Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin yaxın günlərdə vəzifəsini itirə biləcəyi barədə məlumat yayılıb.
Bu barədə ictimai fəal Xəyyam Salmanzadə özünün feysbuk səhifəsində məlumat vermişdir.
Redaksiyamıza Regional Təhsil İdarəsindən adının açıqlanmasını istəməyən mənbənin verdiyi məlumata görə, gələn ay regional təhsil idarələrinin rəhbərləri arasında kadr yerdəyişmələrinin aparılması gözlənilir. İddia olunur ki, bu dəyişikliklər zamanı Sənan Mənsimli vəzifəsini itirə və rəhbər vəzifəsindən kənarda qala bilər.
Qeyd edək ki, Sənan Mənsimlinin fəaliyyəti mediada və sosial şəbəkələrdə vaxtaşırı tənqid mövzusu olub. Onun rəhbərliyi dövründə idarənin fəaliyyəti ilə bağlı müxtəlif iradlar və narazılıqlar səsləndirilib.
Sənan Mənsimlinin vəzifəsini itirəcəyi ilə bağlı məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib. Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin və aidiyyəti qurumların mövqeyini öyrənməyə hazırıq.
Tarix: Dünən, 23:52