Gənclər və İdman Nazirliyində “buxarlanan” milyonlar: İdmanın gələcəyi kimlərin əlindədir?

Gənclər və idman naziri Fərid Qayıbov təyinatından sonra müxtəlif federasiyalarda görüş keçirib.
Ötən gün isə yeni nazir mətbuata açıqlamasında bildirib ki, keçirilən görüşləri araşdırma xarakteri daşıyır.
O qeyd edib ki, çətinliklər olsa da, problemləri araşdırmaq lazımdır: “Bundan sonra planlaşdırma aparılmalıdır. Prezident tərəfindən tapşırıqlar verilib, üzərində işləyirik".
Nazir deyib ki, federasiyaların işi araşdırılır və nəticələr barədə məlumat veriləcək.
Maraqlıdır, son illər idmanın əksər sahələrində geriləmə müşahidə edilir, bunun əsas səbəbi nədir? Eyni zamanda, ürəkaçan olmayan futbolumuzun da çiçəklənən vaxtları olacaqmı?
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında idman jurnalisti Anar Xanlarov deyib ki, yeni nazirdən futbol ictimaiyyətinin gözləntiləri böyükdür: "Bütün bu araşdırmalar ölkə başçısının tapşırığına əsasən aparılır. Görüşlərin ilk olaraq AFFA-dan başlanılması da onu deməyə əsas verir ki, hökumət artıq futbolun hazırki durumuna da biganə qalmaq fikrində deyil. Düzdür, AFFA UEFA və FİFA-ya bağlı olan qeyri-hökumət təşkilatı olduğu üçün dövlətin bu qurumun işinə birbaşa müdaxiləsi mümkün deyil. Amma bu, o demək deyil ki, AFFA istədiyini edə, milyonları göyə sovura, futbolu zəlil günə qoya bilər və dövlət də buna biganə qalmalıdır. Unutmayaq ki, AFFA-nın büdcəsinin 85-90 faizi SOCAR-dan gələn vəsait hesabına formalaşır. Bu mənada gec-tez futbol qatillərinə "dur" deyilməlidir. Bu mənada mənim də gözləntilərim böyükdür və ümid edirəm ki, nəhayət, ən qısa zamanda Azərbaycan futbolu bu "qatillər"in caynağından xilas olacaq, futbolun başına bu sahəni bilən, şəffaf fəaliyyət göstərəcək, futbolun inkişafında maraqlı olacaq insanlar gələcək. Bu, qaçılmazdır. Amma görünən budur ki, AFFA-nın hazırki rəhbərliyi, xüsusilə də Elxan Məmmədov dirənc göstərəcək. Federasiyanın Gənclər və İdman Nazirliyinin, o cümlədən Təhsil Nazirliyinin balansında olan uşaq komandalarına ayırdığı vəsaiti kəsməsi də bundan xəbər verir. Amma istənilən halda, dövlətlə dövlətlik etmək mümkün deyil və çox böyük ümid edirəm ki, ən qısa zamanda Azərbaycan futbolunda böyük dəyişikliklərin şahidi olacağıq".
İdman jurnalisti Kənan Məstəliyev nazirlikdə idmanla bağlı olmayan şəxslərin uzaqlaşdırılmalı olduğunu vurğulayıb: "Mən çox ümidliyəm. Fərid Qayıbovun təyinatı kiçik təyinat deyil. Ona kimlərin etimad göstərib bu posta gətirdiyini hamımız bilirik. Ona görə də verilən tapşırıqların yerinə yetirilmə ehtimalı böyükdür. Yeni nazir işə qlobal yanaşma nümayiş etdirməlidir. Tək federasiyalar və komplekslərlə iş bitmir. Məhz nazirliyin özündən başlamaq lazımdır. Qurumda ötən illərdə heç bir inkişafa nail olmayan, boşuna post tutan şəxslər yetərincədir. Öncə onlar təmizlənməli, ciddi kadr islahatı aparılmalıdır. Sovetdənqalma adamlar öz beyinlərindəki geriliyi götürüb idmandan uzaqlaşmalıdırlar. Yalnız bu halda biz nəyəsə ümid edə biləcəyik”.
Tarix: 29-10-2021, 23:41
-
Bu gün, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Bu gün, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Bu gün, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Bu gün, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Bu gün, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti