Bakı küçələrində “asan” oğurluq: - müşahidə kameraları “gözünü yumub”

Bakıda yağış və digər mənbələrdən qaynaqlanan suların küçələrdə yığılmaması və axıdılması üçün nəzərdə tutulan kanalizasiyaların dəmir barmaqlıqlarının (qapaqlarının) oğurlanması halları qeydə alınıb.
Paytaxt sakinlərindən AYNA-nın redaksiyasına göndərilən fotoşəkillərə baxanda bu fenomenin şəhərdə geniş vüsət aldığı görünür. Artıq qış gəlib, hava bizi sevindirsə - Bakıda qışda qar olmasa belə, yağış suyu girişlərinin olmaması kanalizasiyalarda tıxanmalara səbəb ola bilər.
Drenaj boruları düşmüş yarpaqlar, toz, siqaret kötükləri və tikinti tullantıları ilə tıxanacaq. Nəhayət, drenaj sistemi öz funksiyasını yerinə yetirməyərək, çürümüş zibil və durğun tullantı sularının "qoxusunu" yayacaq.
Biz hələ insan həyatı üçün təhlükədən danışmırıq: qaranlıqda və ya zəif “İliç lampaları” işığında küçədən keçən insanlar, bu boşluğa düşmək və ən azı, ayağını sındırmaq təhlükəsi ilə üzləşirlər.
Maraqlıdır ki, müasir Bakıda yağız suyu drenaj barmaqlıqlarını və hətta kanalizasiya yuvalarının qapaqlarını oğurlamaq cinayətkarlar üçün çox risklidir. Yollarda oğurluq hadisələrini qeydə ala bilən çoxsaylı videomüşahidə kameraları quraşdırılıb. Və qanunla metal qırıntılarının qəbulu məntəqələrinin kommunal müəssisələrin mülkiyyətində olan əşyaları (kanalizasiya qapaqları, zibil qutuları, park heykəlləri, hasar hissələri, küçə lövhələri, elektrik kabelləri və s.) qəbul etmək hüququ yoxdur.
Amma Bakıda yağış sularının axıdılması üçün barmaqlıqların oğurlanması halları qeydə alındığından, bu, o deməkdir ki, metal qırıntıları qəbulu məntəqələri hələ də oğurlanmış metalı almağa hazırdır. Əks halda onları oğurlamağın mənası omazdı.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli mövzuya dair AYNA-ya açıqlamasında təsdiq edib ki, Bakıda belə hallara tez-tez rast gəlinir: “Əsasən magistral yollarda yağış sularının axıdılması üçün qoyulan drenaj sisteminin metal barmaqlıqlarının oğurlanması halları qeydə alınır. Bununla bağlı dəfələrlə polisə müraciət etsək də, belə hallar təkrarlanır”.
“Belə hallar aşkar olunduğu zaman Agentlik yağış sularının axıdılması sisteminə yeni barmaqlıqlar quraşdırır. Bir çox ölkələrdə belə halların qarşısını almaq üçün kanalizasiya “lyukları”, barmaqlıqlar və yağış suyu girişləri xüsusi rolik mexanizmləri və kilidləmə qurğuları ilə təchiz olunub, lakin, bu da oğruluq etmək istəyənlər üçün ciddi maneə olmayacaq. Bu oğurluqlar nəticəsində yol infrastrukturuna külli miqdarda ziyan dəyir”, - deyə AAYDA sözçüsü bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yağış sularının axıdılması sisteminin metal barmaqlıqlarının oğurlanması ilə bağlı AAYDA-dan daxil olan müraciətlərə polis operativ reaksiya verir.
Qeyd edək ki, cəmi bir neçə il əvvəl Bakıda kanalizasiya yuvalarının qapaqlarının kütləvi oğurluq halları baş verirdi. Bu halların qarşısını almaq üçün “Azərsu” ASC ənənəvi çıxarıla bilən qapaqların yerinə, xüsusi petlələrlə bazaya bərkidilmiş qapaqların quraşdırılmasına başlayıb.
İndi cinayətkarlar daha yüngül çəkiyə malik olan və metal qırıntıları toplama məntəqələrinə çatdırılmaq üçün kiçik parçalara kəsilə bilən yağış sistemi qapaqlarına keçiblər. Axı, oğurlanmış belə metal barmaqlıqları satmaq üçün heç bir yer olmasaydı, heç kim də oğurlamazdı.
Və əgər belədirsə, o zaman polis metal qırıntıları toplama məntəqələri ilə daha fəal işləməli və fəaliyyətini gücləndirməlidir. Xüsusilə, metal qırıntıları almaqla, internet saytlarında reklam yerləşdirməklə məşğul olan, sonra əlaqə saxlandıqda göstərilən ünvana gedən şəxslərlə bunu etmək lazımdır. İnternet saytlarında bu cür reklamlar çoxdur və metal qırıntıları alıcılarını təklif olunan malın mənşəyi yəqin ki, maraqlandırmayacaq.
Aşağıdakı fotolarının ilk ikisi Ziya Bünyadov və Azaqlıq prospektlərinin kəsişməsində, üçüncüsü Akim Abbasov küçəsində ("Üç Tac"ın qarşısı), dördüncüsü isə Azadlıq prospekti ilə Möhsün Sənani küçəsinin kəsişməsində çəkilib.




Tarix: 9-12-2023, 21:43
-
Dünən, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Dünən, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Dünən, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Dünən, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Dünən, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Dünən, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Dünən, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Dünən, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Dünən, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Dünən, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Dünən, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Dünən, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Dünən, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Dünən, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
24-10-2026, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
24-10-2026, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
24-10-2026, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
24-10-2026, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
24-10-2026, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
24-10-2026, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
24-10-2026, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
24-10-2026, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
24-10-2026, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
24-10-2026, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
24-10-2026, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
24-10-2026, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
24-10-2026, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
24-10-2026, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti