Cavid Qurbanov və şübhəli TENDER əməliyyatları… - Baş dəmiryolçu bunları bilməli idi...
“Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti Yol Sanitar Karantin Müfəttişliyi “Epidbiomed” MMC ilə iki müqavilə imzalayıb.
Toplam maliyyə dəyəri 85 935.86 AZN olan müqavilələrdə dərman pereparatlarının satın alınması nəzərdə tutulub. Lakin müqavilənin şərtləri açıqlanmayıb.
“24 saat” bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr sənədlərində göstərilir ki, “Epidbiomed” MMC 19 noyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Cəfər Cabbarlı, ev 6-da yerləşir.
Şirkətin qanuni təmsilçisi Əliyev Məmməd Əli Sabir oğludur. Hansısa səbəbdən “Azərbaycan Dəmir Yolları” QSC tez-tez bu şirkətə müraciət edir.
Məsələn, 2019-cu ildən bu yana MMC ilə bağlanan 20 satınalma müqaviləsinin 10-da sifarişçi müəmmalı şəkildə “Azərbaycan Dəmir Yolları” QSC-dir. Açıq mənbələrdə şirkətin hazırki qanuni təmsilçi haqqında hər hansı məlumat olmasa da, “Epidbiomed”in vaxtilə qanunsuz dərman satışı ilə məşğul olması barədə rəsmi məlumat var.
“24 saat”-ın araşdırması zamanı məlum olub ki, 2008-ci ildə Baş Prokurorluğun yaydığı məlumatda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin uzun illər ərzində Azərbaycana xaricdən saxta, mənşəyi məlum olmayan dərman vasitələri idxal edib, satışını təşkil edən, bununla da əhalinin sağlamlığına təhdid yaradan şəbəkəni çökdürdüyü barədə məlumat yayılıb.
Məlumatda deyilirdi ki, Bakı şəhəri ərazisində 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilərək qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib.
Toplanmış materiallar əsasında 27 aprel 2018-ci ildə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Cavid Qurbanov bunları bilməliydi
İlkin istintaq materialları ilə müəyyən edilib ki, “Sanimed” MMC-nin faktiki rəhbəri Nağıyev Müşfiq Mikayıl oğlu cəmiyyətin satış şöbəsinin müdiri Orucov Hafiz Zülfüqar oğlu, satış təmsilçisi Kərimov Asim Rasim oğlu, “Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda, orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.
Toplanmış ilkin sübutlar əsasında Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Şübhəli oxşarlıq
Həmin dövrdə “Epidbiomed”in rəhbəri olmuş Əliyev Namiq Sabir oğlu ilə MMC-nin indiki qanuni təmsilçisi Əliyev Məmməd Əli Sabir oğlunun soyadı və ata adı üst-üstə düşür. Ehtimal olunur ki, Məmməd Əli Əliyev Namiq Əliyevin qardaşıdır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin belə bir keçmişi olan şirkətlə vaxtaşırı müqavilələr imzalaması bir qədər şübhəli görünür.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovdur. Bu vəzifəyə 2015-ci ildə təyinat alan Qurbanovun özünün də əmək tarixçəsi uğurlu deyil. “24 saat” yada salır ki, eks prezident Heydər Əliyevin sərəncamı ilə Cavid Qəmbər oğlu Qurbanov işdə yol verdiyi nöqsanlara və vəzifəsindən sui-istifadə etdiyinə görə şiddətli töhmət alaraq vəzifədən azad edilib.
Əmək kitabçasında belə bir DAMĞA olan şəxsin daha sonralar tender əməliyyatlarında müəmmalı keçmişi olan şəxslərlə işbirliyi qurması təsadüfi görünmür.
Uzun müddət keçmiş nəqliyyat naziri Ziya Məmmədovun adamı kimi tanınan Cavid Qurbanov oliqarx məmurlar kateqoriyasına aid edilir.
Onun iri biznes strukturları, topdağıtmaz sərvəti barədə mediada xeyli yazılıb. Azərbaycanda yeganə qanuni mərc oyunu operatoru olan “TopAz”(totalizator) Cavid Qurbanovun nəzarətindədir.
Mediada yayılan məlumatlara görə, o, “TopAz”ın idarə edilməsini müavini Vüsal Aslanova həvalə edib.
“24 saat” Araşdırma Mərkəzi
Tarix: 19-02-2021, 13:05
-
Bu gün, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Bu gün, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Bu gün, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Bu gün, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Bu gün, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti