“İstərdim ki, Xocalı aeroportuna onun adı verilsin” - Əlif Hacıyevin bacısı
Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Əlif Hacıyev qəlbi daim vətən sevgisi ilə alışıb-yanan igidlərdən olub.
Xocalı Aeroportunun komendantı olmuş Əlif Hacıyevin qəhrəmanlığı heç vaxt unudulmayacaq.
Əlif Hacıyev sağ olsaydı, uğrunda canından keçdiyi Qarabağın düşmən tapdağından azad olunması xəbərini eşitsəydi, hansı hisləri keçirərdi?
Bacısı Şükufə xanım Modern.az saytına müsahibəsində qardaşı və Xocalı ilə bağlı xatirələrindən danışıb:
- Şükufə xanım noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiyanın dövlət başçıları arasında Qarabağda gedən müharibənin dayandırlması ilə bağlı üçtərəfli bəyanat qəbul edilib. Həmin bəyanata görə, Xocalı sakinləri də doğma torpaqlarına qayıtmalıdırlar. Bu xəbəri eşidəndə hansı hisləri keçirdiniz?
- Yurd-yuvasından, vətənindən, yerindən didərgin düşən bir insan hansı hisləri keçirməz ki?! Çox sevindim. Lakin digər tərəfdən də kədərli idim. Çünki torpaqlarımızın alınması uğrunda minlərlə oğullarımız şəhid olub, sağ qalanlar arasında da çoxlu yaralılar var. Bununla yanaşı, itkinlərimiz də var. Bunlar hamısı bir yana, torpaq, vətən itkisi heç nəyə bənzəmir. 32 ildir ki, mən Bakıdayam. 32 ildir, hər gün elə bilirəm, oraları yuxumda görürəm. Neçə illərdir Bakıda yaşamağıma baxmayaraq, heç Bakını yuxum da görməmişəm. Həmişə Xocalını, Xankəndini yuxumda görürəm. Oraların xəyalı ilə yaşayıram. Sonuncu dəfə oradan çıxanda mənim 36 yaşım var idi. Qismət olarsa, yəqin ki, gedərik. Qismət olmasa, övladlarım oraları görər.
Torpaqlarımızın azad olunma xəbərini televiziyadan eşidirdim. Hər gün hər dəqiqə bu xəbərləri gözləyirdim. Səhərə qədər televiziyanın qarşısında olurdum. Bəzən sevincimdən elə möhkəm qışqırırdım ki, bir an elə bilirdim başıma hava gəlib. Qalxıb televiziyanın ekranından bu xəbərləri bizə verən cənab prezidentin üzünü öpürdüm. Mənim sevincimin həddi-hüdudu yox idi.
Mən qələbə gününüm səhəri Şəhidlər Xiyabanına getdim. Qardaşımın məzarına dedim ki, gözün aydın olsun. Uğrunda canından keçdiyin torpaqlarımız artıq azaddır. Ruhun şad olsun!
Məni tanıyanların hamısı Xocalıya qayıda biləcəyimiz barədə xəbəri eşidən kimi zəng vurub təbrik edir, “gözün aydın” deyirdilər.
Hər rayonumuz, kəndimiz alınanda mən ağlamışam.
- Xocalı ilə bağlı xatirələrinizdən danışın....
- O günlər çox dəhşətli idi. Əsasən acılı xatirələrdir... Xocalı hadisəsində bir qardaşım itkin, atam isə əsir düşdü. Qardaşım Əlif şəhid oldu. Digər bir qardaşım Rza bir həftə sonra gəlib çıxmışdı. Mənə deməsəydilər ki, bu qardaşındı, onu tanımazdım. Çox tanınmaz vəziyyətə düşmüşdü. Anam, əmim, qohum-əqrabam hamısı orada rəhmətə getdi.
- Sizcə, Əlif Hacıyev torpaqlarımızın işğaldan azad olunma xəbərini eşitsəydi, hansı hisləri keçirərdi?
- Onun sevincinin həddi-hüdudu olmayacaqdı. 1990-ci ilin avqust ayı idi. Biz hamımız Xocalıda idik. Həmin vaxt Əlif Xocalı aeroportunun rəisi işləyirdi. Ermənilər general-mayor Dadaş Rzayevi əsir götürmüşdülər. Onu geri qaytarmırdılar. Əlif gecə ilə ermənilərin hərbçilərindən Əlmiryanı əsir götürdü. Onlara demişdi ki, biz sizin hamınızı götürə bilərik. Daha sonra sentyabr ayı idi. Həmin gün gecə evə gəlmədi. Bacımla biz çox narahat qaldıq. Həmin gün səhərə yaxın gəldi, harada olduğunu soruşduq, heç nə demədi. Səhər ermənilərin yaşadığı qonşu kənddən partlayış səsi gəldi. Tez yerindən qalxıb həyətə çıxdı və dedi ki, “babat partladı”.
Torpaqlarımızın geri qaytarılmasında Ali Baş Komandan İlham Əliyev və ordumuzun igid oğullarına minnətdaram.
1991-ci ildə mənim qızımın toyunda Əlif demişdi ki, “mən fəxr edirəm ki, azərbaycanlıyam”. Həmişə deyirdi ki, azərbaycanlı olmaq böyük şərəfdir.
Xocalıda rəhmətə gedənlərin hamısı qəhrəmandır. Çünki onlar əliyalın olublar. Onları qarlı qış gecəsində çıxarıblar. Ölən ölüb, qalan qalıb, əsir düşənlərdən də bu günə qədər heç bir məlumat yoxdur.
- Xocalıya qayıdarkən ilk hara getmək istəyərdiniz? Evinizin yerini xatırlayırsınızmı?
- Xocalıda ilk anamın qəbrini ziyarət etməyə gedərdim. Bildiyimə görə, Xocalını çox da dağıtmayıblar. Uşaqlar peyk görüntülüəri ilə izləyirlər. Evimiz qalıb. Atamın, qardaşımın evi qalıb. Düzdür, nə vəziyyətdə olduğunu deyə bilmərik. Lakin görünütüsü var ki, həmin evlər yerindədir.
- Evinizi bərpa edəcəksinizmi?
- Çox istəyərəm. Mən özüm Xankəndidə yaşayırdım. Oradan qovulandan sonra Bakıya gəldim. Bakıda yaşaya-yaşaya Xocalıda torpaq sahəsi götürdük ki, orada yenidən ev tikək, alınmadı. Arzumdur ki, orada ev tikdirək. 70 yaşım var. Mənim özümə qismət olmasa da, balalarıma qismət olar.
- Əlif Hacıyevin xatirəsinin əbədiləşdirilməsi üçün nə etmək olar?
- İstəyərdim ki, uğrunda canını fəda etdiyi Xocalı aeroportuna onun adı verilsin. Çünki o, həmin torpaq uğrunda, həmin aeroporta görə nələr edib, onu bir Allah bilir. Burada onun adına gəmi, küçə var. Lakin mən istəyərdim, Xocalıda Əlif Hacıyevin adı əbədiləşdirilsin.
Tarix: 29-12-2020, 14:07
-
Bu gün, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Bu gün, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Bu gün, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Bu gün, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Bu gün, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti