İrəvandan dialoq təklifi: Blef, yoxsa məcburiyyət? - TƏHLİL
Münaqişə başa çatmamış Ermənistan Azərbaycanla diplomatik münasibətlər qurmaq iddiasını irəli sürüb.
Tərəflər arasında hərbi əməliyyatlar başa çatsa da, yekun sülh sazişi imzalanmayıb. Kapitulyasiya sənədinə imza atmasına baxmayaraq, Ermənistan hələ də Azərbaycana qarşı ərazi iddiasından əl çəkməyib. Belə olan halda, düşmən ölkənin Azərbaycanla diplomatik əlaqələrin yaradılmasından danışması təəccüblü səslənir.
Qeyd edək ki, sözügedən təşəbbüslə Ermənistan Milli Məclisinin Müdafiə və milli təhlükəsizlik komissiyasının sədri, hakim "Mənim addımım" fraksiyasının üzvü Andranik Köçəryan parlamentdə çıxış edib. “Qarabağ müharibəsindəki məğlubiyyəti dürüst və tam və məsuliyyətlə qəbul etmək lazımdır. Biz həm mənəvi, həm də psixoloji cəhətdən döyüş meydanında məğlub olduq. Bu vəziyyətdən ən qısa müddətdə çıxmaq lazımdır.
Qalib gələn tərəflə nə qədər çətin olsa da, dialoqa başlamağa çalışmaq lazımdır. Azərbaycanla diplomatik münasibətlərin qurulması gözlənilən perspektivləri dəyişdirə bilər”- erməni deputat öz çıxışında bildirib. Onun sözlərinə görə, diplomatiya bütün iqtisadi, hərbi və mənəvi və psixoloji risklərin qiymətləndirilməsinə əsaslanmalıdır. Bu təklifi həyata keçirməyin mümkünlüyündən danışmaq hələ xeyli tez görünsə də, İrəvanda belə bir açıqlamanın səslənməsi səbəbsiz deyil.
Münaqişə tərəfləri arasında sülh sazişinin şərtləri belə, müəyyənləşmədiyi bir şəraitdə Ermənistan Azərbaycanla əlaqələr qurmağa tələsən tərəf təsiri bağışlayır.
Konfliktoloq Əvəz Həsənov hesab edir ki, Ermənistan parlamentində belə bir fikrin irli sürülməsi bu ölkənin müharibədən sonra ağır vəziyyətə düşməsi ilə bağlıdır:
“Bu ilk növbədə, Ermənistanın müharibəni alçaldıcı və qeyd-şərtsiz bir tərzdə uduzmasından irəli gəlir. Eyni zamanda indi Ermənistanda yaranmış vəziyyət fonunda eks-prezidentin və sabiq xarici işlər nazirinin Azərbaycanla münasibətləri normallaşdırmağa çağırışı, Rusiyanın bu bölgədə əvvəlki gücünü bərpa etməsi bu bəyanatın səslənməsinə əsas yaradır. Ancaq bu təklifin təklif olaraq qalacağını düşünürəm. Çünki Ermənistan indiki halda Azərbaycanla diplomatik əlaqələri normallaşdırmağa gedərsə, özünün Dağlıq Qarabağla və münaqişə ilə bağlı siyasətini sıfırlayacaq. Bu addım Azərbaycana xoş gəlsə də, indiki vəziyyətdə Ermənistana sərf etməz. Bu, Ermənistanın Qərblə münasibətlərinə də müsbət təsir göstərməyəcək. Xüsusilə də Fransa Türkiyəyə qarşı çox sərt mövqe tutur, Azərbaycana qarşı qeyri-adekvat addım atır. Ona görə də bu bəyanatın hazırkı eyforiya vəziyyətində reallaşacağına inanmıram”. Ekspert bildirdi ki, Ermənistan cəmiyyəti psixoloji cəhətdən də Azərbaycanla diplomatik münasibətlərin yaradılmasına hazır deyil: “Ermənistan cəmiyyəti Qarabağı unuda bilər. Ancaq Azərbaycana məğlub olduğunu etiraf edə bilməz”.
Əvəz Həsənovun sözlərinə görə, Ermənistanın öz ərazi iddialarından imtina etməsi Azərbaycanın maraqlarına cavab verir. Çünki Azərbaycan uğurlu nəticə əldə edib və Ermənistanın yenidən münaqişəni bərpa etməsini istəmir:
“Ona görə də Azərbaycan yalnız həmin şərtlər daxilində Ermənistanla diplomatik və iqtisadi əlaqələrin qurlmasına razılıq verə bilər. Bunlar Azərbaycan üçün sərfəli olar. Lakin indi reallıqdan uzaq səslənir”.
Qeyd edək ki, Ermənistan hakimiyyəti bir tərəfdən diplomatik əlaqələrin bərpasından söz açsa da, ikibaşlı siyasət yürüdür, Azərbaycanla dövlət sərhədlərinin müəyyənləşməsini şübhə altına alaraq faktiki olaraq yenidən ərazi iddiası irəli sürür. Hətta bu azmış kimi Ermənistan Prezidenti Armen Sarkisyan mübahisənin həllində kömək etmək üçün Rusiya Prezidenti Vladimir Putinə kömək üçün müraciət edib. Çox güman ki, Prezident Sarkisyan bu yolla Rusiya silahlı qüvvələrinin sülhməramlı adı altında Azərbaycan-Ermənistan dövlət sərhədi boyunca yerləşməsinə və GPS sistemi ilə müəyyənləşdirilərək qaytarmalı olduğu ərazilərin ilhaqına nail olmaq istəyir.
Əvəz Həsənov hesab edir ki, Ermənistan Azərbaycanla diplomatik münasibətlər qurmaq istəyirsə, o halda, Azərbaycanın dövlət sərhədlərini və ərazi bütövlüyünü tanımalıdır:
“Ermənistan Azərbaycanın BMT tərəfindən tanımış dövlət sərhədlərini tanımalıdır. Ora həm də Dağlıq Qarabağ daxildir. Bunu necə edəcəkləri isə məlum deyil. Ola bilsin ki, Andranik Köçəryanın bəyanatı razılaşdırılmış qaydada səsləndirilib. Yəni bu, Köçəryanın özünün deyil, Paşinyanı devirməyə çalışan müxalifətin təşəbbüsüdür. Yaxud Paşinyanın rəqiblərinə cavab təşəbbüsü də ola bilər. Burada müxtəlif amillər olduğuna görə, onu birtərəfli qaydada dəyərləndirmək mümkün deyil”.
Tarix: 10-12-2020, 15:23
-
Bu gün, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Bu gün, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Bu gün, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Bu gün, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Bu gün, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti