Hakimiyyətdən milli qüvvələrə “yaşıl işıq”: - Müxalifət idarəetməyə cəlb edilə bilərmi?

Ölkə başçısı İlham Əliyev ötən gün Biləsuvar və Saatlı rayonlarına təyin etdiyi yeni icra hakimiyyəti başçılarını videoformatda qəbul edib.
Prezident bildirib ki, özlərinə və ya hansısa bir məmura yox, dövlətə, vətənə sadiq məmurlar irəli çəkilməlidir. Milli düşüncəli adamlara vəzifə vermək lazımdır.
Nəzərə alsaq ki, hakimiyyətin təşəbbüsü ilə iqtidar-müxalifət dialoqu da gedir, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müxalifət partiyalarının rəhbərləri ilə görüş keçirir, Prezidentin çıxışından sonra müxalif düşüncəli milli kadrların da dövlət vəzifələrinə təyin olunması istisna edilmir.
Maraqlıdır, hakimiyyət komandası müxalifətə (dağıdıcı və ya “5-ci kolon”a bağlı olanlar istisna olmaqla-red.) müəyyən dövlət vəzifələri təklif edə bilərmi? Müxalifət təmsilçiləri belə bir təyinat gözləyirmi?
“Aşağı keyfiyyətli idarəetmədən imtina edilir”
Azərbaycan Demokrat Partiyasının (ADP) Sərdar Cəlaloğlu Cebhe.info-ya açıqlmasında bunun gözlənilən olduğunu deyib:
“Prezidentin çıxışı da məhz bunu göstərir. Əslində İlham Əliyevin bu bəyanatı göstərir ki, Azərbaycanda artıq aşağı keyfiyyətli idarəetmədən imtina edilir. Yəni məmura sadiq, vətənə, millətə, dövlətə düşmənçilik siyasətindən imtina olunur. Təbii ki, yeni siyasətdə də hakimiyyətdə yüksək keyfiyyətli insanlar təmsil oluna bilər. Bu baxımdan islahatçı, millətçi, demokratik, sədaqətli qüvvələr, xalqını, millətini sevən, öz sahəsini bilən, savadı, səriştəsi olan insanların hakimiyyətdə təmsilçiliyinə şərait yaranır. Prezidentin mövqeyi tamamilə düzgündür, alqışlayıram. Bu, təkcə Azərbaycanda “5-ci kolon”a qarşı mübarizə yox, həm də uzun illər hakimiyyətdən kənar saxlanılan istiqlalçı, milli qüvvələrin də hakimiyyətdə təmsil olunmasına qapı açır”.
“Kadrlar eyni zamanda milli düşüncəli olmalıdır”
Milli Cəbhə Partiyasının (MCP) Siyasi Şurasının üzvü Rafiq Daşdəmirli də Prezidentin bu təşəbbüsünü dəstəklədiklərini deyib:
“Bizim də partiya olaraq bir müddət əvvəl bel təkifimiz olub. Neçə illərdir deyirik ki, dövlət vəzifələrinə milli, vətənini, xalqını sevən insanlar gətirilməlidir. Savadlı kadr yaxşıdır, amma o, eyni zamanda milli düşüncəli olmalıdır. Çox yaxşı olar ki, siyasi və iqtisadi islahatlar tezləşdirilsin. Hakimiyyət öz komandasının tərkibində müxalifətə də yer versin. Yerlərdə icra hakimiyyətlərində müxalifətin təmsil olunması, seçikilərdə partiya təsisatlarının bölünməsi, yerli strukturların hər birində müxalif təmsilçilərin olması daha uğrulu olardı. Belə olan halda, rüşvətxorluğun kökü kəsilər, qurumlarda keyfiyyətli fikir mübadiləsi gedər. Prezidentin bu təşəbbüsünü dəstəkləyirik”.
