“Azəriqaz” rəsmi izahat verməlidir - ETİRAZ
Əhali qaz sayğaclarından və sayğacların tez-tez dəyişdirilməsindən narazıdır. 2012-ci ildə “Azəriqaz” kart ödəniş sisteminə keçdi və mexaniki qaz sayğacları smart tipli sayğaclarla əvəzləndi. Üstəlik, bu smart tipli sayğaclar da bir müddət sonra yeniləri ilə əvəzləndi və yeni sayğacların daha üstün olduğu iddia edildi.
O zamandan da əhali sayğacların qarşısında əsir qalıb. Təbii qazın verilməsi dayandımı, qonum-qonşu, tanış-biliş axışır küçəyə ki, kim sayğacı “kod”dan çıxarmağı bacarır, irəli çıxsın. Axşama qədər, bəzən gecəyə qədər sayğacları “kod”dan çıxarmaqla məşğul olurlar. Hələ də kimsə bunun cavabını tapmayıb ki, sayğacların koda düşməsi nə olan işdi və niyə baş verir?
Koddan çıxarmaq üçün mütləq sayğaca azı 1-2 manat yenidən yükləməlisən, hətta sayğacda balans varsa da. Bəzən qazın verilişi gecə saatlarında bərpa edilir, vətəndaş qalır çarəsiz ki, gecə vaxtı qaz kartının balansını harada artırsın? Belə əcaib sayğaclarımız var. İndi isə xəbər yayılıb ki, smart tipli sayğaclar artıq köhnəlib, işə yaramır, onları bu dəfə mexaniki sayğaclarla əvəzləyəcəyik.
Yəni anlaşılan, irəli getmək əvəzinə, geri gedirik. Köhnəyə qayıdırıq. Əhalınin əsas narazılığı həm də mexaniki sayğacların qaz sərfiyyatını əslində istifadə olunandan artıq göstərməsidir.
Bununla bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz feysbuk səhifəsində paylaşım edərək əhalinin ötən ilin bu dövrü ilə müqayisədə hazırda təbii qazın sərfiyyatına görə ikiqat borc yazıldığından şikayət etdiyini yazıb.
“Azəriqaz” narazılıqları nəzərə alaraq bu gündən (26 yanvar 2021-ci il) vətəndaşların müraciətlərinə baxılması məqsədilə “Açıq qapı” günləri elan edib. “Azəriqaz”ın müraciətində bildirilir ki, son vaxtlar əhali abonent qrupunun istifadəsində olan, dövlət yoxlama müddəti çatmış smart-kart tipli sayğacların mexaniki-elektron sayğaclarla əvəz edilməsindən sonra guya yeni quraşdırılan qurğuların təbii qazın sərfiyyatını çox qeydiyyata alması barədə fikirlər dolaşır. Bunları nəzərə alaraq “Azəriqaz” İstehsalat Birliyi bu həftədən başlamaqla hər həftənin 2 və 4-cü günləri Birliyin Metrologiya Departamentində saat 14:00-dan 17:00-dək “Açıq qapı” günləri elan edib. 26 yanvar 2021-ci il tarixdə qeyd olunan saatda Birliyin Metrologiya Departamentində (Ünvan: Bakı şəhəri, Nizami rayonu Oqtay Vəliyev küçəsi 72) media və ictimaiyyət nümayəndələri, həmçinin abonentlərimiz təbii qaz sayğaclarının yoxlama mərhələlərini əyani şəkildə izləyə biləcəklər. Və “Açıq qapı” günü pandemiya qaydalarının tələblərinə uyğun həyata keçiriləcək.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, əvvəla smart tipli sayğacların təkrar mexaniki sayğaclarla əvəzlənməsi yanlışdır:
- Belə bir əvəzləmə düzgün deyil. “Azəriqaz” bunun səbəbini açıqlamalıdır ki, 2012-ci ildə baha qiymətə alınıb ölkəyə gətirilən smart-tipli sayğaclar niyə mexaniki-elektron sayğaclarla əvəzlənir? Əhali niyə narazıdır?
Burda müəmmalar var. Ya yeni mexaniki sayğacların iş funksiyasında problem var, defektli sayğaclardır, Azərbaycana göndəriblər, ya da “Azəriqaz” defektli sayğaclar alıb, yaxud da qazın təzyiqi artırılıb ki, sayğac sürətlə fırlanır, yaxud qaz tərkibində hava var.
Nəsə problem var ki, əhali narazılıq edir. Hardan, hansı şirkətdən, hansı müəssisədən alınıbsa bu sayğaclar, onlar bu məsələyə aydınlıq gətirməlidir, rəsmi qaydada izah verməlidirlər. Bir də bilməliyik ki, problem sayğacdadır, yoxsa “Azəriqaz”da.
Tarix: 27-01-2021, 09:21
-
Dünən, 23:19
Onkologiya Mərkəzinin 50 milyonluq tenderini deputatla əlaqələndirilən şirkət qazandı
-
Dünən, 23:08
Qəbul olmayanlar üçün daha bir şans - Tarix açıqlandı
-
Dünən, 22:58
Peşə məktəblərində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi görə bilmir?
-
Dünən, 22:27
Nihad Hənifəyevin 7,4 milyonluq tenderinin şəffaflıq təhlili - Daha bir iddia və Nazirliyin məlum susqunluğu - FOTOLAR
-
Dünən, 22:21
Elçibəyin qardaşı qızının evi əlindən alındı - FOTO
-
Dünən, 16:42
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
-
Dünən, 16:29
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
-
Dünən, 16:24
Bayandur kənd sakinlərinin müraciəti həll olunub
-
Dünən, 16:13
DTX bu dəfə əsl «akula»ları tutub – 35 milyon manat cərimə!
-
Dünən, 16:08
134 il sonra təkrarlandı: Prezidentin səfəri ilə bağlı ilginc detal – FOTOLAR
-
Dünən, 16:03
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI...
-
Dünən, 15:57
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Dünən, 15:53
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
-
Dünən, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Dünən, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Dünən, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur
-
Dünən, 09:49
Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi
-
Dünən, 09:43
Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?
-
Dünən, 09:40
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır
-
Dünən, 09:38
"SOCAR" da faciə - Qaldırıcı qurğu aşdı, işçi öldü
-
Dünən, 09:36
Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunda işıq kəsiləcək
-
23-08-2026, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
23-08-2026, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
23-08-2026, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
23-08-2026, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
23-08-2026, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
23-08-2026, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
23-08-2026, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
23-08-2026, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”