“Gəncə dəhlizi” ilə bağlı məkrli plan: - Kreml üçün yeni "nəfəslik"?

Tovuz təxribatları zamanı Ermənistanı silahlandırdığı üçün rəsmi Bakı Rusiyaya ciddi etiraz bildirdi.
Lakin görünən odur ki, bunun Kremlə heç bir təsiri olmayıb. Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfəri zamanı ölkəsinin Ermənistana silah deyil, tikinti materialları göndərdiyini iddia etdi.
Lakin onun bu sözlərinə kimsə inanmadı. Siyasi ekspertlər Ermənistanın müharibəyə hazırlaşdığını və təxribat zonası kimi Tovuz rayonunun təsadüfən seçilmədiyini bildirir. Hətta politoloq Xaləddin İbrahimli iddia edir ki, ermənilər Tovuzun timsalında daha bir Qərb rayonunu seçməklə Azərbaycanı Qarabağla bağlı kapitulyasiyaya məcbur etməyə çalışır.
“Bunu Rusiya da istəyə bilər”
Politoloq Natiq Miri “Cümhuriyyət”ə açıqlamasında bildirib ki, bu fikirdə həqiqət payı var:
“Bu Ermənistan rəhbərliyinin istəyidir. Bu qələbəni çalmaqla həm Rusiyaya yarımaq, həm də öz mövqelərini gücləndirmək istəyərdilər. Hesab edirlər ki, yeni ərazilər işğal olunarsa, Dağlıq Qarabağ və ətraf yeddi rayon məsələsini arxa plana keçirmək olar. Zamanında Kəlbəcər rayonu işğal olunandan sonra BMT- nin 822 nömrəli qətnaməsi qəbul edildi. Burada Ermənistan ordusunun qeyd- şərtsiz Azərbaycanın işğal olunmuş ərazisindən çıxarılması nəzərdə tutulurdu. Bu qətnamə icra olunmaq ərəfəsindəydi ki, o zaman ermənilər, xüsusən də onların lideri Koçaryan daha bir addım atdı və Ermənistan ordusu Ağdam rayonu işğal edildi. Bununla ermənilər Kəlbəcərin işğal olunma faktını geri atdılar. Bu işğallar davam etdi, Dağlıq Qrabağ və ətraf yeddi rayon işğal olundu. Artıq 27 ildən çoxdur ki, ermənilər, nə Dağlıq Qarabağı nə də ətraf yeddi rayonu qaytarmaq fikrində deyil. Vəziyyət bu cür davam edərsə, ermənilər yeni ərazilərə iştahlana bilər. Bununla da hazırda müzakirə mövzusu olan Dağlıq Qarabağ və ərtaf yeddi rayon problemini arxa planda saxlaya bilər. Ancaq bunun nə qədər real olduğunu demək çətindir. Bu yalnız Ermənistanın röyası ola bilər. Artıq Azərbaycan ordusu 90- cı illərinki deyil və qəti şəkildə zərrəcə geri çəkilmək fikri yoxdur. Bura Azərbaycan- Türkiyə münasibətlərini də əlavə etsək, ermənilərin bu xülyası, ümumiyyətlə, mümkünsüzdür. Amma bunu Rusiya da istəyə bilər. Çünki ermənilərin bu planı Rusiyanın geosiyasi maraqlarına xidmət edir. Tovuzun və ümumilikdə "Gəncə dəhlizi"nin işğalı Rusiyanın Qərbə daşıdığı enerji- kommunikasiya xətlərinə nəzarətini təmin edərdi. Bu da son zamanlar Avropada və Türkiyədə öz enerji bazarlarını itirən Kreml üçün yeni "nəfəslik olardı". Artıq Azərbaycan Avropaya öz qazını satmağa hazırlaşır. TAP xətti də artıq hazır vəziyyətdədir. Düşünürəm ki, Azərbaycan ilin sonunadək öz qazını rahatlıqla Avropaya çıxara biləcək. Əlbəttə ki, belə durumda Rusiya istəyərdi ki, sözügedən qaz xəttini öz nəzarətinə götürsün. Beləliklə də, bundan istifadə etməklə o, Azərbaycanla Türkiyəni bir çox geosiyasi məsələlərdən çəkindirməyə çalışacaqdı”.
“Türk ordusunun burada qalması üçün hüquqi zəmin yaradılmalıdır”
Ekspert hesab edir ki, Rusiyanın bu iştahasını boğazında qoymaq üçün Türkiyə ordusunun Azərbaycanda qalmasına hüquqi zəmin yaratmaq lazımdır:
“Ancaq ortada bir də reallıq var. Məhz bu məsələləri gördükləri üçün Azərbaycanla Türkiyə münasibətləri daha da inkişaf etmək istiqamətində yol alıb. Məhz bu baxımdan Türkiyə-Azərbaycan arasındakı münasibətləri gücləndirmək və onu hərbi sazişə çevirmək lazımdır. Amma bu məsələlər nədənsə, ləngiyir. Hesab edirəm ki, bu, yolverilməzdir. Eyni zamanda Türkiyə ordusunun Azərbaycanda qalmasını təmin edən hüquqi zəmin yaratmaq lazımdır. Bu da özündə strateji müttəfiqliyi ehtiva edən hərbi sazişdən keçir”.
“İran Türkiyəyə də, Azərbaycana da xəyanət edir”
Politoloq hesab edir ki, İrana da ciddi bir nota vermək lazımdır:
“Açığı Ermənistanın bu planı nə qədər xülya görünsə də o, Rusiya tərəfindən silahlandırılır. Ayrıca, bu prosesin içində İran da iştirak edir. Yəni yalnız hava sahəsi ilə deyil, quru yoluyla da Rusiyanın silahları Ermənistana daşınır. Quru yolu ilə silahlar həm Ermənistana, həm də işğal altındakı torpaqlarımıza- Dağlıq Qarabağa daşınır. Ona görə də bu məsələni yalnız xülya olaraq görmək lazım deyil. Bunun üçün qabaqlayıcı addımlar atmaq lazımdır ki, İran da bu xülyaya düşməsin. İrana çox ciddi bir nota vermək lazımdır. Hesab edirəm ki, bu prosesdə də yalnız Azərbaycan deyil, qardaş Türkiyə də iştirak etməlidir. Çünki İran bu gün nəfəsi həm Azəraycandan, həm də Türkiyədən alır. Bu gün iqtisadi sanksiyalar içində boğulan İran həm Azərbaycana, dolayısı ilə həm də Türkiyəyə xəyanət edir. Bunu İrana mütləq mənada anlatmaq lazımdır”.
Tarix: 8-09-2020, 20:31
-
Dünən, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Dünən, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Dünən, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Dünən, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Dünən, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Dünən, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Dünən, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Dünən, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Dünən, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Dünən, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Dünən, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Dünən, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Dünən, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Dünən, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
24-10-2026, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
24-10-2026, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
24-10-2026, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
24-10-2026, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
24-10-2026, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
24-10-2026, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
24-10-2026, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
24-10-2026, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
24-10-2026, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
24-10-2026, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
24-10-2026, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
24-10-2026, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
24-10-2026, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
24-10-2026, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti