Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO

Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Na & El” şirniyyat evində sanitar-gigiyenik vəziyyətlə bağlı narahatlıq yenidən gündəmə gəlib. Sentyabrın 16-da obyektlə bağlı saytımızda yayılan görüntülərdən sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib, nöqsanlar müəyyən edilib və obyektin fəaliyyəti onların aradan qaldırılmasına qədər məhdudlaşdırılıb.

Ekologiya.az-ın əldə etdiyi məlumata görə, obyektin fəaliyyəti təxminən bir ay sonra yenidən bərpa olunub. Lakin redaksiyamıza daxil olan yeni görüntülərdə şirniyyat evində sanitar-gigiyenik vəziyyətlə bağlı narahatlıq doğuran məqamlar əks olunub.

Xatırladaq ki, AQTA-nın əvvəlki yoxlaması zamanı şirniyyat istehsalı və satışı obyektində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilmişdi. Faktla bağlı inzibati qərar qəbul olunaraq cərimə tətbiq edilmiş, obyektin fəaliyyəti isə nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılmışdı.

Yeni görüntülərlə bağlı AQTA-ya sorğu ünvanlayaraq obyektdə təkrar yoxlamanın keçirilib-keçirilmədiyini, əvvəlki nöqsanların tam aradan qaldırılıb-qaldırılmadığını və hazırkı sanitar-gigiyenik vəziyyətin nəzarətdə saxlanılıb-saxlanılmadığını dəqiqləşdirəcəyik.

Məsələ ilə bağlı AQTA-nın mövqeyini dərc etməyə hazırıq.

Aysel Muxtar

Tarix: Dünən, 11:02
Xəbəri paylaş



Xəbər lenti