Zaqataladan Əhmədzadələrin pulunun üstünə pul yığan Məmməd Şitayev kimdir? - İTTİHAM
Hələ 10-15 il əvvəl başlanılmış, Azərbaycanda regionların inkişafı Dövlət Proqramına uyğun olaraq, hər yerdə olduğu kimi Zaqatala rayonunda da bir sıra işlər görülüb, təhsil, səhiyyə müəssisələrinin, inzibati binalarının, yeni yolların tikintisi və əsaslı təmir işləri aparılıb, su və kanalizasiya sisteminin çəkilişi həyata keçirilib.Rayon mərkəzində Heydər Əliyev parkı müasir üslubda yenidən qurulub və parkın ərazisində ümummilli lider Heydər Əliyevin abidə kompleksi ucaldılıb.Burada Heydər Əliyev Mərkəzi,o cümlədən Beynəlxalq Hava Limanı,Olimpiya İdman Kompleksi, Müalicə- Diaqnostika Mərkəzi tikilərək istifadəyə verilmiş, rayon Mərkəzi Xəstəxanası, 3500 yerlik şəhər stadionu, rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, əlil və şəhid ailələri üçün yaşayış binası inşa edilmişdir.
Sözügedən bu abadlaşma və yenidənqurma işlərinə Dövlət Proqramı çərçivəsində nə qədər vəsaitin ayrıldığı bizə bəlli deyil. Amma onu deyə bilərik ki,təkcə 2012-ci ildə Zaqatalada baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə dövlət Fövqəladə Hallar Nazirliyinin xətti ilə 300 milyon manata yaxın vəsait ayırmışdı.Amma bu rayonda baş verən ikinci zəlzələdən sonra məlum oldu ki,birinci zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ayrılmış vəsaitin çox hissəsi talan edilib.
Aktualinfo.orq Zaqatala İcra Hakimiyyəti tərəfindən rayonda aparılan abadlaşma və yenidənqurma işlərinə dövlət satınalmaları yolu ilə ayrılmış vəsaitlər ətrafında apardığı araşdırmalarda maraqlı məlumatlar əldə edib. Təbii ki, bu işlərin həyata keçirilməsinə cəlb olunmuş şirkətlərin hamısı 2009-cu ildən rayona rəhbərlik edən Mübariz Əhnədzadəyə yaxınlığı ilə tanınır. Onlardan biri də “İstehsal Təmir Sahəsi” MMC-dir ki, bir neçə gün əvvəl İcra Hakimiyyəti tərəfindən keçirilmiş kotirovka sorğularının qalibi olub.Həmin kotirovka sorğuları aşağıdakılardır.
Zaqatala şəhər 12 saylı körpələr evi-uşaq bağçasının kotirovka sorğusu üsulu ilə cari təmiri üzrə 19 263.5 manat məbləğində satınalma müqaviləsi 12.04.2021-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
İnzibati binanın kotirovka sorğusu üsulu ilə cari təmiri üzrə 17239.8 manat məbləğində satınalma müqaviləsi 12.04.2021-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Zaqatala rayonu Qımır kənd körpələr evi-uşaq bağçasının kotirovka sorğusu üsulu ilə cari təmiri üzrə 4317.5 manat məbləğində satınalma müqaviləsi 26.10.2020-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Zaqatala rayonu Aşağı Tala kənd sakininə məxsus yaşayış evinin kotirovka sorğusu üsulu ilə təmiri üzrə 24692.59 manat məbləğində satınalma müqaviləsi 16.10.2020-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Zaqatala rayon Yuxarı Tala kənd sakini III qrup əlil Teymurxanova Zenfira Cəmaləddin qızına bir otaqlı fərdi yaşayış evinin kotirovka sorğusu üsulu ilə tikintisi üzrə 8501.9 manat məbləğində satınalma müqaviləsi 31.08.2020-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Zaqatala şəhər 13 saylı uşaq bağçasının qrup otaqlarının kotirovka sorğusu üsulu ilə cari təmiri üzrə 25676.68 manat məbləğində satınalma müqaviləsi 18.08.2020-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Zaqatala şəhər 13 saylı uşaq bağçasının 2-ci korpusunun dam örtüyünün kotirovka sorğusu üsulu ilə təmiri üzrə 19747.7 manat məbləğində satınalma müqaviləsi 18.08.2020-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Fərdi yaşayış evinin dam örtrüyünün kotirovka sorğusu üsulu ilə dəyişdirilməsi üzrə 4547 manat məbləğində satınalma müqaviləsi 18.08.2020-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Zaqatala rayonu 11 saylı körpələr evi-uşaq bağçasının 2-ci korpusunun dam örtüyünün kotirovka sorğusu üsulu ilə təmiri üzrə 16450 manat məbləğində satınalma müqaviləsi 11.03.2020-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Zaqatala rayonu 11 saylı uşaq bağçasının kotirovka sorğusu üsulu ilə təmiri üzrə 33 408.99 manat məbləğində satınalma müqaviləsi 26.09.2019-cu il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
MMC-nin Balakən rayonunda gördüyü işlər isə bunlardır.
Balakən rayon İcra Hakimiyyəti başçısının Şəhər Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Mal material üzrə 8000 manat məbləğində satınalma müqaviləsi 11.12.2020-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Mənzil fondunun əsaslı təmiri üzrə 41509.04 manat məbləğində satınalma müqaviləsi 12.10.2020-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Qeyd edək ki,keçirilmiş tender və kotirovka sorğuları barədə məlumatlara diqqət yetirdikdə ayrılmış dövlət vəsaitlərinin kiçik məbləğdə olmaları diqqət çəkir. Amma əldə etdiyimiz məlumatlara görə adıçəkilən MMC-nın rayon ərazisində apardığı böyük həcmli işlər ya tender keçirilmədən MMC-yə həvalə olunub,ya da ayrılan vəsaitlər nədənsə satınalmaların vahid məlumat bazaına yerləşdirilməyib. Məlumatlı şəxslərin sözlərinə görə demək olar ki, son 15 ildə Zaqatala rayonunda aparılan təmir-tikinti işlərinin böyük əksəriyyəti məhz “İstehsal Təmir Sahəsi” MMC tərəfindən həyata keçirilib. Bu isə o deməkdir ki, MMC Zaqatalada dövlət vəsaitlərinin talan edilməsində başlıca rol oynayıb. Sözügedən MMC kimə məxsusdur?
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.10.2001-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2011 manat olan MMC-nin hüquqi ünvanının ZAQATALA RAYONU, ZAQATALA Ş, qanuni təmsilçisi kimi isə Şitayev Məmməd Şəmsəddin oğlu qeyd olunub.
Bəs Məmməd Şitayev kimdir?
Əldə etdiyimiz məlumatlara görə Məmməd Şitayev hələ sovetlər dönəmindən Zaqatalada tikinti müəssisələrində çalışıb,rəhbərlik edib. Özəlləşdirmədən sonra rəhbərlik etdiyi müəssisəni “İstehsal Təmir Sahəsi” MMC-yə çevirib və rayon ərazisində aparılan tikinti işlərinin çoxunun başında dayanıb.Məlumatlara görə Məmməd Şitayevin rəhbəri olduğu MMC 2012-ci ildə Zaqatalada baş vermiş zəlzələdən sonra dağıntıların nəticələrinin aradan qaldırılmasına ayrılmış dövlət vəsaitlərindən kifayət qədər yararlanıb.
Məlum zəlzələdən sonra nəticələrin aradan qaldırılmasına,fərdi və çoxmənzilli kommunal yaşayış binasının bərpasına cəlb edilmiş şirkətlər arasınada Məmməd Şitayevin rəhbəri olduğu “İstehsal Təmir Sahəsi” MMC-də olub. Qeyd edək ki, zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə adı daha çox korrupsiyada, çirkli pulların yuyulmasında çəkilən, çoxu kağız üzərində yaradılmış, təcrübəsiz, daha çox FHN rəhbərliyində təmsil olunan şəxslərə v ə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı və onların qohumlarına məxsus olan və ya onlara yaxınlığı ilə seçilən, onların razılığı ilə inşaat işlərinə təyinat alan, heç bir tenderdən belə keçməyən, fəhlələrin əməyini istismar edərək haqqını kəsən, bəzən də verməyən şirkətlər olub.
Əldə etdiyimiz məlumatlara görə Məmməd Şitayevin şirkəti bölgədə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli bir çox qurumların da sifarişlərin icraçısı olub. Bu isə o deməkdir ki, son illərdə istər Zaqatala rayon İcra Hakimiyyətinin xətti ilə, istərsə də səhmdar cəmiyyətin xətti ilə Əhmədzadələrin pulunun üstünə pul yığanlardan biri də məhz Məmməd Şitayev olub.Təbii ki,bu yollarla qazandıqlarının hesabına özü də bölgənin ən varlı şəxslərindən birinə çevrilib.
Aktualinfo.org
Tarix: 16-04-2021, 18:18
-
Bu gün, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Bu gün, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Bu gün, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Bu gün, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Bu gün, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti