

TƏBİB-in tabeliyində fəaliyyət göstərən regionun iri səhiyyə müəssisələrindən birinin dövlət büdcəsinə iri məbləğdə vergi borcunun olduğu ortaya çıxıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, "LƏNKƏRAN RAYON MƏRKƏZİ XƏSTƏXANASI" Publik Hüquqi Şəxsi dövlət qarşısında yaranmış maliyyə-vergi öhdəliklərini vaxtında yerinə yetirməyib.
Nizamnamə kapitalı 21.304.207,35 AZN (21.3 milyon manat) olan xəstəxana PHŞ-nin hazırda dövlət büdcəsinə 201.252,46 AZN (201.2 min manatdan çox) məbləğində vergi borcu mövcuddur.Müəssisənin hüquqi ünvanı Lənkəran rayonu, Lənkəran şəhəri, Nizami küçəsi, ev 67 ünvanında yerləşir.
Xəstəxananın qanuni təmsilçisi və direktoru Oktay Əmənullayev Xalıq oğludur. Qeyd edək ki, Oktay Əmənullayev direktor vəzifəsinə cari ilin avqust ayında təyin olunub.
