"Aslan İsmayılovun Tərtər rayon İcra Hakimiyyətinin başçısına qarşı tutduğu mövqe qərəzlidir" - AÇIQLAMA

"Aslan İsmayılovun “Tərtərdə nə baş verir?” başlığı altında öz facebook səhifəsində etdiyi paylaşımla bağlı bildiririk ki, 16 sentyabr 2020-ci il tarixdə sosial şəbəkələrdə “Tərtər camaatı küçələrə axışdı” başlığı altında verilən çəkilişdəki həmin ərazi Tərtər rayonunun deyil. Ağdam rayonunun məcburi köçkünlərin məskunlaşdığı “Dördyol” qəsəbəsidir. Həmin əraziyə toplaşan insanlar isə Ağdam rayonunun sakinləridir". Bu barədə Siam.az-a Tərtər Rayon İcra Hakimiyyətindən verilən açıqlamada bildirilir.
Daha sonra məlumatda qeyd olunur: "Çəkilişi aparan Tərtər rayonun Səhlabad kənd sakini özünü blogger adlandıran Ziya Mahmudov olduğu üçün əraziyə toplaşanlar Tərtər rayonunun sakinləri kimi təqdim olunur.
Tərtər rayon icra hakimiyyəti tərəfindən Türk bayrağının endirilməsi ilə bağlı heç bir göstəriş verilməmişdir.
Aslan İsmayılovun facebook səhifəsində Tərtər rayonuna aprel döyüşlərindən sonra ayrılan 3 milyon manatın hara xərclənməsi ilə bağlı bildiririk ki, ayrılan vəsaitlə 17 yaşayış məntəqəsində 256 fərdi yaşayış evinə dəyən ziyan aradan qaldırılmışdır. Tərtərin İcra başçısı dövlətə və dövlətçiıiyə sadiqdir. Qənaət olunan vəsait hesabına şəhər 6 saylı tam və Qazyan ümumi orta məktəbləri əsaslı təmir edilmişdir.
Tərtər İlk Peşə İxtisas Məktəbinin pəncələrinin İcra başçısı tərəfindən hördürülməsi ilə bağlı yazılan fikirlər də əsassızdır, İcra başçısı tərəfindən binanın pəncərələrinin hörülməsi üçün heç bir göstəriş verilməmişdir.
Tərtər İlk Peşə İxtisas Məktəbində 1993-cü ildən 2018-ci ilə qədər məcburi köçkünlər məskunlaşmışlar. Binanın sanitar qovşaq tərəfdə yerləşən pəncərələri illər öncə hörülmüşdür. Həmin ərazidə ictimai yaşayış binalarının fasad hissələri təmir olunub rənglənərkən peşə məktəbinin həmin hissəsi də rənglənmişdir. 2018-ci ildə orada məskunlaşan məcburi köçkünlər Şıxarx qəsəbəsində 1176 ailəlik məcburi köçkünlər üçün salınmış qəsəbəyə köçürülmüşdür. Bina Təhsil Nazirliyinə təhvil verilmiş, hazırda orada məcburi köçkünlər yaşamır, bina istismara yarasızdır, əsaslı təmirə ehtiyacı var.
Aslan İsmayılovun facebook səhifəsində etdiyi paylaşımında aprel döyüşləri ərəfəsində idarə, müəssisə rəhbərlərindən 200-300 manat, icra nümayəndələrindən 30 manat pul yığılması, ictimai işə cəlb olunanların əmək haqqlarının icra başçısı və onun birinci müavini Ramiz Şabanov tərəfindən mənimsənilməsi, yeni subartezian quyularının yerinin təyin olunması ilə bağlı icra başçısının müavinləri Abbas Cavadov və Xatirə Məmmədova (Xatirə Məmmədova 2019-cu ilin 26 aprel tarixində öz ərizəsinə əsasən işdən azad edilibdir) vasitəsi ilə 8-10 min manat məbləğində rüşvət alınması, idarə, müəssisə və təşkilat rəhbərlərindən aylıq hesab yığılması, vətəndaşlardan rüşvət alınaraq işə götürülmələri ilə bağlı yazdıqları yalan və böhtandır, heç bir fakta əsaslanmır.
Aslan İsmayılovun Tərtər Rayon İcra Hakimiyyətinin başçısına qarşı tutduğu mövqe qərəzlidir".
Tarix: 18-09-2020, 09:30
-
Dünən, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Dünən, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Dünən, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Dünən, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Dünən, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Dünən, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Dünən, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Dünən, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Dünən, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Dünən, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Dünən, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Dünən, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Dünən, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Dünən, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
24-10-2026, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
24-10-2026, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
24-10-2026, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
24-10-2026, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
24-10-2026, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
24-10-2026, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
24-10-2026, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
24-10-2026, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
24-10-2026, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
24-10-2026, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
24-10-2026, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
24-10-2026, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
24-10-2026, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
24-10-2026, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti