Xətai rayonunda kommunal anarxiya: Natiq Məmmədov məsuliyyətdən yayınır - ÖZƏL

Redaksiya olaraq Xətai rayonunun 27 saylı Mənzil-Kommunal İstismar Sahəsinin ərazisində ciddi problemlər barədə məlumat aldıqdan sonra məsələyə aydınlıq gətirmək üçün bu sahənin rəisi Natiq Məmmədovla əlaqə saxladıq. Lakin aldığımız cavablar bizi təəccübləndirdi və məyus etdi.
Ərazidə zibil tullantılarının həddən artıq çoxalması, qəbiristanlıq ətrafının zibilliyə çevrilməsi və yolun bağlanaraq qanunsuz tikinti aparılması ilə bağlı suallarımıza cavab vermək əvəzinə, Natiq Məmmədov kobud şəkildə "Siz kimsiniz?" sualını verdi. Mətbuat nümayəndələri olduğumuzu bildirdikdə isə "Nə edim ki? Gedin işinizlə məşğul olun" deyərək, sanki baş verənlərə heç bir aidiyyəti olmadığını göstərməyə çalışdı.
Xatırladaq ki, mənzil-kommunal istismar sahələrinin əsas vəzifələrindən biri ərazilərin təmizliyinə, abadlığına və qanunsuz fəaliyyətlərin qarşısının alınmasına nəzarət etməkdir. Lakin Natiq Məmmədovun yanaşması onun bu məsuliyyəti dərk etmədiyini və öz işinə laqeyd yanaşdığını açıq şəkildə göstərir.
Bundan əlavə, bizim bu mövzuda suallarımızı davam etdirdikdə, o, öz vəzifəsinə aid olan məsələlərdən yayınaraq "Mənim nömrəmi sizə kim verib?" sualı ilə əsas mövzudan uzaqlaşmağa çalışdı. Redaksiya olaraq nömrəni icra hakimiyyətindən əldə etdiyimizi bildirdikdə isə "İcra hakimiyyəti kimdir ki, mənim nömrəmi sizə paylayır? Məni narahat etməyin, gedin işinizlə məşğul olun" cavabını verdi.
Natiq Məmmədovun bu cür qeyri-peşəkar davranışı, icra hakimiyyətinin nüfuzuna hörmətsizliyi, dövlət idarələrinə qarşı sərgilədiyi saymazyana münasibət, eləcə də mətbuatın işini kiçiltməsi qəbuledilməzdir. Onun əsas vəzifəsi ona həvalə olunan ərazidə təmizlik və nizam-intizam yaratmaq olduğu halda, əksinə, öz məsuliyyətini boynundan atır, problemləri ört-basdır etməyə çalışır.
Redaksiya olaraq bildiririk ki, bu cür məsuliyyətsiz yanaşma və dövlət idarələrinə hörmətsiz münasibət heç bir halda yolverilməzdir. Qanunsuzluqlara, vəzifə öhdəliklərinin yerinə yetirilməməsinə və ictimai maraqların tapdanmasına göz yummayacağıq. Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələyə ciddi diqqət ayıracaq və Natiq Məmmədovun fəaliyyəti ilə bağlı lazımi tədbirlər görüləcəkdir.
Tarix: 8-02-2025, 18:31
-
Bu gün, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Bu gün, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Bu gün, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Bu gün, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Bu gün, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti