Bazarlarda bahalaşmanın qarşısını almaq çox çətin olacaq - AÇIQLAMA
Benzinin və suyun bahalaşması fonunda marketlərdə də qiymət artımı müşahidə olunmaqdadır. Mağazalarda əksər ərzaq məhsullarının qiymətində kəskin artımlar var. Vətəndaşlar sosial şəbəkələrdə əsasən yağ, şəkər tozu və digər zəruri ehtiyac məhsullarının bahalaşmasından narazılıq edirlər. Ötən aylarla müqayisədə bəzi məhsulların bir neçə manat civarında artdığı deyilir.
Parlamentin iclaslarında da qiymət artımı ilə bağlı ciddi müzakirələr getməkdədir. Bir neçə deputat seçicilərin onlara davamlı müraciət etməsindən və bahalaşmadan gileyləndiklərini vurğulayıblar. Bəs, qiymət artımı hansı səbəblərdən baş verir və bunu müəyyən yolla, daha doğrusu, dövlətin əliylə tənzimləmək mümkündürmü? Ekspertlərə görə, bahalaşmada mövsümi səbəblər də rol oynayır. Artıq kənd təsərrüfatı məhsulları tükənib. Pandemiya ilə əlaqədar xarici ölkələrdən ərzaq məhsullarının idxal olunmasında da problemlər yaranıb. Əksəriyyət hesab edir ki, müvafiq dövlət qurumları bazarlardakı qiymət artımına nəzarət etməli, bahalaşmaya yol verməməlidir. Lakin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafəsi Xidmətindən verilən açıqlamada vurğulanır ki, ərzaqların qiymətini Tarif Şurası təyin etmədiyinə görə, market və ya bazarlarda ərzaq qiymətlərinə nəzarət həyata keçirilmir. Marketlərdə qiyməti sahibkarlar özləri təyin edirlər və bu da azad sahibkarlığın mühüm elementlərindəndir.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin eksperti, iqtisad üzrə elmlər doktoru Ruslan Atakişiyev “Şərq”ə açıqlamasında son günlər müşahidə olunan qiymət artımlarının səbəblərini açıqlayıb. Ekspert vurğulayıb ki, Azərbaycan müstəqil dövlət olandan sonra bazar iqtisadiyyatı yolunu tutub. Onun sözlərinə görə, bazar iqtisadiyyatı və məhsulların qiyməti tələb və təklif, azad rəqabət əsasında formalaşır:
“Dövlət tərəfindən bazarlardakı qiymətlərə müdaxilə arzuolunan hal deyil. Dövlət sadəcə olaraq dərman preparatları və başqa bir neçə strateji məhsulların qiymətlərində bahalaşmaya “dur” deyə bilər. Bazar iqtisadiyyatında strateji məhsullarla bağlı belə təcrübə var ki, tavan qiyməti müəyyənləşsin və ondan artığına yol verilməsin.
Amma ümumi bazar məhsullarında qiymət müdaxiləsindən söhbət gedə bilməz. Bazarlarda qiymətin aşağı düşməsinə təsir edən amillərdən biri açıq rəqabət mühitidir. Bazarlarda monopoliya və inhisarçılıq olmayanda, rəqabət aşkar formada gedəndə, şirkət öz rəqibi ilə mübarizə aparanda qiymətlər maksimum endirilir.
Çünki müştəri hər zaman ucuz qiymətə yönəlir. Şirkət müştərinin istəyinə uyğun davranmaq məcburiyyətində qalır. Qiymət faktorunda rol oynayan başqa amillərdən biri də şirkətlərin xammala və kapitala çıxışının ucuz və rahat olmasıdır. Azərbaycanda kapitala çıxış bahadır. Banklarda kreditlərin faiz dərəcələri çox yüksəkdir. Bəzi şirkətlərin xammalı xaricdən gəlir. Ölkə daxilində manatla dolların məzənnəsi qorunub saxlanıla bilər, amma real bazarda manatın alıcılıq qabiliyyəti aşağı düşür. Hazırda dollarla satılan bütün məhsullarda, xammalda qiymət artımı müşahidə olunur ki, bu da ölkəmizdəki qiymətlərə təsirsiz ötüşmür”.
İqtisadçı vurğulayıb ki, hamı israrla minimum əmək haqqının qaldırılmasını tələb edir. İşçinin məvacibini artıran şirkət bunu satdığı məhsulu bahalaşdırmaqla konpensasiya edir:
“2020-ci ildə sahibkarların sosial məsuliyyəti kifayət qədər artdı. Ötən il ərazində 4 fond yaradıldı və sahibkarlar demək olar ki, bütün fondlara böyük miqdarda pul köçürtdülər. Sahibkar ödədiyi pulu hardan çıxartmalıdır? Təbii ki, insanlara satdığı məhsuldan. Koronavirus pandemiyası dönəmində bir çox qurumlarda işçilərin yarıdan çoxu aktiv fəaliyyətini dayandırdı, çoxusu evdən işlədi.
Buna baxmayaraq, onların işdən çıxarılmasına qadağa gətirildi. Əlavə olaraq sahibkarların üzərinə dezinfeksiya ilə bağlı öhdəliklər qoyuldu. Təkcə, bir xidmətin istifadəsi üçün 1000 manat əlavə xərc yarandı. Bütün bunların hamısı, xüsusən, benzinin və suyun qiymətinin artırılması ərzaq bahalaşmasına təsir göstərir. Sahibkarlar isə çıxış yolunu satdıqları məhsulların qiymətini artırmaqda görürlər. Düzdür, dövlət il ərzində bir neçə dəfə sahibkarlara yardım etdi, amma yardımlar mütəmadi olsaydı, müsbət nəticə olardı”.
R.Atakişiyev əlavə edib ki, son illər bütün sahələrdə şəffaflaşma gedir. Sahibkarlar üçün şəffaflaşma daha çox vergi ödəməkdir:
“Verginin həcmi şirkətin satdığı məhsulun içindədir. İstənilən məhsulun maya dəyərinin formalaşmasına yaxından bələd olsaq, qiymət artımlarının səbəblərini anlayarıq.
Əgər dövlət bütün məhsulların qiymətinə müdaxilə etsə, o zaman sahibkar istehsalatdan uzaqlaşar. Onda gərək sovet dövründəki kimi bütün məhsulların istehsalını dövlət özü həyata keçirsin. Keçmişə qayıtmaq istəyiriksə, niyə azad sahibkarlığa keçirdik?! Hamımız Avropa ölkələrinin yaşayış tərzindən danışırıq, insanların ayda 20-30 min avro maaş aldıqlarını deyirik.
Amma bizdə yarım litrlik suyun qiyməti 50 qəpik, Avropada isə 3 avrodur. Metroda gediş haqqı bizdə 30 qəpikdirsə, Avropa ölkələrində 7 avrodur. Sadəcə Azərbaycanda aylıq maaşlar adekvat olmadığı üçün qiymət artımı ilə bağlı narazılıqlar gündəmə gəlir. Ancaq indi yaxşı işləyənə, peşəkarlara yüksək maaş ödənilir. Problem Azərbaycanda orta təbəqənin vəziyyətinin qənaətbəxş olmamasıdır. Müəllimlərin, səhiyyə işçilərinin maaşları lazımi həddə deyil. Lakin qiymət artımları dünyanın ən inkişaf etmiş ölkələrində mütəmadi müşahidə olunan haldır. Qərb ölkələrində ildə ən azı 2-3 faizlik artım olur”.
Tarix: 16-02-2021, 09:06
-
Bu gün, 13:00
Lisenziyasız tibbi biabırçılıq -“Medicare Hospitalı” necə işləyir?
-
Bu gün, 12:56
Aydın Əliyev: “Hökumət kənardan tamaşaçı kimi baxmamalıdır, həkim onkoloqlara yetəri qədər maaş verilməlidir”
-
Bu gün, 12:52
TƏBİB susur, qanun pozulur – Qobustanda “ölü canlar” qalmaqalı-FOTOFAKT
-
Bu gün, 12:49
SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT
-
Bu gün, 12:47
Milli Onkologiya Mərkəzində baş verən partlayış hansı sualları gündəmə gətirdi? - VİDEO
-
Bu gün, 12:06
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
-
Bu gün, 10:06
FHN deputatın “orada qanunsuz tikinti yoxdur” dediyi inşaatın dayandırılması barədə qərar çıxardı – REPORTAJ
-
Bu gün, 09:58
Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
-
Bu gün, 09:56
Xanım deputatımız marafona 900 avroluq çanta ilə qatıldı-VİDEO
-
Bu gün, 09:46
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
-
Dünən, 22:35
Məmur İlqar Mehdiyevin oğlunun toyu... Möhtəşəm görüntülər-VİDEO
-
Dünən, 22:35
Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
-
Dünən, 22:34
Xərçəng üzərində tam qələbə mümkün deyil - Onkoloq Saad
-
Dünən, 22:30
Separatçıların ailələri Bakıya gəlmək istəyir - İrəvandan səslənən iddialara sərrast cavablar
-
Dünən, 15:32
Azərbaycanın ən böyük pambıq şirkətinin - RƏHBƏRİ İŞDƏN AZAD EDİLİB
-
Dünən, 15:32
Saxta kredit səhifəsi, "komissiyasız, zaminsiz kredit" adı ilə əhalini aldadıblar - HƏBS EDİLDİLƏR - VİDEO
-
Dünən, 14:31
Rüşvət metastaz verir, qanun isə deyir ki...
-
Dünən, 12:40
Sumqayıtda dəhşətli durum: Şikayətlərimizə baxılmır….
-
Dünən, 09:17
Ağsuda sosial yardım qalmaqalı -NARAZILIQ VAR.../VİDEO
-
Dünən, 09:12
Deputat oğlunun "iki fərqli həyatı" - Eyni illərdə həm Bakıda sədr müavini, həm də xaricdə diplomat?
-
2-05-2026, 18:09
AHİK-in “Kurort”unda yoxlama başlanıb?- sertfikasiyasız həkim iddiaları...
-
2-05-2026, 18:04
Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur
-
2-05-2026, 14:57
“Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” - deputat
-
2-05-2026, 14:55
Sabiq gömrük rəisi Kənan Məmmədovun “Villa Badam” macərası
-
2-05-2026, 14:46
Bakı səssizliyi pozdu, Hacıyev açıq danışdı – Qarabağdan sonra yeni qərar
-
2-05-2026, 12:59
Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
-
2-05-2026, 12:55
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib
-
2-05-2026, 10:54
Olmazmı, "ölümlə əlləşən" talelərin üzrərindən pul qazanılmasın?
-
2-05-2026, 10:48
Səttar Möhbalıyevin oğlu milyonlarla ölçülən var dövlətini götürüb Dubaya köçüb
-
2-05-2026, 10:23
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu