Sərt qaydalar büdcəni dolduracaq? - “Daha çox sadə vətəndaşlar əziyyət çəkəcək”
Onlayn alış veriş üçün tətbiq olunan vergi qaydalarını sərtləşdirən hökumət indi daha bir sərtləşməyə gedir.
İdxal edilən aksizdən azad edilən malların sayı azaldılır. Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, fiziki şəxsin fərdi istehlakı üçün 1,5 litr alkoqollu içkinin, 200 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş çənindəki yanacaq aksizdən azaddır.
Layihəyə əsasən, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı siyahıdan çıxarılır.
İqtisadçı Razi Abbasbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, son günlərdə Gədəbəy qızıl yataqlarında aşkar edilən ehtiyatlar gözləntilərdən çox olub:
“Kəlbəcər qızıl yataqlarının işlənməsi və daxili istehsalının artrılması ilə bağlı Nazirlər Kabinetinin bir sıra qərarları var idi, eyni zamanda ötən ilin dekabr ayında Baş nazirin iştirakı ilə belə bir toplantı keçirilmişdi. Strateji proqram olaraq həm də qızıl ehtiyatlarının işlənilməsi, öyrənilməsi məsələləri gündəmdədir. Düşünürəm ki, bu qərar Azərbaycanda daxili bazarın tənzimlənməsi məqsədilə həyata keçirilir. Amma bu o qədər kiçik bir detaldır ki, bu zaman daxili istehsalın stimulaşdırılmasından çox sıravi vətəndaşlar əziyyət çəkəcəklər”.
İqtisadçı deyir ki, “Gömrük haqqında” Qanunda vətəndaşların şəxsi istehlak məqsədilə gətirə biləcəkləri yüklərin siyahısı var:
“Hansı ki, həmin məhsullar vergidən azad edilib. Dünyada qəbul olunmuş normadır ki, bir ölkədən digərinə gedən vətəndaşlar istehlak məqsədilə həm qızıl zinət əşyaları, həm ərzaq, həm geyim, həm də məişət avadanlığı apara bilər. Burada fərqli yanaşmalar, fərqli limitlər mövcuddur. İlk növbədə ölkənin daxili istehsal limitləri əsas götürülür. Məsələn, Türkiyə Cümhuriyyətində ümumilikdə tütün məhsullarının idxalına qadağa qoyulur, yəni vətəndaş hətta şəxsi istehlak məqsədilə tütün məhsulu gətirə bilməz. Bu, heç də o demək deyil ki, Türkiyədə tütün məhsullarının istehsalı yüksək səviyyədədir, sadəcə vətəndaşların sağlamlığı məqsədi ilə bu addım atılır”.
Razi Abbasbəyli deyir ki, bu baxımdan təklif olunan dəyişikliklər anlaşılan deyil:
“Çünki şəxsi istehlak məqsədilə gətirilən məhsullar heç bir halda daxili bazarda və ya Azərbaycanda qızılın istehsalının stimullaşdırılmasında hər hansı bir təsir gücünə malik deyil. Ölkənin ümümi ticarət dövriyyəsinin həcmi 21 milyard dollardır, onun 12 milyardı ixrac, 9 milyardı idxal əməliyyatlarının payına düşür. İdxal əməliyyatlarında tək tütün məhsullarının payı 10 faiz, təxminən 1 milyard dollara yaxındır. Azərbaycana gələn vətəndaşın şəxsi istehlak məqsədilə 20 qram qızıl, ondan hazırlanmış zərgərlik məmulatları gətirməsi o qədər kiçik göstəricidir ki, ölkəmizdə qızıl istehsalının inkişafına hansısa təsir göstərə bilməz. Bundan daha çox sadə vətəndaşlar əziyyət çəkəcəklər. Bunun dövlətin strateji proqramlarına xələl gətirə biləcəyi iddia olunur, amma bu yalnış iddiadır”.
Tarix: 28-01-2021, 12:33
-
Bu gün, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Bu gün, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Bu gün, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Bu gün, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Bu gün, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti