“5-ci kalon”u yataqxanada ömür çürüdən jurnalistlərin deyil, villalardakı rüşvətxorlar arasında axtarın"
Fikir savaşı... Sultan LaçınADP sədri Sərdar Cəlaloloğlunun internet kanallarından birindəki son çıxışından sonra bir daha əmin oldum ki, “5-ci kalon” deyilən, əslində isə Azərbaycanda, ən azı, 100 il ərzində kök salmış “KQB”-“QRU”-korrupsiya şəbəkəsi ifşa olunaraq hakimiyyətə təsir rıçaqlarını itirmək təhlükəsi qarşısında öz günah və konkret cinayətlərini ölkəmizdəki əsl milli(!) qüvvələrin üzərinə atmağa, onları dövlətin, hökumətin, iqtidarın, müxalifətin sağlam qüvvələrinin basqısı altında qoymağa çalışır...
*** Bəli, bizlər də, yazar, jurnalist, konkret olaraq Moderator.az saytının əməkdaşları kimi Rusiyaya, işğalçı Ermənistan və onun digər havadarlarına sərf edən informasiyaların Azərbaycan mediasında tirajlanmasının əleyhinəyik... Və bu səbəbdən erməni və ya rus saytlarından tərcümə olunmuş materialların əksəriyyətini oxucuya öz şərhlərimizlə təqdim edir və onların dezinformasiya, yaxud manipulyasiya olduğunu ifşa etməyə çalışırıq... Fəqət, 20-25 ildir “ermənilər acından ölür”, “Ermənistan batır, dağılır” , “Şuşada 3-4 erməni yaşayır” və s. deyərək baş verənləri malalamaq, “tezliklə üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Kəlbəcərdə dalğalanacaq” yalanlarını tirajlamaq, “Rusiya bu il 3 rayonu, nə bilim, gələn il 5 rayonu qaytaracaq” kimi dezinformasiyalarla ictimai şüurda manipulyasiya apararaq xalqın başının altına yastıq qoyaraq zamanımızı heçə xərcləmək - “5-ci kalonun-filanın”, Rusiyanın, Ermənistanın işinə yaramırmı?..
***
Doğrudur, bizlər də hər bir insan kimi yazımızda, sözümüzdə müəyyən xətaya, texniki səhvə yol verə bilərik. Amma şəxsi, subyektiv fikirlər əsasında Moderator.az-ı bütövlükdə hansısa xarici siyasi maraqlara xidmətdə ittiham etməyin özü - əsl mənada anti-milli maraqların qulluğunda durmaq, ən azı, “5-ci kalon”un, korrupsiya şəbəkəsinin dibinə beton tökməkdir...
***
Ona qalsa, biz də sadəcə, hansısa bir davranışına, çıxışına görə, deyə bilərik ki, filankəsin işi-gücü ara qarışdıraraq, yetənə yetib yetmədiyinə bir daş atmaqla gündəmə gəlməkdir. “Filankəs özü “5-ci kalon”a xidmət edə-edə bir neçə kəskin fikirlə özünü millətçi, vətənpərvər kimi göstərərək əslində əsl milli qüvvələri ləkələyib güdaza verməyə çalışır”... Amma biz bunları demirik. Çünki həmişə konkret faktla, hüquqi əsasla danışmağa çalışırıq...
***
Qarabağda ermənilərin gördüyü işləri isə həmişə video, ən azı, video-görüntülərlə təqdim etməyə çalışırıq. Və çox vaxt dövlət qurumlarına müraciət edərək müasir texniki, texnoloji vasitələrlə düşmənin yazdıqlarını, göstərdiklərini araşdırmağı xahiş edirik...
***
Və yeri gəlmişkən, Moderator.az daim yaxşı mənada, milli maraqlar naminə əksər strateji dövlət qurumlarıyla əməkdaşlıq edir. O cümlədən Qarabağ, Ermənistan mövzularında... Xarici İşlər Nazirliyinin işini illərdir tənqid etsək də, eyni zamanda ermənilərin əsasən xaricdə Azərbaycanla əlaqədar gördükləri məkrli əməlləri barədə verdikləri informasiyaları XİN Mətbuat Xidmətinin konveyerindən keçirməklə ictimaiyyətə təqdim etməyə çalışırıq...
***
...2018-ci il fevralın 24-25-i və 26-da – Xocalı soyqırımının 26-cı ildönümü günündə bu qətliamın beynəlxalq səviyyədə tanınmasıyla bağlı araşdırma apararkən bəlli oldu ki, Azərbaycan Xarici İşlər Nazirliyi saytının soyqırıma aid əsas linkləri haker hücumu və ya hansısa texniki səbəbdən sıradan çıxıb. Həmin vaxt zəng etdiyimiz XİN mətbuat xidmətinin rəhbəri hörmətli Hikmət Hacıyev Türkiyə telekanallarında canlı yayımda olduğundan telefon zənglərimizə cavab verə bilməmişdi. Fevralın 25-də bu haqda saytımızda məlumat vermişdik. Fevralın 27-də Türkiyədən Bakıya dönən H.Hacıyev Moderator.az redaksiyasına telefon açaraq XİN-in rəsmi saytında yaranmış problemlə bağlı vaxtında xəbərdar etdiyimizə görə rəsmisi olduğu qurum adından saytımıza dərin təşəkkürünü çatdırdı. Şəxsən bəndənizlə telefon söhbətində hazırda Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışan Hikmət Hacıyev Qarabağla bağlı vacib informasiyaları məhz Moderator.az saytından, o cümlədən bəndənizin yazılarından öyrəndiklərini bildirərək buna görə də redaksiya rəhbərliyi və əməkdaşlarına təşəkkürünü yetirdi(bax: https://www.moderator.az/news/215361.html). H.Hacıyev bundan sonra da saytımızla əməkdaşlıq edəcəklərinə söz verdi...
***
Yəqin ki, bizim Qarabağla, ermənilərlə bağlı xəbərlərimizdə Azərbaycan xalqına və dövlətçiliyinə, hər hansı zərər dəydiyini hiss etsə idi, o boyda XİN-in rəsmisi bunu mütləq bizlərin nəzərinə çatdırardı...
***
Oxşar münasibəti hazırda XİN mətbuat xidmətinin rəhbəri kimi çalışan dəyərli Leyla xanım Abdullayevadan da görmüşük. O da həmişə bizim suallarımıza cavab verib, bir çox informasiyaları onun vasitəsilə dəqiqləşdirmişik... Və bu əməkdaşlıq davam edir...
***
Bir məsələni də “5-ci kalon” axtarışında olanların nəzərinə çatdırırıq:
Bir sıra mövqeli, vicdanlı jurnalistlər kimi Moderator.az-ın da bir çoxu Qarabağdan didərgin olan əməkdaşları yataqxanalarda, “xruşşovka” kirayələrdə ömür sürüb, halal zəhmətləri ilə dolanırlar. “5-ci kalon”a xidmət edənlər isə korrupsiya, rüşvət, narkobiznes və s. hesabına villalarda, saraylarda eyş-işrət içində yaşayanlar arasında olur...
***
Bizlər hər səhər sübhdən oyanan kimi Qarabağ haqda xəbərləri həm də ona görə axtarırırıq ki, tənimiz Bakıda, Gəncədə, Bərdədə, Mingəçevirdə və s. dolansa da, ruhumuz Şuşanın, Kəlbəcərin, Laçının, Ağdamın, Qubadlının, Cəbrayılın dağ-dərələrində, meşələrində gəzir...
***
Əslində bizlərin özünü müdafiə etməsinə də ehtiyac yoxdur. Çünki daim xalqın ürəyindən keçənləri, dövlətin, millətin maraqlarına uyğun söz deməyə çalışdığımız üçün ölkənin sağlam milli(!) qüvvələri bizləri gözəl tanıyır. Biz xalqın qəlbindən keçəni deyirik, ona görə də Moderator.az-ın qəlbinə toxunmaq – xalqın qəlbinə toxunmağa bərabərdir...Sultan Laçın
Tarix: 18-08-2020, 21:07
-
Dünən, 23:19
Onkologiya Mərkəzinin 50 milyonluq tenderini deputatla əlaqələndirilən şirkət qazandı
-
Dünən, 23:08
Qəbul olmayanlar üçün daha bir şans - Tarix açıqlandı
-
Dünən, 22:58
Peşə məktəblərində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi görə bilmir?
-
Dünən, 22:27
Nihad Hənifəyevin 7,4 milyonluq tenderinin şəffaflıq təhlili - Daha bir iddia və Nazirliyin məlum susqunluğu - FOTOLAR
-
Dünən, 22:21
Elçibəyin qardaşı qızının evi əlindən alındı - FOTO
-
Dünən, 16:42
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
-
Dünən, 16:29
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
-
Dünən, 16:24
Bayandur kənd sakinlərinin müraciəti həll olunub
-
Dünən, 16:13
DTX bu dəfə əsl «akula»ları tutub – 35 milyon manat cərimə!
-
Dünən, 16:08
134 il sonra təkrarlandı: Prezidentin səfəri ilə bağlı ilginc detal – FOTOLAR
-
Dünən, 16:03
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI...
-
Dünən, 15:57
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Dünən, 15:53
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
-
Dünən, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Dünən, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Dünən, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur
-
Dünən, 09:49
Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi
-
Dünən, 09:43
Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?
-
Dünən, 09:40
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır
-
Dünən, 09:38
"SOCAR" da faciə - Qaldırıcı qurğu aşdı, işçi öldü
-
Dünən, 09:36
Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunda işıq kəsiləcək
-
23-08-2026, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
23-08-2026, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
23-08-2026, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
23-08-2026, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
23-08-2026, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
23-08-2026, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
23-08-2026, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
23-08-2026, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”