15 Sentyabrı hələ də bayram edə bilmiriksə - içimizdə Şeytan oturub...

"O Gün olmasaydı, nə “Azərbaycan xalqı” adlı toplum, nə də “Azərbaycan iqtidarı” və “Azərbaycan müxalifəti” adlı siyasi ifadələr mövcud olardı..."
Fikir savaşı...
Sultan Laçın
Sonradan bərpa olunmuş müstəqillik illərində rəsmən Bilik Günü kimi də qeyd edilən 15 Sentyabr – gerçəklikdə 102 ildir ki, ÜMUMMİLLİ XİLAS, ZƏFƏR GÜNÜ kimi qeyd olunmalıydı... Amma nə yazıqlar ki, 70 illik sovet dövrünü çıxsaq, 29 illik müstəqillik dönəmində də bizlər bir toplum olaraq hələ bu günün dəyərini tam dərk edə, onu dövlət səviyyəsində tarixi bir gün, BAYRAM kimi rəsmiləşdirə bilməmişik...
*** Bizi laqeydləşdirən, ümummilli dəyərlərdən, dərdlərdən uzaqlaşdıran bir çox səbəblər var: həm tarixi, həm də çağdaş, həm daxili, həm xarici...
*** Osmanlı Türkiyəsinin Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi və ordusuna böyük dəstəyi sayəsində bizim bir xalq olaraq faktiki yer üzündən silinməyimizin qarşısının alınması gerçəkliyi yalnız iki il (1918-1920) şüurlarımıza, yaddaşlarımıza təlqin olunub.... 1920-ci ildə bolşevik Rusiyasının işğalından sonra isə nəinki bu fakt, türklüyümüz, müsəlmanlığımız da total və iyrənc bir təbliğatla, eyni zamanda təqib, təzyiq, repressiya, sürgün və güllələnmələrlə unutdurulmağa başlanıb... Əksinə, AXC də, Xoyskilər, Rəsulzadələr, Nəsibbəylilər də, Həsən bəy Aayevlər də, Xosrov bəy Sultanovlar da, Nuru Paşa da, bütövlükdə bu xalqın düşmənləri kimi təbliğ edilib... Əvəzində Azərbaycan müsəlmanlarının, türklərinin soyqırımının başında dayanmış Şaumyanlar “qəhrəman”ımız, “xilaskar”ımız kimi şüurumuza da, şüuraltımıza da yeridilib, adlarına rayonlar, şəhər, küçələr, metrolar verilib, heykəlləri ucaldılıb...
***
15 Sentyabrı Ümummmilli Qurtuluş, Xilas günü kimi təbliğ edəcək bəylərimizin, ziyalılarımızın, ruhanilərimizin, xanımlarımızın çoxu 1920-30-cu illərdə repressiyların qurbanı olub. Yarım milyona yaxını “Böyük Vətən” müharibəsində qurban gedib... Yerdə qalıb qorxudulmuş, gözüqıpıq edilmiş, beynəlmiləlləşmiş, Zəngəzura, Göyçəyə yiyələnmiş ermənilərlə “kirvələşmiş”, “qardaş”laşmış, komsomollaşmış, kommunistləşmiş, kolxozlaşmış ata-analarımız... Onlar arasında ermənilərin 1905-1906, 1918-ci illərdəki və s. bizlərə qarşı törətdikləri qırğınların şahidi olanlara belə, övladlarına bu haqda danışmaq qadağan edilib... Çox nadir sovet ailələrində Rəsulzadə-Xoyski hökuməti, Osmanlı, Nuru paşa xilaskarlığı haqqında danışılıb...
***
Məsələn, bəndənizin ulu babası, yəni atasının babası -Əbdüləli bəy Şirinbəyli I Cahan savaşına könüllü gedərək silahla, qılıncla davranmağı, döyüşməyi öyrənib mənimsəyib və 1917-ci ildə yaralanıb geri dönərək sağaldıqdan sonra o dövrdə Azərbaycanın Zəngəzur-Qarabağ ərazilərinə də gəlmiş Osmanlı və Azərbaycan ordusuna könüllü olaraq dəstək verənlərdən olub. Babam bəndənizin 3 yaşı olanda dünyasını dəyişib. Onun Osmanlı haqqında söylədikləri, xüsusən nağarada çalıb ifa etdiyi “Nuru paşa, səni görüm min yaşa!” kimi türküləri, evimizə dəvət etdiyi aşıqların nəğmələri və s. həmin 3 il ərzində şüuraltı olaraq beynimə, hafizəmə, qanıma həkk olunub. Sonradan atamdan, böyük bacılarım və bizə mütəmadi gəlib-gedən qohum-əqrəbadan Türk ordusunun Azərbaycana, ayrıca Zəngəzura, Qarabağa xilaskarlıq missiyasıyla gəlməkləri barədə artıq şüurlu olaraq eşidib dərk etdiyim söhbətlərin ruhi təsirini artıq heç bir güc ruhumdan, qəlbimdən qopara bilməz...
***
Bununla yanaşı, sovet dövründə on illərlə aparılmış manqurtlaşdırma siyasəti yüzlərlə, minlərlə Azərbaycan ailəsinin türklərə, hətta ümumiyyətlə, müsəlmanlara yad atmosferdə böyüməsinə, dilimizin Azərbaycan, millətimizin “azərbaycanlı” adlanmasına gerçək şərait yaradıb...
***
Məhz bu səbəbdən artıq bərpa olunmuş müstəqilliyimizin 3-cü onilliyinin tamamlanmasına rəğmən 15 Sentyabr günlərində kütləvi sevinc, bayramlaşma, Azərbaycan uğrunda şəhid olmuş Türk hərbçilərinin Şəhidlər Xiyabanı yaxınlığındakı abidəsinə kütləvi axın baş tutmur və təşkil edilmir... Söhbət ayrı-ayrı siyasi qrupların, bir-birindən küsülü(az qala qatı düşmən) hakim və müxalif partiyaların dəstə-dəstə ziyarətindən getmir...
***
Öncə dediyimiz kimi, biz 15 Sentyabrı təntənəli şəkildə Xilas, Zəfər bayramı kimi qeyd etməliyik. Bunu etmək istəmiriksə və ya edə bilmiriksə, bu istək, zərurət qəlbimizin dərinliyindən, ruhumuzdan gəlmirsə, Nuru paşaya Bakıda heykəl qoya bilmiriksə, deməli, 1813-1828-dən, 1920-ci ilə və bu günə gələn imperiya və ermənizm xəttini davam etdirən güclər var... Deməli, nəinki Qarabağı(hələ digər tarixi torpaqları demirik), ruhumuzu, qəlbimizi də xarici və daxili(nəfsimizin, tamahımızın, şəhvətimizin) işğaldan azad etməmişik... Deməli, içimizdə və içimizdə, yəni hər iki mənada(həm bir fərd, həm də ölkə olaraq) şeytanlar var... O şeytanlar ki, müsəlmanlığımızı, türklüyümüzü unutdurub bizləri gah Moskvaya, gah Vaşinqtona, gah da Tehrana bağlamağa çalışırlar... O şeytanlar ki, bizlərə Allahı, Quranı, Axirəti bir yalan, bir xülya kimi göstərib məmurlarımızı, alimlərimizi, müəllimlərimizi, həkimlərimizi, hərbçilərimizi, polislərimizi və s. rüşvətxorluğa, saxtakarlığa, dələduzluğa alışdırır və bütövlükdə xalqı bu mərəzə yoluxdurmaq üzrədirlər...
***
Fəqət, bir əsr öncəki babalarımızın hansı zülmlə müstəqil dövlət qurduqlarını xatırlayıb dərk edən olsa, düşünər ki, 1918-ci ilin 4 iyunundan(qardaş Türkiyə ilə hərbi-siyasi müqavilənin imzalanması) 15 Sentyabradək körpə AXC ilə qocaman Osmanlı qardaşlarımızın birliyi-diriliyi, iradəsi, dəyanəti, şəhadəti olmasaydı, bu gün bütün qüsurları, xətaları, günahları, uğuru, qələbə və məğlubiyyətləri ilə nə “Azərbaycan xalqı” adlı toplum, nə də “Azərbaycan iqtidarı” və “Azərbaycan müxalifəti” adlı siyasi ifadələr mövcud olardı... 15 Sentyabr Zəfəri olmasaydı, bu gün bəlkə Bakıda da, İrəvanda olduğu kimi, bir nəfər Azərbaycan müsəlmanı, türkü, kürdü, talışı, ləzgisi, avarı gəzib dolaşa bilməzdi... Qalsaydı da ya rusun, ya ingilisin qapazı altında qorxa-qorxa gözüqıpıq dolanardı...
***
Xülasə, gerçək keçmişini, tarixini, əsl Qurtuluş, Xilas, Zəfər gününü bilməyən, üstəlik, bu gününü və gələcəyini də nəfsinin, tamahının, şəhvətinin girovuna çevirmiş toplum heç bir qələbəyə nail ola bilməz. Gerçəkləri dərk etmək üçün isə öncə içimizdəki və içimizdəki şeytanı qovmaq gərəkdir. Bunu isə mövhumat, cəhalətlə, baş yarmaq, zəncir vurmaq, ələm uçurmaq, cin çıxartmaqla deyil, gerçək müsəlman, türk xislətinə sahiblənmək, nəfsinin ağası olaraq etmək mümkündür... Hərə öz tamahına, şəhvətinə qalib olub bu Korrupsiya, Ermənipərəstlik, Moskvapərəstlik Şeytanından ustufca bir çimdik götürsə, o tezliklə baş götürüb Şimal qütbünə qaçar... Əks halda bu cin-şəyatinlər içimizdən hələ çox qanlar axıdacaq, beyinlərimizi, yaddaşlaırmızı hələ çox yuyacaqlar...Sultan Laçın
Tarix: 16-09-2020, 07:32
-
Dünən, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Dünən, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Dünən, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Dünən, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Dünən, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Dünən, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Dünən, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Dünən, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Dünən, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Dünən, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Dünən, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Dünən, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Dünən, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Dünən, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
24-10-2026, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
24-10-2026, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
24-10-2026, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
24-10-2026, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
24-10-2026, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
24-10-2026, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
24-10-2026, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
24-10-2026, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
24-10-2026, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
24-10-2026, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
24-10-2026, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
24-10-2026, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
24-10-2026, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
24-10-2026, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti