İnam Kərimov bacarmayanda... XAOS OLACAQ! - Hamı kartof əkir, hamı kartof satır, hamı itirir
“Bir mövsüm kartof yaxşı satılır, növbəti mövsümdə hamı kartof əkir. Pomidor yaxşı satılır, hamı pomidor əkir. Amma bu dəfə də satılmır, məhsul qalır əllərində. Eyni vəziyyət, xatırlayırsınızsa, sarımsaqla bağlı baş verdi. Kimsə dedi ki, bu il bazarda sarımsağa tələbat var, növbəti ildə az qala bütün fermerlər sarımsaq əkməyə başladılar. Məhsul o qədər bol oldu ki, alıcı daha tapılmadı...”
Fəlsəfə elmləri doktoru, kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlı “Şərq”ə açıqlamasında aqrar sığorta məsələlərindən danışarkən bildirdi.
Qeyd edək ki, Aqrar Sığorta Fondu Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə kartof əkini sahələrinin sığortalanması şərtlərini açıqlayıb. Fond bildirir ki, fermerlər və iş adamları 2021-ci ildə kartof əkini sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilər.
Aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar - buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.
Fondun məlumatında qeyd olunur ki, hazırda kartof Azərbaycanın əksər rayonlarında, o cümlədən Gəncə-Qazax, Aran, Şəki-Zaqatala, Quba-Xaçmaz və sair ərazilərdə əkilir və fermerlərə böyük fayda gətirir.
Kartof sahələrinin sığortalanması zamanı bitkinin məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.
Qaydalara əsasən, hesablama aparılması üçün kartofun 1 hektar üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib. Belə ki, kartofun bir hektarı üçün məhsuldarlıq norması 9-900 sentner arasında, qiymət isə 40-100 manat/sentner arasında müəyyən edilib.
Sığorta zərflərini fermer və ya kartof sahəsinin sahibi özü seçir, yəni sığorta zərfləri fermerin qərarından asılıdır.
Kartofun sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları bitkinin məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, bölgələrdən də asılı olaraq dəyişir. Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir.
Sığorta zərflərinin əhatə etdiyi risklər dedikdə dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, bitki xəstəlikləri və zərərvericilər, xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu nəzərdə tutulur.
Azadolma məbləğləri və sığorta haqları ölkənin regionları üzrə dəyişir. Kartofun sığortası üzrə ən yüksək sığorta tarifləri Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında, ən aşağı sığorta tarifləri isə Quba-Xaçmaz, Lənkəran və Abşerondadır. Gəncə-Qazax regionundakı kartof sahələrinin sığortalanması Aran və Quba-Xaçmaz regionu ilə müqayisədə təqribən 3 dəfə daha baha başa gəlir. Tariflərdəki bu fərq həmin bölgələrin iqlim şəraiti və təbii riskləri ilə bağlıdır.
Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə 1 aydan sonra ödənilir.
Kartof sahəsinin sığortalanması zamanı fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər də nəzərdə tutulub. Kartof demək olar ki, ilin bütün dövrlərində əkildiyi üçün onun sığortalanması ilə bağlı hər hansı qrafik nəzərdə tutulmayıb. Yəni kartof əkini ilə məşğul olan fermerlər və iş adamları istənilən vaxt bunun üçün müraciət edə bilər.
Mütəxəssis isə bu fikirdədir ki, əhalinin ümumilikdə sığortaya inamı zəif olduğundan bu məsələyə diqqət yetirmirlər:
- Təkcə kənd təsərrüfatı sahəsində deyil, ümumilikdə, demək olar bütün sahələrdə sığorta sistemi özünü doğrultmadığı üçün vətəndaşlar sığortaya bel bağlamır. Çünki lazım olan zaman sığorta haqqını əldə edə bilmirlər. Bu sahədə maarifləndirmə də aparılmır. Şəffaflıq təmin edilmir. Bilgiləndirmə zəifdir. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondunun mütəxəssisləri bölgələrə səfərlər edib toplantı keçirməsinlər, fermerləri məlumatlandırsınlar. Bir çox ölkələrdə aqrar sığorta sistemi fermerlər üçün əlverişli formada tətbiq edilir, biz isə bu sahədə geri qalırıq. Azərbaycanda kənd təsərrüfatı sahəsində ən böyük çatışmazlıq aqro-sığorta ilə bağlıdır. Aqro-sığortanın tətbiq olunmaması böyük çətinliklər yaradır. Fermer kredit götürür, sığorta təminatı olmadığı üçün təsərrüfatını inkişaf etdirə bilmir. Problem təkcə kartofla bağlı deyil. Bütün kənd təsərrüfatı məhsulları ilə bağlı xüsusi proqram olmalıdır. Hansı bölgədə hansı məhsul əkiləcək, o məhsul hansı bazarlarda satılacaq, ixrac üçün nəzərdə tutulacaq, yoxsa daxili bazara hesablanacaq. Kənd təsərrüfatı kortəbii şəkildə, “bu il kartofa ehtiyac vardı, bazarda yaxşı satıldı, yeni kartof əkək” kimi prinsiplərlə idarə edilməməlidir. Heç olmasa hansısa bir bölgədə pilot layihə həyata keçirsinlər. Hansı məhsula tələbat olduğunu elmi əsaslarla müəyyənləşdirsinlər. Proqram tərtib edilsin ki, hansı bölgədə hansı məhsullar əkilib becəriləcək, fermerlərə də hansı məhsulu becərmələrinin daha faydalı, gəlirli olacağına dair tövsiyə versinlər.
Q.Bayramlı qeyd etdi ki, fermerlərin becərdiyi məhsulun əllərində qalması – satılmaması və ya dəyərindən çox ucuz satılması faktları daim yaşanır:
- Məhsul bəzən fermerin əlində qalır. Çünki bazar araşdırması anlayışı da zəifdir. Türkiyədə “daban qiymətləri” yanaşması var. Nədir bu. Dövlət məhsul əkilərkən onun gələcək alıcısı kimi çıxış edir. Yəni əvvəldən fermerə təminat verir ki, sənin məhsulunu mən alacam. “Daban qiyməti” – bizdə buna baza qiyməti də deyilir, dövlətin zəmanət verdiyi qiymətdir. Bu sistem fermerə güvən verir, fermer becərdiyi məhsulun satışından arxayın olur. İkincisi, məhsulların xarici bazarlara çıxışı təmin edilməlidir. Sertifikat verənlər kömək etmək əvəzinə, mane olmamalıdır. Bu sahədə monopoliya aradan qaldırılmalıdır. Üçüncüsü, fermerlərin daxili bazara girişi təmin edilməlidir. Yollardakı yersiz nəzarətlər ləğv edilməlidir. Bazarların sayı artırılmalıdır. Həftə sonları, bayram günlərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının köməyi çox azdır bu məsələdə. Məsələn, Abşeron ərazisində geniş sahələr var. Orada fermerlər üçün yataqxana tipli bina inşa etmək olar. Çünki kənddən şəhərə məhsul gətirən fermerin mehmanxanada bir gecə üçün 40-50 manat ödəmək imkanı olmur. Amma yataqxanalar olsa, fermer məhsulunu rahat şəkildə bazara gətirər, yollarda incidilməsə, əlbəttə, bazara çıxarar, məhsulu satıb qurtaranadək də yataqxanada qalar. Bundan əlavə, bölgələrdə tədarük məntəqələri yaradılmalıdır. Fermerlər məhsullarını xarab olmasın deyə, həmin məntəqələrə təhvil verməlidirlər. Azərbaycanda kənd təsərrüfatı sahəsini inkişaf etdirmək üçün geniş imkanlar var. Potensialımız böyükdür. Bu potensialdan lazımi qaydada, həm ölkənin kənd təsərrüfatına, həm də fermerlərə faydalı olacaq şəkildə istifadə edilməlidir.
Tarix: 17-02-2021, 10:54
-
Bu gün, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Bu gün, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Bu gün, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Bu gün, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Bu gün, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti