məlumata əsasən, ötən sutka ərzində 847 min 537 nəfər yeni koronavirusa yoluxub, 14 min 777 nəfər isə dünyasını dəyişib.
Bir neçə gün öncə sərt karantin rejimi tətbiq edilən Türkiyədə artıq yoluxma sayı aşağı düşüb. Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib ki, yeni növ koronavirusdan sutka ərzində 304 nəfər ölüb. Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 22 388 nəfər COVID-19 infeksiyasına yoluxub. Bu gün 37 298 nəfər sağalıb, ağır xəstə sayı isə 3 378 olub.
Azərbaycanda da yoluxma sayı aşağı enib. Amma ölüm sayı yenə də çoxdur. Yeri gəlmişkən, son bir neçə gündə koronavirus bir neçə tanınmış həkimin həyatına son qoyub. Ötən gün isə xalq artisti Arif Quliyev COVİD-19 səbəbindən həyatla vidalaşdı.
Bu arada virusu simptomsuz keçirib, qəfil ölüm hallarının olması haqda məlumatlar da var. Koronavirusla bağlı digər narahat doğuran məsələ isə qarşıdan gələn tətil günləri ilə bağlıdır. Ramazan bayramında tətil günlərində rayonlara gediş-gəliş yoluxmanı kəskin artıra bilərmi? Bəzi ekspertlər bayram günləri tam qapanmanın olmasını təklif verib. Bu çıxış yoludurmu?
Bu arada virusun Hindistan variantı dünyanı təşvişə salıb. ÜST COVID-19 virusunun Hindistanda aşkarlanan variantının (B.1.617) dünyada sürətlə yayıldığını, artıq 20-dək ölkədə koronavirusun bu ştammının aşkarlandığını açıqlayıb. Məlumatda bildirilir ki, Böyük Britaniya, ABŞ, Sinqapur kimi ölkələrdə də aşkarlanan COVID-19 virusunun Hindistan variantı virusun orijinal variantından daha təhlükəlidir. Belə ki, bu variantın yoluxuculuq qabiliyyəti daha yüksəkdir və daha ölümcüldür. Bundan başqa, vaksinlərin qoruyuculuq qabiliyyətinə üstün gələ bilir.
Mövzu ilə bu və digər suallarla bağlı ekspertlərə müraciət etdik. İlk olaraq Hindistana gediş-gəlişin olub-olmaması haqda aidiyyəti qurumlarla əlaqə saxladıq. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, bununla bağlı rəsmi məlumatı Dövlət Sərhəd Xidməti verir. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən isə bu məsələ ilə bağlı məlumatsız olduqlarını bildirdilər.
Həkim-infeksionist İlhamə Abbasova isə “Yeni Müsavat”a bildirib ki, bayram günlərində sərt karantin rejiminə keçməyə ehtiyac yoxdur: “Qapanmalara, sərt karantin rejiminə ehtiyac yoxdur. İnsanlar sosial məsafə saxlayıb, maskadan istifadə etsələr, yoluxma sayı da artmaz. Əgər yoluxma sayı 3-5 minə qalxarsa, onda sərt karantin rejiminə gedilə bilər. Hələ ki, epidemioloji vəziyyət qaneedicidir. Amma bayram günlərində insanlar çalışmalıdırlar ki, bir yerə toplaşmasınlar. Gigiyena qaydalarına riayət etsinlər ki, virusa yoluxanların sayı artmasın. Hər kəs özünə cavabdeh olsa, əlbəttə hər bir şey qaydasında olar. Yoxsa bayramda ”yığışaq gedək, virus boş şeydir", deyilsə, onda əlbəttə xəstələnənlər artacaq".
İnfeksionist virusu simptomsuz keçirənlərin qəfil ölməsi məsələsinə də münasibət bildirib: “Bu mümkün deyil ki, xəstəliyi hiss etmədən kimsə anidən ölsün. COVİD-19 simptomsuz adamı öldürmür. Mən qəbul etdiyim xəstələrdə də bununla rastlaşıram. ”Soyuducudan su içdim, elə bildim boğazım gəlib", “mənim həmişə bu aylarda allergiyam olur, öskürürəm, elə bilirdim ondandır”, yəni bu kimi tərəddüdlərin nəticəsində sonradan ciyər 70-80 faiz buzlaşır, oksigen çatışmır, qan dövranı ilə bağlı problemlər yaranır, xəstə anidən ölə bilər. Amma elə bir şey olmayıb ki, xəstəliyi simptomsuz keçirsin, qəfil ölsün. Anidən vəfat etmə yalnız ürək tutmasından ola bilər. Sadəcə olaraq insanlar xəstəliyə əhəmiyyət vermirlər".
İnfeksionist, “koronavirusdan vəfat edən xalq artisti Arif Quliyevlə vida mərasimində çoxlu insanın toplaşması təhlükəli sayılmırmı” sualına da cavab verib: “Cənazə açıq deyil, bükülü haldadır. Yuyulur, kəfənə bükülür, üstünü də bağlayırlar. Hətta xalçaya da bükürlər. Meyitdən virusa yoluxmaq təhlükəsi yoxdur, amma orda kimsə xəstə olarsa, digərləri yoluxa bilər. Onların da haqqıdır ki, əzizləri ilə vidalaşsın. Amma mən də gördüm, toplaşan qadınların ağzında maska belə yox idi. Orda kimsə xəstə olsa, digərlərini də yoluxduracaq”.
Millət vəkili Aqil Abbas isə “Yeni Müsavat”a deyib ki, bir müddət insanlar bir yerə toplaşmamalıdır: “Gözləmək lazımdır, xəstəlik yayılır. Gözləməliyik, qorunmalıyıq. Yoluxma sayı 62 minə çıxmışdı, indi 20 minə düşüb. Toplaşmalar olarsa, yenə də 62 minə çıxacağıq. Belə olarsa, heç xəstəxanalarda da yer qalmayacaq”.
Deputat toylarla bağlı narazılığını bildirib: “Mənim bir zarafatım var, sizinlə də bölüşüm. Bəlkə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bir az rüşvət verək, toy edək. Rüşvət verilsə, icazə də verərlər. Belə olmaz axı, toyu qadağan etməkmi olar?! Restoranlarda 200 adam çörək yeyə bilər, amma 50 adam toplaşıb, toy edə bilməz. Həmin restoranları da görmüşəm. ”Torqovıy"da çayxanalar var, orda oturanların hamısının ağzı açıq, ondan bir az aralıda maskasız gəzənləri cərimə edirlər, belə şey olar?! Ümumdünya Səhiyyə Təşkilatına pul verək, bəlkə bizdən əl çəksin. Bu sözlərimə görə qınasalar da, söysələr də məni deyəcəm: bu, sırf siyasi məqsəd daşıyır, ölkələri məhv etmək, iqtisadiyyat çökdürmək, adamları məhv etmək istəyirlər. Məqsəd qorxu hissi yaratmaqdır. Qardaş qardaşın evinə girə bilmir. Dünən qardaşım evimə gələ bilmədi, həyətdən geri qayıtdı. Belə şey olar?! ÜST-dən icazə almalıyıq ki, sən Allah icazə ver, qardaşım evimə gəlsin?!".
Tarix: 8-05-2021, 11:21
-
Bu gün, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Bu gün, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Bu gün, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Bu gün, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Bu gün, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Bu gün, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Bu gün, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Bu gün, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Bu gün, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Bu gün, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Bu gün, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Bu gün, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Bu gün, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Bu gün, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Dünən, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Dünən, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Dünən, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Dünən, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Dünən, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Dünən, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Dünən, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Dünən, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”