Mikayıl Cabbarov tender maxinasiyalarına son qoya biləcək? - AKTUAL
Dövlət satınalmaları büdcə vəsaitlərindən səmərəli və qənaətli istifadə etmək, həmçinin sağlam rəqabətli iqtisadi mühitin yaradılması üçün mühüm iqtisadi alətdir. Məlum olduğu kimi, hər il dövlət büdcəsi xərclərinin böyük bir hissəsi məhz satınalmalarla həyata keçirilir. Hesablama Palatasının məlumatlarında qeyd olunur ki, dövlət büdcəsinin xərclərinin təxminən 40 faizi satınalmaları vasitəsilə icra edilir.
Bu baxımdan dövlət satınalmalarında şəffaflıq problemləri həmişə aktual olub. Amma son illər Azərbaycanda dövlət satınlamalarındakı problemlər o qədər ciddiləşib ki, narahatlıqlar Prezident İlham Əliyev səviyyəsində ifadə olunur. Ekspertlər başda olmaqla media neçə ildir ki, bu sahədə olan korrupsiya ilə bağlı həyəcan təbili çalır.
Artıq hökumət nümayəndələri də satınalmalardakı problemlərdən danışmağa başlayıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov son çıxışlarında bu sahədəki şəffaflıq problemlərinə diqqət çəkir.
Nazirin sözlərinə görə, dövlət sifarişləri ilə bağlı ölkədə çox ciddi problemlər var:
“Bir qayda olaraq böyük tenderləri heç kimin tanımadığı, dövlətə vergi borcu olan və ofisi, işçisi olmayan bir-iki aylıq MMC-lər qazanır. Hər şeydən də görünür ki, bu sahədə böyük bir şəbəkənin monopoliyası fəaliyyət göstərir və mətbuat artıq uzun illərdir bu sahədəki qanunsuzluqları, korrupsiyanı işıqlandırsa da, vəziyyət dəyişmir”.
Mikayıl Cabbarov “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi hazırlandığını bildirməklə yanaşı, yeni qanunun qəbulundan sonra dövlət satınalmalarında şəffaflığın artırılacağını deyib.
Millət vəkili Əli Məsimlinin sözlərinə görə, dövlət satınalmaları sahəsində qanunvericilik sənədlərində zəruri dəyişiklik edilib işlək mexanizm yaradılmalıdır. Bununla yanaşı, ictimai nəzarət gücləndirilməlidir.
İqtisadçı Toğrul Vəliyev dövlət satınalmalarında şəffaflığın təmin edilməsi üçün iştirakçılarla yanaşı, tenderlərin ictimaiyyət üçün də açıq olmasını vacib hesab edir.
Sabiq deputat, iqtisadçı ekspert Nazim Bəydəmirli isə Mikayıl Cabbarovun son çıxışından sonra bu sahədə dəyişiklik olacağına ümid etdiyini deyib. Onun sözlərinə görə, dövlət satınalmaları sahəsində böyük maliyyə fırıldaqları həyata keçirilir və bu tenderləri qazanan şirkətlər heç də real kiçik və orta biznesə aid deyil. Bu şirkətlər əslində məmurların korrupsiya aləti rolunda çıxış edir.
Sabiq deputat bu sahədə şəffaflığın yaradılması üçün ilk növbədə məmur sahibkarlığının ləğv olunmasını vacib hesab edir:
“Problemlərin səbəbini aradan qaldırmaq üçün məmur sahibkarlığı ləğv edilməli, yüksək çinli məmurların və dövlət qurumlarından işləyənlərin əmlak və gəlir deklarasiyası təmin olunmalıdır. Təsəvvür edin ki, təkcə ordunun və dövlət müəssisələrinin ərzaq təminatı üçün ildə 700-800 milyon manat vəsait xərclənir. Bəzən biz görürük ki, yerli kartofu deyil, xarici kartofu alırlar. Həm də baha qiymətə… Nəticə etibarilə də korrupsiya, rüşvətxorluq çiçəklənir. Dövlət vəsaitləri də səmərəsiz xərclənir”.
Araşdırmaçı jurnalist Hafiz Babalının sözlərinə görə, qüvvədə olan qanun dövlət satınalmalarında şəffaflığı təmin edə bilmir. Jurnalist yeni yaradılan şirkətlərin dövlət satınalmalarında tez-tez qalib elan olunması prosesindəki problemlərə diqqət çəkib:
“Qanun yeni yaranan şirkətin dövlət satınalmasında iştirakını məhdudlaşdıra bilməz. Yəni, burada önəmli olan iddiaçının və iştirakçının ixtisas uyğunluğu meyarlarına cavab verməsidir. Satınalan təşkilat öz mülahizəsinə əsasən bu meyarları tətbiq edə də bilər, etməyə də. Başqa sözlə, qanun ixtisas uyğunluğu mərhələsinin təşkilini imperativ qaydada tələb etmir. Bu, qanunda yaradılan korrupsiya formalaşdırıcı imkandır.
Qanunun belə halları önləyən başqa bir resursu var. Bu, mal (iş və xidmətlərin) subpodrat müqaviləsi əsasında ən çoxu 50 faizini digər təşkilata (şəxsə) vermək məhdudiyətidir. Yəni, istənilən halda müqavilə üzrə öhdəliyin azı 50%-ni qalib şirkət öz kadr, texniki resursu hesabına icra etməlidir. Mediaya da şərait yaradılmalıdır ki, qalib şirkətin imkanlarını və maddi vəsaitlərini araşdırsın. İstənilən halda bu sahədə şəffaflığı təmin etmək üçün tenderlər ictimaiyyət üçün açıq olmalıdır…” //qaynarinfo.az//
Tarix: 16-02-2021, 14:49
-
Bu gün, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Bu gün, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Bu gün, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Bu gün, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Bu gün, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti