Şəkidə əlillərə qənim kəsilən həkimlər kimdir - NARAZILIQ!
Ölkədə məmurların qanunu pozduqları azmış kimi, xəstə vətəndaşlara əlillik dərəcəsi vermədikləri üçün vicdanları da sızlamır ki, heç olmasa bu insanlar öz dərman xərclərini ödəsin, ailələrinə yük olmasınlar. Xəstə, iş qabiliyyəti olmayan vətəndaşa əlillik dərəcəsi vermək istəməyənlərdən biri də Şəki rayon xəstəxanasının baş həkimi Elçin Əmirov və Dövlət Sosial Müdafiə Fondunun Şəki rayonu üzrə komissiya sədri Şəlalə həkimdir.
KAİM.az xəbər verir ki, bu ikilidən şikayət kifayət qədərdir.
Rəimə Novruzəliyeva adlı vətəndaş sosial şəbəkələrdə haray çəkib:
“Dostlar! Əlilik dərəcəmin verilməsi ilə əlaqəli mənə problem yaradırlar. 2 gündür məni süründürürlər. Xahiş edirəm mənə dəstək olun. Xüsusən jurnalist dostlardan informasiya dəstəyi umuram. Mən həqiqətən də eşitmə hissini itirmişəm.
DİAQNOZ:
“İkitərəfli Koxlear Nefrit IV dərəcə. Ağır Eşitmə “Audiometriya da bunu təsdiqləyir. Eşitmə 4%dir. Bu diaqnoz sağalmayan diaqnozlar sırasındadır. Bəlkə də Avropada, Amerikada müalicəsi var, ancaq Azərbaycanda yoxdur. Komissiyadan keçib əlillik dərəcəsi almağıma maneə yaradırlar. Xahiş edirəm…daha bezmişəm… Mən Əlillik dərəcəsini rüşvətlə almamışam ki indidə məndən nəsə umsunlar. Xahiş edirəm mənim sağlıq durumu nəzərə alıb mənə dəstək olun.”
Rəimə xanım iddia edir ki, onu qəsdən incidirlər. Buna səbəb var:
“Şəki ağxalatlılarının mənimlə düşmənçiliyi 2015-ci il, oktyabr ayından başlanıb. Sağlamlığıma vurulan zərərlə əlaqəli illərlə davam edən səhv müalicə səbəbindən səhhətimin daha da ağırlaşması prokurorluqdan, məhkəmədən keçib. Onlar əlbəttə güclü çıxdılar. Ölkənin hər yerində eləcə də, burda rüşvət və yüksək çinlilərin əmri əleyhimə işlədi. İndi də qisasçılıq edirlər. 2015-də bütün əlillərə 5 illik etmişdilər. 2020-ci il dekabrda komissiyadan keçməli idim. Karantin səbəbilə getmədim, yoluxmaqdan qorxdum. Dünən getdim 1992-ci ildən bəri məni müayinə-müalicə edən Lor -həkimin qəbuluna. Əlilik üçün təkrar epikriz yaz dedim. “Şəlalənin yanına get”, get dedi. Şəlalə dediyi əzarayıl kimi oturub, camaat qabağında zar-zar əsir. Soyadını da öyrənə bilmədim. Günortadan sonra vəziyyəti az da olsa, anladım və baş həkim Elçin Əmirovun qəbulunda oldum. Şəlalə dedikləri həmin qadını da çağırmışdılar. Baş həkim nə dedisə, Şəlalə kiçik vərəqdə bu sözlıəri yazdı: “Audiometriya sənədinin əslini ver, yaxud da yenidən keçməlisən. Hər il yeni audiometriya tələb olunur.” Dedim: 2017-ci ildə Audiometriya sənədinin əslini RƏBM-də saxlayıblar, surətini mənə veriblər. Nə fərqi var, həmin sənədə əl qatmaq, düzəliş ,saxtakarlıq etmək mümkünsüzdür. Sənədin əsli də RƏBM-dədir də. İndi durub burdan Bakıya RƏBM-ə getməliyəm? Sənədin surəti var də. Daha sonra başqa vərəqdə bu sözləri yazdı: Gələndə oğlunla gəl, izah edək, göndəriş verək. Haçan getmək istəsən göndəriş verərik. Gedərsən RMKX-a. Orada audiometriyadan keçərsən. Konkret olaraq deyim ki, onların məni RKX-a göndərməkdə məqsədləri başqadır.
2 fevralda TSEK sədrinin qəbuluna getdim. O da eyni sözü təkraraladı: “Şəlalənin yanına get, mən bilmirəm!”. Daha sonra MRX-nın ümumi şöbə müdürü Knyaz Məmmədovun qəbuluna getdim və sənədləri təqdim etmək istədim. Adam elə bil dədəsinin evində idi, xəsətxanada yox. Əli ilə tibbi anketi itələyib, ”mən bilmirəm, mənə göstərmə, hara istəyirsən, get” – dedi.
Bunların qisasçılıq etmələri tam sübut oldu. Liftlə 1-ci mərtəbəyə düşdüm. Orda halım pisləşdi. Skamyanın üstündə xeyli uzandım. Daha sonra bir ağxalatlı gətirib balaca vərəq verdi, bu sözlər yazılmışdı: ”Forma 088 həkim yazsın, sabah komissiyaya ver.
Səhəri xəstəxanaya getdim. “Forma 088 həkim yazıb versin, apara komissiyaya ver” yazılan vərəqi Şəlalənin otağındakı ağxalatlıya (ad soyadını bilmirəm, soruşanda da demirlər) göstərib soruşdum ki, F 088 hansı həkim verməlidir? Dedi Lor həkim kimdirsə o. Soruşdum bəs bunu dünən niyə demirdiniz?? Niyə məni süründürürsüz? Qayitdi ki, apar indi ver, indi yazsın, noolacaq ki.? Bunlar adamları sanki ələ salmaqdan, süründürməkdən həzz alırlar.
Həm də öyrəndim ki, 1fevraldan bəri məni süründürməkləri Şəlalənin buyruğu, baş həkimin bəhanələri və müalicə həkiminin də onlara tabe olmasının nəticəsidir. Bəhanə də yəqin “şirinlik”lə əlaqəli dir.
KOMİSSİYA BARƏDƏ:
Əvvəllər komissiya TSEK-də olurdu. İndi isə MRX-nın baş həkiminin kabinetində olur. Ötən iki gündə bunun şahidi oldum. Sabah hansı hoqqanı çıxardacaqlar məlum deyil. Komissiyaya gedən insanların hamısının yanında bir və ya iki adamı var. Mənsə tək gedirəm. Onların nə danışdığını eşitmirəm. Allah bilir hansı fırıldağı çevirəcəklər.”
Mövzuya qayıdacağıq.
Tarix: 4-02-2021, 21:01
-
Dünən, 23:19
Onkologiya Mərkəzinin 50 milyonluq tenderini deputatla əlaqələndirilən şirkət qazandı
-
Dünən, 23:08
Qəbul olmayanlar üçün daha bir şans - Tarix açıqlandı
-
Dünən, 22:58
Peşə məktəblərində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi görə bilmir?
-
Dünən, 22:27
Nihad Hənifəyevin 7,4 milyonluq tenderinin şəffaflıq təhlili - Daha bir iddia və Nazirliyin məlum susqunluğu - FOTOLAR
-
Dünən, 22:21
Elçibəyin qardaşı qızının evi əlindən alındı - FOTO
-
Dünən, 16:42
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
-
Dünən, 16:29
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
-
Dünən, 16:24
Bayandur kənd sakinlərinin müraciəti həll olunub
-
Dünən, 16:13
DTX bu dəfə əsl «akula»ları tutub – 35 milyon manat cərimə!
-
Dünən, 16:08
134 il sonra təkrarlandı: Prezidentin səfəri ilə bağlı ilginc detal – FOTOLAR
-
Dünən, 16:03
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI...
-
Dünən, 15:57
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Dünən, 15:53
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
-
Dünən, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Dünən, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Dünən, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur
-
Dünən, 09:49
Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi
-
Dünən, 09:43
Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?
-
Dünən, 09:40
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır
-
Dünən, 09:38
"SOCAR" da faciə - Qaldırıcı qurğu aşdı, işçi öldü
-
Dünən, 09:36
Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunda işıq kəsiləcək
-
23-08-2026, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
23-08-2026, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
23-08-2026, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
23-08-2026, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
23-08-2026, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
23-08-2026, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
23-08-2026, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
23-08-2026, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”