Təhsilə görə "narahat olmayın, heç nə yaxşı olmayacaq" - FAKTLAR

Yeni dərs mövsümünün başlamasına görə keçirilən bəzəkli tədbirlərlə balacaların başını aldatsaq da, problemlər köhnədir. Elm və təhsil nazirinin son mətbuat konfransındakı mənzərəyə baxmaq kifayətdir ki, vəziyyətin nə yerdə olduğunu təkrarən görək. Təhsilin başqa sahələri bir yana, baza təhsili olan ümumtəhsil nə vəziyyətdədir?! Köhnə hamam, köhnə tas. Bir şeirdə deyildiyi kimi, "narahat olmayın, heç nə yaxşı olmayacaq".
Bu dəfə sizə dərin təhlil, uzun-uzadı analizlər deyil, konkret gerçəklikdən yazmağı qərara aldıq. Ümumtəhsil Agentliyinin (MÜTDA deyirlər) fəaliyyətindən, qurumun başında baş verən olaylardan azacıq məlumatınız olsa, bilərsiniz niyə düzəlmirik, təhsilimiz niyə belə reanimasyon durumdadır. Agentliyin iki illik işi niyə müsbət nəticə vermir? Bu vəziyyət birbaşa rəhbər şəxslər arasındakı münasibətdən və onların peşəkar səviyyələrindən qaynaqlanır.
Bilənlər bilir, bilməyənlər üçün qeyd edək ki, Agentliyin adı var, özünü isə işləməyə qoymurlar. Agentliyin gənc rəhbərliyinə xoşagəlməz halların aradan qaldırmağa nəinki imkan vermirlər, həmçinin neqativ halların artmasına rəvac verənlər, öz əməlləri ilə vəziyyəti ağırlaşdıranlar var. Bunlar kimlərdir və nə edirlər?
Ədalət üçün deməliyik ki, nazir Emin Əmrullayev bütün səhvləri və düzləri ilə islahatlar aparmaq, bacardığı qədər yenilik gətirmək istəsə də, Agentliyin direktoru Eşqi Bağırov ən azı öz perspektivi, öz adını ucaltmaq üçün cəhdlər etsə də, işpozanlar daha mahir oynayırlar. İşpozanların başında isə zorla MÜTDA-ya direktor müavini vəzifəsinə pərçim edilən Arslan Hacıyev durur. Bu adam o qədər bekar qalıb ki, Təhsil idarələrinin rəhbərlərinə ancaq adını internetdən götürdüyü bədii kitabları oxumağı tövsiyə edən göstərişlər yazmaq ideyası ilə rəhbər keyfiyyətlərini göstərir. MÜTDA direktorunun kadrı hesab olunmayan, təhsildən tamamilə uzaq (“pesoksatan” kliçkalı) A. Hacıyev Agentlikdə ancaq intriqa yaradır, layiqli kadrları sıxışdırır, iş bilən adamlara mane olur, öz adamlarını müxtəlif vəzifələrə təyin etdirmək üçün təzyiq göstərir və yersiz iddiaları naminə dəridən-qabıqdan çıxır. GundemXeber.Az-a daxil olan məlumata görə o, MÜTDA-nın direktor müavini olmağa hazırlaşan Nurlan İsmayılovun yerini tutub. A. Hacıyev hələ də əvvəl rəhbərlik etdiyi Qazax-Ağstafa Təhsil İdarəsini kurasiyasında saxlamaq, yerləşdirdiyi kadrları qorumaq üçün mübarizə aparır, Regional Təhsil İdarələrinin müdirlərinə gülünc tapşırıqlar verir.
Həmçinin MÜTDA-nın direktor müavini, Bakı Təhsil İdarəsinin direktor əvəzi Nərminə Hüseynova da “nazirin adamı” yarlığını əlində bayraq edərək Agentliyin rəhbərliyini aşkarca saymır, adi iclas və müzakirələrə qoşulmur, digər region idarə müdirləri üçün pis nümunə göstərir. Ən üzdə olan məktəblərin, yaxşı müəllimlərin Bakıda cəmləşməsinə rəğmən N. Hüseynovanın iki illik rəhbərliyi zamanında etdiyi yeniliklər və qazandığı cahanşümul uğurlar bunlardan ibarətdir:
1) Nazirlikdən gətirdiyi xidməti avtomobilini son model xidməti maşınla dəyişmək (Bu qədər baha maşın puluna bir məktəbi təmir etmək olardı. Müasir xidməti maşın ola-ola yenisini aldırmaq həm də dövlət vəsaitinin göyə sovrulmasıdır. Xidmətimaşın da bütün günü şəxsi məqsədlər, ailə üzvləri üçün istifadə olunur).
2) Bir neçə rəfiqəsi, yaxın qohumu, vasitəçilik edən direktorlar və əlaltıları vasitəsilə maraqlı (!) təyinatlar etmək.
3) Külli miqdarda dövlət vəsaiti ayrılmış internat məktəblərinə göydəndüşmə direktorlar yerləşdirmək.
4) İdarədə müəssisə rəhbərlərindən bahalı hədiyyələr toplamaq (sürücüsünün və köməkçisinin tez-tez xidməti maşına qucaq dolusu hədiyyələr daşımasına dair kamera qeydləri əl-əl gəzir).
5) Fotoqraf ərinə iki bahalı-lüks maşın almaq.
6) İdarənin iki müavinini, beş şöbə müdirini kənarlaşdıraraq yerinə təhsili bilməyən, idarəetmə təcrübəsi olmayan öz adamlarını təyin etmək (iş bilməyənlərin, hər əmrini sözsüz yerinə yetirənlərin yanında özünü rahat hiss edir, ona görə yaxın ətrafına gələcək "təmizləmə" planlarını da açıqlayıb).
7) Qoyduğu şərtləri yerinə yetirməyən məktəb direktorlarını, direktor müavinlərini, bağça müdirlərini əmək qanunvericiliyinə zidd olaraq işdən qovmaq (Buna görə də qəzəbə tuş gələnlərin böyük hissəsi məhkəmə qərarı ilə işə bərpa edilir, on minlərlə manat dövlət vəsaiti təzminat kimi ödənilir).
7) Əmək Müfəttişliyinə rekord həcmdə cərimə ödəmək (səhv əmrlərə görə iki ildə şəxsən 30 min manata yaxın müxtəlif cərimələri hansı vəsait hesabına ödəməsi digər yazının mövzusudur).
8) Rus sektoruna seçim zamanı müsahibə komissiyasının mənfi cavab verdiyi uşaqların bir çoxunu mübhəm şəxsi rəyi ilə müvəffəq etmək (İndiki zamanda bu, şəxsi maraqların təmin olunmasından və rus dilinə şübhəli təəssübkeşlikdən başqa bir şey deyil. Hamı bilir ki, N. Hüseynova ruskoyazıçnı “London çocuqları”ndandaır).
9) Məktəb yeməkxanalarının və idman zallarının icarəyə verilməsindən rəsmi və müqavilədən kənar (!) ödənişlər üzrə ikili mühasibatlıq yaratmaq (Qaydalara görə məktəblərin ehtiyacı üçün sərf olunmalı bu vəsaiti müavini Anarın vasitəsilə bildiyi kimi xərcləyir, heç bir açıq hesabat vermir).
10) Bakıda məktəbli-bağçalı 800-ə yaxın təhsil müəssisəsinin fəaliyyətini iflic hala salmaq (İkivəzifəli xanım bir dəfə olsun təhsilə, tədrisə həsr olunmuş müzakirə keçirməyib. Bakı üzrə son sentyabr konfransında çıxışını isə bir əməkdaşın alayarımçıq, pedaqoji əsası olmayan hesabatı üzərində qurub. Direktorlar həsrətlə gözləsə də heç bir perspektiv proqram açıqlamayıb, fəaliyyət istiqamətləri göstərməyib. Taleyin ironiyasıdır ki, tədbir zamanı işıqlar və mikrafon da bu rəzalətə dözməyərək sönüb. Bundan qəzəblənən xanım hələ də bu təxribatın və ya taleyin labüd silləsinin səbəblərini və günahkarlarını axtarmaqla məşğuldur.MÜTDA-nın Respublika üzrə sentyabr konfransında isə 3-cü sırada fəxri tamaşaçı kimi oturdulmaqla şərəfləndirilib).
