Kasıbın əli çatmırsa, bunun adı niyə ipoteka kreditidir?! - AKTUAL
Cari il ərzində də ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədi ilə, müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb. İpoteka və Kredit Zəmanət Fondundan (İKZF) verilən məlumata görə, bu il mövcud resurslar, ən azı ötənilki qədər kreditlərin verilməsinə imkan yaradacaq.
Bəs, ipoteka kreditlərindən kimlər yararlana bilər? Hər kəsə əlçatanlığın təmin edilməsi üçün hansı addımların atılmasına ehtiyac var?
İKZF-in mətbuat katibi Yeganə Ramazanovanın AYNA-ya verdiyi məlumata görə, ölkəmizdə 2006-cı ildən tətbiq edilən ipoteka kreditləşməsi çərçivəsində, indiyədək 31500-ə yaxın ailə mənzil sahibi olub: “Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi isə 1 milyard 640 milyon AZN-dən yuxarıdır. Ötən il isə banklar 257 milyon 500 min manat həcmində 3783 ipoteka krediti verib. Bu da 2019-cu illə müqayisədə 48,2 faiz artım deməkdir. Qeyd etmək lazımdır ki, 2020-ci ildə Fondun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditlərinin həcmi 2019-cu illə müqayisədə 36,4 faiz artaraq, güzəştli ipoteka kreditlərinin illər üzrə ən yüksək göstəricisi olub”.
Qurumun rəsmisi deyib ki, ötən il ilk dəfə olaraq güzəştli şərtlərlə 109 milyon manatdan çox ipoteka krediti verilib: “Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan məznillərin, təxminən 70 faizinin satışı Fondun vəsaiti hesabına verilən ipoteka krediti vəsaiti ilə həyata keçirilir”.
İqtisadçı ekspert Xalid Kərimli isə AYNA-ya şərhində bildirib ki, ipoteka kreditləşməsinə əlçatanlıq hələ də istənilən səviyyədə deyil: “Doğrudur, bank sektorunun kredit strukturunda ipoteka kreditlərinin həcmi ildən-ilə bir qədər artır. Lakin tələb təklifi üstələdiyindən, bəzi insanlar aylarla, illərlə növbə gözləməli olurlar”.
“Vəsaitin azlığı, faizlərin yüksək olması ipoteka kreditlərindən istifadəni məhdudlaşdırır. Bizdə adi ipoteka kreditlərində faiz dərəcləri 7-8 faiz arasındadırsa, bu, güzəştli təbəqələr üçün 3,7-4 faiz arasında tənzimlənir. İnkişaf etmiş ölkələrdə ipoteka kreditləri 2-4 faiz arasında oynayır”, - həmsöhbətimiz vurğulayıb.
Ekspertin fikrincə, indiyə qədər bir ipoteka krediti üçün ayrılmış məbləğ, təxminən 52 min manat təşkil edir ki, bu da kifayət qədər azdır: “Düzdür, ipotekaya verilmiş məbləğlərin hədləri ötən yaxın müddətdə artırıldı. Hazırda güzəştli kreditlər üçün 100 min, adi kreditlər üçün 150 min manat təşkil edir”.
İqtisadçı ekspert Rəşad Həsənov AYNA-ya açıqlamasında qeyd edib ki, hər il daşınmaz əmlak bazarına 50 mindən çox mənzilə ehtiyacı olan şəxs daxil olur: “Odur ki, əsasən sosial təyinatlı layihə olan ipoteka kreditləri hesabına daha çox aztəminatlı ailələrin mənzil problemlərinin həlli üçün bəzi məhdudiyyətlərin tətbiqinə ehtiyac var. Verilən ipoteka kreditlərinin strukturuna baxdıqda aydın olur ki, bu imkanlardan yararlananların 60 faizdən çoxu yüksək gəlirli şəxslərdir”.
“1500 manatdan çox artıq əmək haqqı alan şəxslərin bu kimi sosial layihələrdən istifadə hüququ məhdudlaşdırılsın, yəni o, gedib ipoteka ala bilməsin. Daha yaxşı olar ki, mənzili olan şəxlərin və yaxud da son bir ildə mənzilini özgəninkiləşdirmiş şəxslərin ipoteka hüququndan istifadəsi məhdudlaşdırılsın”, - iqtisadçı vurğulayıb.
Həsənov hesab edir ki, bankların tələb etdiyi ilkin ödəniləcək faiz məbləğinin azaldılması da əlçatanlığı təmin edə bilər: “Rəsmi iş yerinin olması tələbi də aradan qalxarsa, bu kreditlərdən sosial cəhətdən həssas təbəqə daha çox yararlanar. İpoteka krediti üzrə müəyyən edilmiş öhdəliklər yerinə yetirilməyəndə mənzil bazara çıxarıla bilir, satıla bilir. Aidiyyəti qurumlar, o cümlədən də bank öz vəsaitini götürə bilir”.
“Əgər yerdə vəsait qalırsa, onu vətəndaşa verir. Yəni qanunvericilik burada bütün məqamlarda bankların öz vəsaitlərini likvidləşdirməsi üçün şərait yaradırsa, biz nə üçün mütləq işləyən insanların bu hüquqdan istifadəsinə şərait yaratmalıyıq?!”, - deyə müsahibimiz sual edib.
O, Avropa ölkələrinin təcrübəsinə də diqqət çəkib: “Onların təcrübəsi göstərir ki, mənzil bazarındakı satışın əhəmiyyətli hissəsi ipoteka kreditləri hesabına satılır. Başqa sözlə, ipoteka kreditlərinə ayrılan illik vəsaitin ÜDM-də payı 60-70 faiz həcmindədir. Ölkəmizdə isə tətbiq edildiyi ildən indiyədək ipoteka kreditlərinə ayrılan vəsaitin ÜDM-də payı cəmi 2,2 faizdir”.
Tarix: 5-03-2021, 09:20
-
Dünən, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Dünən, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Dünən, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Dünən, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Dünən, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Dünən, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Dünən, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Dünən, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Dünən, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Dünən, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Dünən, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Dünən, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Dünən, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Dünən, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
24-10-2026, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
24-10-2026, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
24-10-2026, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
24-10-2026, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
24-10-2026, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
24-10-2026, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
24-10-2026, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
24-10-2026, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
24-10-2026, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
24-10-2026, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
24-10-2026, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
24-10-2026, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
24-10-2026, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
24-10-2026, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti