Erməni generaldan etiraflar: - “PUA görəndə məni atıb qaçdılar”
Ermənistan Polisinin sabiq rəis müavini və Daxili Qoşunların keçmiş komandanı general-leytenant Levon Yeranosyan İkinci Qarabağ müharibəsi barədə ilginc etiraflar edib.
Azvision.az -ın məlumatına görə, erməni general vaxtilə 1-ci, sonra 3-cü Ordu Korpusunun komandiri olub:
“Levon özünün də dediyi kimi “Artsax”dakı (Qarabağ-red.) hər bir ağac və kolu tanıyır. Ona görə 27 sentyabrda başlayan müharibədə öz köməyini təklif etmək üçün Qarabağa gedib. Lakin "Qarabağın hərbi-siyasi rəhbərliyi", general Yuri Xaçaturov və digərləri kimi ona da komandanlıq bunkerlərinə yaxınlaşmağa imkan vermədi. Beləcə, generalın xidmət təklifi rədd edildi. Oktyabrın 9-da isə xüsusi polis dəstələri Yeranosyanın maşınını Qarabağa gedən yolda saxlayıb və onu naməlum istiqamətə apararaq sözün həqiqi mənasında qaçırıblar... Bu müəmmalı hadisələrdən bir aydan çox vaxt keçib və Levon Yeranosyan bizimlə söhbətində hadisənin bəzi detallarına aydınlıq gətirib” - deyə erməni KİV-ləri yazıb.
Generalın sözlərinə görə, oktyabrın 4-də Qarabağda olub və burada vəziyyətin gərgin, idarəolunmaz hala çatdığını görüb:
“Orada təklif irəli sürdüm ki, heç olmasa döyüşə gedib komandir köməkçisi kimi xidmət edək. Mənə yox cavabı gəldi. 3 gün qaldıqdan sonra Ermənistana qayıtdım, yenidən baş qərargaha müraciət etdim. Amma yenə də mənə müsbət cavab verilmədi. Bugünkü baş qərargahın 80 faizi mənimlə birlikdə xidmət edib, onlar tabeliyimdə olublar. Həmin kollektivin yanında olmaq istəyirdim. Evdə qala bilmədim, buna görə də yenidən Qarabağa getmək qərarı verdim. İrəvanı tərk edərkən maskalı və silahlı olan xüsusi polis dəstəsi maşınıma hücum edərək məni naməlum istiqamətə apardı. Şoka düşdüm və nələrin baş verdiyini soruşdum. Düşündüm ki, bəlkə məni Gorusa aparırlar. Amma Gorusun yaxınlığından keçəndə hiss etdim ki, Qarabağ istiqamətinə gedirik. Yolda gülməli bir epizod da yaşandı. Laçında polislər havadan üstümüzə bir dronun gəldiyini söyləyərək avtomobilləri tərk edib qaçdılar. Mən isə maşında qaldım. Qışqıraraq dedim ki, uşaqlar, geri qayıdın, o dron deyil, adi ulduzdur… Bir sözlə, Qarabağa çatdıq və məni Şuşa qalasına apardılar”.
General daha sonra bildirib ki, üç gün müəyyən sənədləşmə işləri aparılıb və onu xüsusi kameraya salıblar: “Bir müddət sonra gəlib dedilər ki, Ermənistanda qalmaqal yaşanır və məni də buraxırlar. Amma müharibə bitənə kimi Şuşada saxlanmağım barədə və indiyəcən haralarda olmağım haqqında danışmamağımı tapşırdılar”.
General müsahibəsində qeyd edib ki, niyə məhz Şuşa qalasının arxasında yerləşən bir məkanda təcrid edilməsini soruşub. Ona tənqidi çıxışlar etməsini səbəb kimi göstəriblər:
“Cavab olaraq dedim ki, həqiqətən də arzuolunmaz çıxışlar edirəm. Deyirəm ki, Nikol xarici siyasəti bacarmadı. Mənə dedilər ki, xahiş edirik mətbuata heç nə danışmayın. Mən də öz növbəmdə hələlik bir şey deməyəcəyimi bildirdim, amma sonra danışacağımı qeyd etdim. Saytlar generalın da xain olduğunu deyəndə necə danışmayım axı? Mən necə xain ola bilərəm ki, bir zamanlar o torpaqların alınmasında iştirak etmişəm? Xainlər indi bu torpaqları verənlərdir”.
General Şuşa və ümumilikdə Qarabağın Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunması ilə bağlı maraqlı məqamlara toxunub:
“Bu gün kimlərsə müharibə zamanı insan resurslarının az olması barədə danışmasın. İnsan resursları yetərli idi. Qarşı tərəf müharibədə üç istiqamətdə irəliləyirdi: Şimal, cənub və mərkəz. Mərkəzdən cəhd etdilər, alınmadı. Sonra Tonaşenə gəldilər. Daha sonra Kəlbəcər əməliyyatına başladılar. Keçmiş döyüşçülər orada idilər və gənc komandirlərə təlimatlar verərək döyüşə rəhbərlik etdilər. Digər istiqamətdə isə, yəni Cəbrayıl və Hadrutda xaotik vəziyyət yaşandı. Bəzi məqamlardan hələlik danışmaq istəməzdim…”
Levon əlavə edib ki, baş nazir Nikol Paşinyanın ağlı olsaydı, noyabrın 10-da istefa verməli idi: “Bütün bunların başında Nikol Paşinyan dayanır. Öz-özünə deyirdi ki, mən ali baş komandanam. Baş komandan müharibədə məğlub oldu. Millətə nə deyək? Əvvəllər qalib ordu deyirdik. Qalib ordunun sağlığına ayaq üstə içirdik. İndi kimin şərəfinə “tost” deyib içməliyik Nikol?”
Tarix: 27-11-2020, 15:22
-
Dünən, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Dünən, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Dünən, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Dünən, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Dünən, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Dünən, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Dünən, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Dünən, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Dünən, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Dünən, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Dünən, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Dünən, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Dünən, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Dünən, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
24-10-2026, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
24-10-2026, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
24-10-2026, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
24-10-2026, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
24-10-2026, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
24-10-2026, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
24-10-2026, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
24-10-2026, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
24-10-2026, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
24-10-2026, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
24-10-2026, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
24-10-2026, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
24-10-2026, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
24-10-2026, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti