Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR



"Azərlotereya" ASC-nin gələcək fəaliyyəti və idarəçiliyi ilə bağlı maraqlı iddialar gündəmə gəlib.

Bizimesr.info-nun məlumata görə, cəmiyyətin gələcək fəaliyyətində mövcud xarici idarəedici şirkətin yer almayacağı gözlənilir.

Xatırladaq ki, "Azərlotereya" ASC 2021-ci ildən etibarən Türkiyənin nəhəng holdinqlərindən olan "Demirören Şans Oyunları Yatırımları A.Ş." şirkətinin törəmə müəssisəsi - "YMT Sans B.V."yə idarəetməyə verilmişdi.

Yayılan məlumatlara görə, tərəflər arasındakı əməkdaşlığın yekunlaşacağı və "YMT Sans B.V." şirkətinin idarəetmədən çəkilə biləcəyi iddia olunur.

Qeyd edək ki, "Azərlotereya" ASC dövlət mülkiyyətindədir və onun səhmləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə məxsusdur.

Məsələ ilə bağlı "Azərlotereya" ASC-nin mövqeyi maraqlıdır.

Tarix: Dünən, 18:07
Xəbəri paylaş



Xəbər lenti