11) İşə qəbul imtahanlarını ləğv edərək şəffaflığa arxa çevirmək, subyektiv müsahibələrlə işə qəbul sistemi icad etmək.
12) Böyük və yağlı məktəblərə öz rəfiqələrini direktor təyin etmək və onları yoxlamalardan qorumaq (Son olaraq 20 nömrəli məktəbə öz ən yaxın rəfiqəsini, hansı ki N. Hüseynovanın ad günündə də məclisin başında oturur və bütün yağlı xahişləri onun vasitəsilə qəbul edir).
13)Günlərlə işə gəlməmək, işə gələndə isə bir dəstə əshabələrlə qarşılanmaq ənənəsi yaratmaq.
Bunlar Bakı Təhsil İdarəsi direktorunun fəaliyyətinin kiçik xarakterik ştrixləridir. Otağında və bahalı restoranlarda rəfiq və rəfiqələri ilə qurduğu məclislərdə danışılanlar, hətta Agentlik, Nazirlik və sistemin əvvəlki rəhbərlikləri haqqındakı müzakirələri Nərminə Hüseynovanın iddialarının geniş üfüqlərə yayıldığını göstərir.
İxtisası beynəlxalq əlaqələr olan xanım müdirin təhsilə aid bir çıxışını izləyən, oxuyan olmayıb. Bakı Təhsil İdarəsindən bütün peşəkarları pərən-pərən salıb, idarənin direktor müavini professor Hüseyn Əsgərov kimi peşəkar, təhsili dərindən bilən şəxsi də 1 il qabaq işdən uzaqlaşdırıb. Hazırkı iki müavini Xəyalə Əhmədzadə və Anar Qədiməliyev isə yerin boşalmasını, nə vaxt birinci şəxs olacaqlarını gözləməklə məşğuldurlar. Ona görə də hər ikisi sirli şəkildə susur, hələki N. Hüseynova haqqındakı sirr boğçasını doldurmaqda maraqlı görünürlər.
Bakı təhsil şefinin idarəyə gətirdiyi şöbə müdirləri bir ayrı aləm vücudlardı. Ümumi təhsil şöbəsinin müdiri Turanə Məcidova ancaq direktorlara hədə gəlməklə və qeyri-praktik tapşırıqlar verməklə məşğuldur. Kadrlar şöbəsinin işini mənimsəyən Turanə xanım kadr bankı kimi çıxış edir, adi müəllimlərin qibtə etdiyi imkanlı namizədləri irəli çəkir. Bu işdə məktəb direktoru olan qaynanası da az rol oynamır. Kadr təyinatlarında aldığı rola görə İnsan resursları şöbəsinin müdiri Aygün Bayramova ilə duel vəziyyətindədir. Keçmiş müavin Anar Məmmədovun kadrı olan Aygün Bayramova İdarə rəhbərinin onun haqqındakı gizli planlarını bildiyi üçün hələlik sussa da, Nərminə Hüseynovanın qanuna zidd kadr təyinatları və ya qərəzli işdən azad etmələr haqqındakı əməllərindən ibarət qara çantasını da əlində möhkəm saxlayır, yaxınlarına bununla bağlı pıçıldayır. Yeri gəlmişkən belə qara işlərdən biri ictimailəşib artıq. Nərminə Hüseynovanın yaxın rəfiqəsi (hələlik adını çəkmirik) vasitəsilə olunan xahiş Agentliyin prinsipiallığı və nəzarəti sayəsində həllini tapmır. Təəssüf tamah güc gəlir, verilən vəsait geri qaytarılmır. Şikayət əsasında N. Hüseynova müstəntiq tərəfindən dəvət olunsa da, o saymazlıq göstərir, iş böyüyür. İstintaqçılar özləri Bakı Təhsil İdarəsinə gəlməli olurlar. Sonrası da Nərminə xanım üçün narın-narın davam edir, biabırçılığın böyüyəcəyindən, adlarının (!) hallanacağından narahat olan üstdəki şəxs işə qarışır, məsələ yoluna qoyulur.
İdarənin keyfiyyətsiz fəaliyyəti ilə keyfiyyətə cavabdeh şöbəsinin olmayan işindən isə danışmağa dəyməz.
Təchizat şöbəsi də özlərinin dediyi kimi təcili yardım xidməti göstərirlər, ürəyi gedən binalara valokardin iylətməklə məşğuldular. Digər gülməşəkərşöbə müdirləri də onlardan fərqlənməyən Bakı Təhsil İdarəsində at izi it izinə elə qarışıb ki, təhsildən başqa hər işlə narın-narın məşğul olan Nərminə xanım indi də Yeni Azərbaycan Partiyasının İdarədəki nümayəndəsini dəyişmək eşqinə düşüb. Özü YAP üzvü olmayan N. Hüseynovanın belə əqidədə olması da təəccüblü deyil. Bu haqda daha ətraflı yazımız olacaq.
Azərbaycan təhsilinin sahibsiz olduğunu zənn edən, öz sisteminin rəhbərinə "müəllim"siz xitab edə bilən bu zatlar anlamalıdılar ki, təhsilin əsas himayəçisi ölkə rəhbəridir. Onun belə islaholunmaz, hədbilməz səlahiyyət sahibləri haqqında ölçüsü isə çox təsirli ibrətamiz hekayəyə çevrilir. Çünki təhsil cameəsini narazı salmaq, bu sahəyə ac maraqların təmin olunması yeri kimi baxmaq cənab Prezident İlham Əliyevin kursuna qarşı getməkdən yana olmaqdır. O kursdan kənar yol isə uçuruma aparır. Qəzanız mübarək olmasın!
GundemXeber.Az
Tarix: 17-09-2025, 10:53
-
Bu gün, 14:48
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var?
-
Bu gün, 14:44
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
-
Bu gün, 13:29
Katz: “İrana zərbə endirməyə hazırıq”
-
Bu gün, 13:25
"Kristal"dan ev almaq istəyənlər niyə 100 ölçüb, 1 biçməlidir? - Alıcıların əsas şikayətləri
-
Bu gün, 12:27
“Poz-Qazan”da bəxtəvər olmaq şansı neçə faizdir? Beş milyonda bir…
-
Bu gün, 12:18
Yas məclisləri ilə bağlı XƏBƏR - Bakıda tətbiq edilməyəcək
-
Bu gün, 12:08
108 il sonra Ərdoğan təkrarladı, yunanlar heyrətə gəldi: Xamenei detalı
-
Bu gün, 11:46
İki qardaş ölkələrin cəmi ixracatı dünyanın ən kiçik -cırtdan dövləti olan Sinqapurun ixracatından iki dəfə azdır
-
Bu gün, 10:10
İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
-
Bu gün, 10:01
“Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
-
Bu gün, 09:58
“QARA QİTƏ” UĞRUNDA ÖLÜM-DİRİM SAVAŞI... – Mineral resurslar bazarını kim ələ keçirəcək?
-
Dünən, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
Dünən, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
Dünən, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
Dünən, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
Dünən, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
Dünən, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
Dünən, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
Dünən, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
Dünən, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
-
Dünən, 09:37
Azərbaycanın ən kasıb 10 RAYONU hansılardır?
-
Dünən, 07:44
Fərəcov yenə Nigar Bağırovaya 280 minlik tender verdi - Rəqəmlər hər il böyüyür
-
Dünən, 07:42
Ukrayna “Mavi axın” qaz kəmərinin stansiyasına hücum etdi
-
Dünən, 07:39
ABŞ kəşfiyyatından sensasiya: İran atəşkəs dövründə raket arsenalının yarısını bərpa edib
-
Dünən, 07:36
Rusların qorxulu kabusu – Ukrayna dronları... VİDEO
-
Dünən, 07:30
ABŞ Ukrayna üzərində uçuşa qadağan zona tətbiq edəcək
-
Dünən, 07:26
İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir? VİDEO
-
8-07-2026, 22:55
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib – Təfərrüat
-
8-07-2026, 22:52
Sakinlərin səbri tükəndi: Metronun "Ulduz" stansiyasının çıxışı niyə bərbad haldadır? - VİDEO
-
8-07-2026, 22:50
KMBİ-dən “Any Unboxing”ə qarşı əməliyyat - 2,5 milyona yaxın ziyan dəyib-Video