“Belə ehtimal çox azdır”
Ağ Partiyanın sədri Tural Abbaslı isə müxalif şəxslərə vəzifə veriləcəyinə inanmadığını qeyd edib:
“Bu günə qədər hakimiyyətin praktikası onu deməyə əsas verir ki, belə bir ehtimal çox azdır. Hətta Prezident özü bunu bəyan etdiyi halda belə, amma yenə Yeni Azərbaycan Partiyasına, hakimiyyətin orbitinə yaxın olan insanları vəzifəyə təyin edirlər. Bir çox müxalifətçilər var ki, regional miqyasda böyük hörmətə sahibdir. Amma müxalif mövqedə və ya hakimiyyətə bitərəf olduğu üçün yerli icra orqanlarında təmsil olunmaq şansı verilmir. Bu günə qədər hakimiyyətin düşüncəsində olmayan, onun siyasətini birmənalı olaraq dəstəkləməyən heç bir şəxsə məhsuliyyətli vəzifə verilmir. Boş qalmış İcra Hakimiyyəti başçısı postlarına və ya çıxarılacaq icra başçılarının yerinə YAP üzvü, orada vəzifə tutmuş insanlar yox, sırf müxalif düşüncəli, bitərəf gənclərdən təyin etsinlər. Biz də görək ki, hakimiyyətin kursunu birmənalı şəkildə dəstəkləməsə də, dövlətə, vətənə, millətə bağlı insan olduğu üçün mükafatlandırıldı. Hələlik bu məsələyə inanmıram, amma belə bir fikir varsa, buyursunlar, bunu sübut etmək üçün onların kifayət qədər şansı var. Bu günə qədər nəinki təyinatlı, seçkili orqanda belə müxalifətin təmsilçiliyinə dözümsüz yanaşılıb. İndi kursu, xətti dəyişiblərsə, buyursunlar, müxalifətə, bitərəflərə şans versinlər. Biz də görək ki, vətənə, millətə, dövlətə bağlı adamlara məsuliyyətli iş tapşırdılar”.
“Kadrları potensialına görə seçmək lazımdır”
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov isə hesab edir ki, müxalif şəxslərin imkanlarından istifadə etmək hakimiyyət üçün də faydalı olar:
“Prezidentin yeni təyinatları qəbul edərkən etdiyi çıxış həqiqətən də çox diqqət çəkdi. Ölkə başçısı hər dəfə bu cür kadrları yeni vəzifəyə təyin edərkən tövsiyələrini verir, tələblər qoyur. Amma təəssüf ki, bir sıra hallarda bu tələblər, tövsiyələr yerinə yetirilmir. Neqativ hallar-korrupsiya, rüşvət, qohumbazlıq, yerlibazlıq, şəxsə sadiqlik kimi məsələlər qalmaqdadır. Bunu da qısa müddətdə həll etmək çətindir, amma bunun üzərinə gedilməlidir. Dəfələrlə demişik ki, kadrları kiməsə bağlılığına, yaxınlığına görə deyil, onu potensialına görə seçmək lazımdır. Müxalifətdə çox savadlı, seçilmiş kadrlar var, onların imkanlarından istifadə etmək faydalı olar. Şərt deyil ki, onlara icra strukturlarında hansısa vəzifə verilsin, onlara öz imkanlarını üzə çıxarması üçün şərait yaradılmalıdır. Məsələn, müxalifətin bu günə qədər hakimiyyətə verdiyi təkliflərin belə nəzərə alınması əhəmiyyətli olardı. Hər halda düşünürəm ki, ümumiyyətlə, iqtidar-müxalifət münasibətləri yenilənməlidir, yeni baxış gəlməlidir”.
Tarix: 25-08-2020, 21:35
-
Dünən, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Dünən, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Dünən, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Dünən, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Dünən, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Dünən, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Dünən, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Dünən, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Dünən, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Dünən, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Dünən, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Dünən, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Dünən, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Dünən, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
24-10-2026, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
24-10-2026, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
24-10-2026, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
24-10-2026, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
24-10-2026, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
24-10-2026, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
24-10-2026, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
24-10-2026, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
24-10-2026, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
24-10-2026, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
24-10-2026, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
24-10-2026, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
24-10-2026, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
24-10-2026, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti