Zakir Fərəcov Sumqayıtda küçələri hansı yollarla işıqlandırır - İDDİA
Sumqayıt şəhərində bir icra başçısı olaraq Zakir Fərəcovun ətrafına ən yaxın qohum əqrəbalarını toplaması bu gün heç kimə sirr deyil.Bu barədə kifayət qədər yazılıb və hər hansı bir əlavəyə ehtiyac belə yoxdu. Bütün bu yazılanlara baxmayaraq Zakin Fərəcovun Sumqayıt şəhərini bu gün istədiyi şəkildə idarə etməsi də heç kimə sirr deyil. Onun yeritdiyi kadr siyasətinin, yerliçilik,qohumbazlıq kimi prinsiplərinin Sumqayıt şəhər sakinlərinin ciddi narazılığına səbəb olduğu da bu gün heç kimə sirr deyil. Sadəcə sakinlər müəyyən səbəblərdən susmağa üstünlük verir və bu özbaşınalıqların sonunu gözləyirlər.
Qeyd etdiyimiz kimi Zakir Fərəcov Sumqayıtda ən gəlirli sahələrə öz qohumlarını yerləşdirib. Sumqayıtda elə idarələr də var ki, Zakir Fərəcov oraya qohumunu və yerlisini yerləşdirməsə də nəzarəti qohumuna həvalə edib. Məsələn Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi adlı qurumun rəisi Əhməd Məmmədov İcra başçısının qohumu deyil.Sumqayıt şəhərinin keçmiş icra başçılarından olan Təvəkkül Məmmədovun yaxın qohumlarından biridir.Uzun müddətdir sözügedən idarədə işləyir. Zakir Fərəcov çox güman ki,mərhum Təvəkkül Məmmədova görə Əhməd Məmmədova toxunmayıb, bun günə qədər vəzifəsində saxlayıb. Amma necə saxlayıb? İdarə Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə tabedir. Birliyin rəisi isə Zakir Fərəcovun bacısı oğlu Hüseyin Həsənovdur.Hesab edirik ki,əlavə şərhə ehtiyac yoxdur.
Qeyd edək ki,Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsinə il ərzində şəhərin küçə işıqlarının təmirinə, bərpasına,yaxşılaşdırılmasına dövlət tərəfindən kifayət qədər vəsait ayrılır.Apardığımız araşdırmalar zamanı açıq mənbələrdən əldə etdiyimiz məlumatlarda təkcə 2014-cü ildə elektrik mallarının satınalınmasına 540 135.56 manat, 2015-ci ildə 502 554.92 manat məbləğində vəsait ayrıldığı görsənir. Düzdür həmin dövrdə Sumqayıt şəhərinə Bakının hazırki meri Eldar Əzizov başçılıq edirdi. Həmin dövrdə sözügedən vəsaitlərin hansı məqsədlərlə xərcləndiyi bəlli deyil. Bəlli olan odur ki, Zakir Fərəcov 2015-ci ildə Sumqayıt şəhərində rəhbərliyə başlayandan sonra abadlıq,təmir və yenidənqurma işləri geniş vüsət aldı. Külli miqdarda dövlət vəsaitlərinin talan edilməsi də məhz elə ondan sonrakı dövrlərə təsadüf edir. Elə Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsinə ayrılmış vəsaitlər də həmçinin. Sözügedən xidmət sahəsinə 2015-ci ildən sonra ayrılmış vəsaitlər ətrafında apardığımız araşdırmalar nəticə verməsə də 2020-ci ildə satınalmalar yolu xərclənən pullar barədə bəzi məlumatlar əldə edə edə bildik. Belə ki,
Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi tərəfindən mal-materialların satın alınması üzrə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 69 868.98 manat dəyərində satınalma müqaviləsi 17.11.2020-ci il tarixdə “WEB-SERVİS” firması ilə bağlanılıb.
Mal-material, elektrik avadanlıqlarının satın alınması üzrə açıq tenderdə 278 882.38 manat dəyərində satınalma müqaviləsi 03.11.2020-ci il tarixdə “İNTERKABEL” firması ilə bağlanılıb.
Mal-material, elektrik mallarının satın alınması üzrə açıq tenderdə 293 147.4 manat dəyərində satınalma müqaviləsi 10.09.2020-ci il tarixdə “İNTERKABEL” firması ilə bağlanılıb.
Mal-materialların, elektrik mallarının satın alınması üzrə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 297 513.4 manat dəyərində satınalma müqaviləsi 21.05.2020-ci il tarixdə “RELİABLE OİL SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.
Mal-material, elektrik mallarin satınalınması üzrə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 293 147.4 manat dəyərində satınalma müqaviləsi 16.04.2020-ci il tarixdə “İNTERKABEL” firması ilə bağlanılıb.
Mal və materialların satıalınması üzrə açıq tenderdə 260 802.42 manat dəyərində satınalma müqaviləsi 01.11.2019-cu il tarixdə “İNTERKABEL” firması ilə bağlanılıb.
Bağlanmış müqavilələrdən də göründüyü kimi Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi təkcə 2020-ci ildə “İNTERKABEL” firması ilə 865 177 manat dəyərində satınalma müqaviləsi bağlayıb.Ümumiyyətlə isə 2019-cu ilin noyabr ayından 2020-ci ilin həmin ayına qədər satınalmalar yolu Xidmət Sahəsi ilə “İNTERKABEL” firması arasında 1 125 979 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Qeyd olunan dövrdə digər MMC-lərlə bağlanmış müqavilələri də nəzərə alsaq,bu 1,5 milyon manat civarında vəsait edir. Bu vəsaitlərin nə qədərinin təyinatı üzrə xərclənməsi artıq sual altındadır. Onu xüsusilə vurğulamaq istərdik ki,xidmət sahəsi bir çox işlər üçün tenderləri gizlin şəkildə keçirib ki,bu da qanunvericiliyin tələblərinə zidd bir haldır. Məsələn, idarənin inzibati binasında təmir işlərinin aparılmasına dair mal-materialların satın alınması məqsədilə 06 0ktyabr 2020-ci il tarixdə elan olunmuş tenderin nəticələri satınalmaların saytında yerləşdirilməmiş, və bununla da ciddi qanun pozuntusuna yol verilmişdir.
Aktualinfo.org-un əldə etdiyi məlumatlarda bütün bu qanunsuzluqların başında Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi rəisi Əhməd Məmmədov deyil, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi,icra başçısının bacısı oğlu Hüseyn Həsənovun durduğu bildirilir.Məlumatlara görə iş o həddə çatıb ki, xidmət rəisi Əhməd Məmmədov evini belə satmaq məcburiyyətində qalib.Nəyə görə? İdarənin xərclərini ödəmək üçün. Ayrılmış vəsaitlər isə təbii ki, ya icra başçısının bacısı oğlu Hüseyn Həsənovun cibinə,yaxud da Zakir Fərəcovun şəxsi məqsədləri üçün sərf olunub.Maraqlıdır,görəsən Əhməd Məmmədovun evinin qiyməti Sumqayıtin qaranlıq küçələrinin işıqlandırılmasına neçə il bəs edib? Məlumatlara görə dayı,bacıoğlunun taladığı vəsaitləri qaytarmağa artıq Əhməd Məmmədovun satılası heç nəyi qalmayıb.Odur ki,aradan çıxmağa fürsət axtarır. Görsənən odur ki,Zakir Fərəcovun növbəti qurbanı Əhməd Məmmədov olacaq.Bəs kimi aldadıdıb yerinə təyin edəcək, gələcək göstərək.
Aktualinfo.org
Tarix: 15-02-2021, 14:31
-
Bu gün, 18:36
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
-
Bu gün, 18:33
Hikmət Babaoğlu və Elman Nəsirov arasında nə baş verib? - VİDEO
-
Bu gün, 18:28
“Nüvə silahından söhbət gedə bilməz” - Çin Rusiyaya hansı xəbərdarlığı edib?
-
Bu gün, 18:27
Ağcabədi sakininə saxta attestat verilib - "Heç yer qəbul etmir, araşdıran yoxdur"
-
Bu gün, 18:18
"İnsanların həyatına qənim kəsilmisiniz?" - ETİRAZ VAR!
-
Bu gün, 14:48
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var?
-
Bu gün, 14:44
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
-
Bu gün, 13:29
Katz: “İrana zərbə endirməyə hazırıq”
-
Bu gün, 13:25
"Kristal"dan ev almaq istəyənlər niyə 100 ölçüb, 1 biçməlidir? - Alıcıların əsas şikayətləri
-
Bu gün, 12:27
“Poz-Qazan”da bəxtəvər olmaq şansı neçə faizdir? Beş milyonda bir…
-
Bu gün, 12:18
Yas məclisləri ilə bağlı XƏBƏR - Bakıda tətbiq edilməyəcək
-
Bu gün, 12:08
108 il sonra Ərdoğan təkrarladı, yunanlar heyrətə gəldi: Xamenei detalı
-
Bu gün, 11:46
İki qardaş ölkələrin cəmi ixracatı dünyanın ən kiçik -cırtdan dövləti olan Sinqapurun ixracatından iki dəfə azdır
-
Bu gün, 10:10
İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
-
Bu gün, 10:01
“Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
-
Bu gün, 09:58
“QARA QİTƏ” UĞRUNDA ÖLÜM-DİRİM SAVAŞI... – Mineral resurslar bazarını kim ələ keçirəcək?
-
Dünən, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
Dünən, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
Dünən, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
Dünən, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
Dünən, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
Dünən, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
Dünən, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
Dünən, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
Dünən, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
-
Dünən, 09:37
Azərbaycanın ən kasıb 10 RAYONU hansılardır?
-
Dünən, 07:44
Fərəcov yenə Nigar Bağırovaya 280 minlik tender verdi - Rəqəmlər hər il böyüyür
-
Dünən, 07:42
Ukrayna “Mavi axın” qaz kəmərinin stansiyasına hücum etdi
-
Dünən, 07:39
ABŞ kəşfiyyatından sensasiya: İran atəşkəs dövründə raket arsenalının yarısını bərpa edib
-
Dünən, 07:36
Rusların qorxulu kabusu – Ukrayna dronları... VİDEO