“Dəqiq bilirəm ki, fond və PA-da müəyyən şöbələr jurnalistləri izləyirdi...”
Ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Buna əsasən, KİVDF-nini bazasında Medianın İnkişafı Agentliyi yaradılıb.
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, qurumda hələlik ancaq ad və rəhbər dəyişib:
“Başqa yenilik yoxdur. Orada bir məqam diqqətimi çəkdi. Onlara səlahiyyət verilir ki, mediada gedən administrativ pozuntularla bağlı tədbirlər görsünlər. Müəyyən orqanların qarşısında məsələ qaldırsınlar. Bu yenilik ziddiyyət təşkil edir. Əgər söhbət azad mətbuatın inkişafından gedirsə, həmin o qurum belə işlərlə məşğul olmamalıdır. Bizdə qanunlar var, kimin nə şikayəti varsa, məsələ qaldıra, problemə son olaraq məhkəmədə baxıla bilər. İctimai qınaq Mətbuat Şurasının işidir. Ancaq Mətbuat Şurası hakimiyyətdən asılı vəziyyətdədir. Ona görə də o funksiyanı yerinə yetirə bilmir”.
M. Əliyev qeyd edib ki, indiki məqamda yeni yaranan quruma belə səlahiyyətlərin verilməsi düzgün deyil:
“Bu özlüyündə bir şübhə yaradır ki, agentlik fondun funksiyasını daşıyacaq. Mən onu dəqiq bilirəm ki, qeyri-rəsmi olaraq həmin o fond və Prezident Administrasiyasında müəyyən şöbələr jurnalistləri, onların yazılarını izləyirdilər. Bu yolla onlara təzyiq edirdilər. Redaksiya onlara yardım üçün müraciət edəndə, “Siz filankəsləri tənqid etmisiz, buna görə də biz sizə yardım etməyəcəyik”,-deyirdilər. Yəni bizim bu fond indiyədək azad mətbuatın sıradan çıxarılması, jurnalistlərin və redaksiyaların ələ alınması ilə məşğul olub. Nəticədə mətbuatda ciddi bir irəliləyiş olmadı. Əgər indi bu təkrar olunursa, Azərbaycan mətbuatını geriyə aparan bir addım olacaq”.
Həmsöhbətimiz vurğulayıb ki, hazırda medianın azad olması üçün lazımi addımlar atılmalıdır:
“Bizdə çox normal qanun vardı. Vaxtilə medianın fəaliyyətini məhdudlaşdırmaq üçün çoxlu dəyişikliklər edilib. İndi isə medianın sağlamlaşdırılması üçün qanunda dəyişikliklər olmalıdır. Real addımlar nəticəsində biz bunu görməliyik ki, hakimiyyət Azərbaycanda məsuliyyətli, keyfiyyətli, etibarlı medianın yaradılmasında maraqlıdır və bunu edir. Bəli, bəyanatlar səsləndirirlər ki, media tam azaddır. Amma reallıqdan danışmaq lazımdır. Bunun üçün bütün normativ aktlarda dəyişiklik baş verməlidir. Biz bunları hələ ki görməmişik. Qurum fəaliyyət göstərsin, yaxın gələcəkdə nə olacağını görək”.
Tarix: 13-01-2021, 13:10
-
Dünən, 23:19
Onkologiya Mərkəzinin 50 milyonluq tenderini deputatla əlaqələndirilən şirkət qazandı
-
Dünən, 23:08
Qəbul olmayanlar üçün daha bir şans - Tarix açıqlandı
-
Dünən, 22:58
Peşə məktəblərində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi görə bilmir?
-
Dünən, 22:27
Nihad Hənifəyevin 7,4 milyonluq tenderinin şəffaflıq təhlili - Daha bir iddia və Nazirliyin məlum susqunluğu - FOTOLAR
-
Dünən, 22:21
Elçibəyin qardaşı qızının evi əlindən alındı - FOTO
-
Dünən, 16:42
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
-
Dünən, 16:29
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
-
Dünən, 16:24
Bayandur kənd sakinlərinin müraciəti həll olunub
-
Dünən, 16:13
DTX bu dəfə əsl «akula»ları tutub – 35 milyon manat cərimə!
-
Dünən, 16:08
134 il sonra təkrarlandı: Prezidentin səfəri ilə bağlı ilginc detal – FOTOLAR
-
Dünən, 16:03
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI...
-
Dünən, 15:57
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Dünən, 15:53
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
-
Dünən, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Dünən, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Dünən, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur
-
Dünən, 09:49
Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi
-
Dünən, 09:43
Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?
-
Dünən, 09:40
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır
-
Dünən, 09:38
"SOCAR" da faciə - Qaldırıcı qurğu aşdı, işçi öldü
-
Dünən, 09:36
Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunda işıq kəsiləcək
-
23-08-2026, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
23-08-2026, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
23-08-2026, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
23-08-2026, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
23-08-2026, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
23-08-2026, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
23-08-2026, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
23-08-2026, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”