“Yəqin öz sahiblərinə də “atıb”” - Rasim Məmmədovun 5 milyon ziyan vurduğu sabiq deputatdan İLGİNC AÇIQLAMALAR
“Baku Steel Company”nin rəhbəri Rasim Məmmədovun həbs olunması xəbəri yayılıb.
Məlumatda bildirilir ki, bir müddət əvvəl Rasim Məmmədovun rəhbəri olduğu “Baku Steel Company”də yoxlamalar başlanıb. Aparılan yoxlama nəticəsində qanunsuzluqlar aşkar edildiyinə görə Rasim Məmmədov həbs olunub.
Bu günə qədər mətbuatda Rasim Məmmədovla bağlı kifayət qədər şikayətlərə rastlamaq mümkündür. Şikayətçilərdən biri də sabiq deputat Nazim Bəydəmirlidir. N.Bəydəmirli bildirirdi ki, Rasim Məmmədov ona 5 milyon manatdan artıq zərər vurub.
Nazim Bəydəmirli Rasim Məmmədovun həbsi ilə bağlı Cebhe.info-ya danışıb.
Sabiq deputat bildirib ki, 2012-ci ildə Rasim Məmmədovun başçılığı ilə 20-dən çox metal istehsalçılarına, o cümlədən onun təsisçisi olduğu Türkiyə-Azərbaycan birgə müəssisəsinə hücumlar olub:
“Mənim təsisçisi olduğum müəssisənin nizamnaməsi 1 milyon, əmlakı 5 milyon manatdan çox idi. 250 nəfərdən çox işçisi olan, qanuni fəaliyyət göstərən müəssisəsinin fəaliyyətini dayandırıblar. Bununla bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına, məhkəmələrə müraciətlər etmişəm. Bütün hüquq-mühafizə orqanlarında qəbulunda olduğuma baxmayaraq, Rasim Məmmədovu durdurmaq imkanının olmadığını dəfələrlə qeyd ediblər. Bir neçə şikayətim məhkəmə müstəvisində araşdırılıb və mənə vurulmuş maddi zərəri təmin etməyiblər, amma Rasim Məmmədovun bizə müdaxiləsini məhkəmə rəsmən qadağan etmişdi. 2014-cü ildə məhkəmə Daxili İşlər Nazirliyinə də hüquqi vəzifələrini yerinə yetirməklə bağlı göstəriş verib. Yenidən fəaliyyətimizi bərpa etdik, amma üç gün işləməmiş yenidən həmin qoçu dəstələri müəssisəyə hücum etdi. Bizim müəssisəni mühafizə edən Binəqədi rayon Mühafizə Polisinin gözü qarşısında mənə qarşı soyğunçuluq etdilər, telefonumu əlimdən aldılar, kameraları sındırdılar. Ora gələn jurnalistlərə zor tətbiq etdilər, kameralarını əllərindən aldılar. Yəni bu iş çox qalmaqallıdır. İllər boyu şikayətim araşdırılmayıb”.
N.Bəydəmirli bildirib ki, keçən həftə onun tərəfindən Avropa Məhkəməsinə şikayət olunub:
“Rasim Məmmədovun qanunsuzluğunu Azərbaycanda durdurmaq mümkün olmadığına görə Avropa Məhkəməsinə müraciət etməyə məcbur qaldım. Təbii ki, indiki halda Prezident Administrasiyasında olan prezidentin köməkçisi olan iki nəfər şəxsən bu məlumatı bilib. Vaxtı ilə onlara da müraciət etmişəm, qəbullarında olmuşam. Heç kim indiyə qədər bu məsələni həll etməyib. Çünki “Baku Steel Company” Rasim Məmmədovun ola bilməzdi, bu təfəkkürdə olan birinin belə bir böyük zavoda sahib olması və ora 200 milyonlarla (bunu özü televizya müsahibəsində deyir və bildirir ki, güya iki il ərzində zavoda 200 milyon dollardan çox vəsait qoyub-N.B,) vəsait qoyması mümkün deyil. O zaman da demişəm ki, belə təfəkkürdə olan, 2009-2010-cu ilə qədər xarici şirkətə avtomobil xidməti göstərən adamın belə böyük zavoda sahib olması hər zaman ritorik sual yaradır. Bu ağılla, dərrakə ilə biznes idarə etmək mümkün deyil və o, bu qədər əmlaka sahib ola bilməz. Ancaq Rasim Məmmədov çox qalmaqallı adamdır. Mənə də 5 milyon manatdan çox zərər vurub. Bu məbləğ müstəqil audit tərəfindən təsdiq olunub”.
N.Bəydəmirli sonda bildirib ki, bu cür halların yaşanmaması üçün məmur sahibkarlığına son qoyulmalıdır:
“Rasim Məmmədovun bu qədər gücü hardan aldığını Dövlət Təhlükəsizlik Xidməti araşdırsın. Hesab edirəm ki, onun havadarları dövlət idarəçiliyindən uzaqlaşdırılıblar deyə belə hadisələr baş verir. 9 ilə yaxındır onlarla sahibkar müxtəlif KİV-lərdə Rasim Məmmədov haqqında kifayət qədər şikayətlə çıxış ediblər. Niyə indiyə qədər bunlara reaksiya verilmirdi? Hesab edirəm ki, Rasim Məmmədov sahiblərinə “atıb”. Həmişə demişəm ki, o şirkət ölkədə monopoliya yaradıb, dövləti aldadıb. Görünür, Rasim Məmmədov həm də öz sahiblərini aldadıb. Çünki bu zavod Rasim Məmmədovun ola bilməzdi. Yəqin ki, Rasim Məmmədov bu zavod vasitəsilə külli miqrada vəsaiti xaricə çıxarıb və mənimsəyib. Ona görə də həbsə məruz qalıb. Təbii ki, bir Azərbaycan vətəndaşı olaraq hər zaman mənəvi hislərə üstünlük verirəm. Allah bütün həbs olunanların qapısını açsın. Rasim Məmmədovun həbsi ilə bağlı ən azı 500 nəfər mənə zəng edib, mesaj yazıb, hətta təbrik edirlər. Yəni hakimiyyət bu barədə ciddi şəkildə düşünməli və məmur sahibkarlığına son qoymalıdır”.
Tarix: 29-01-2021, 22:00
-
Bu gün, 09:42
“Nə tökərsən aşına, o da çıxar qarşına...”
-
Bu gün, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Bu gün, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Bu gün, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Bu gün, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Bu gün, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Bu gün, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Bu gün, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Bu gün, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Dünən, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Dünən, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Dünən, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Dünən, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Dünən, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Dünən, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Dünən, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Dünən, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Dünən, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Dünən, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Dünən, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Dünən, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Dünən, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür