Goranboyun icra başçısı vəzifəsindən azad olunur - İDDİA
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin oğlunun İkinci Qarabağ savaşı zamanı Ermənistan hərbçiləri tərəfindən “girov götürüldüyü” ilə bağlı məqsədli şəkildə şayiələrin yayıldığı haqda məlumat vermişdik. Belə ki, rayon sakinləri arasında yayılan məlumatlara görə, guya, icra başçısının oğlu Nazim Quluzadə müharibədə ermənilərə “girov” düşüb.
Lakin araşdırmamız nəticəsində məlum olmuşdu ki, Nazim Quluzadə ümumiyyətlə müharibədə iştirak etməyib. Onun paytaxtda yerləşən “elit” hərbi hissələrin birində xidmət etdiyi ortaya çıxmışdı. Təbii ki, əgər buna “xidmət” demək olarsa…
Xatırladaq ki, cəbhədə qızğın döyüşlər getdiyi zamanlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə üz tutanların sayı-hesabı yox idi. Həmin günlərdə hətta məmur övladlarının cəbhəyə yollanmaq istədiyi barədə də informasiyalar yayılırdı. İndi isə məlum olur ki, Məhərrəm Quliyev hamının bir nəfər kimi Vətənin müdafiəsinə qalxdığı bir zamanda, heç bir idman nailiyyəti olmayan oğlunu “elit hərbi hissəyə” xidmətə gönədərməklə, onu döyüşdən yayındırmaq məqsədi güdüb.
Əvvəlki yazımızda Goranboy rayon icra başçısının əməkdaşımızın bu məsələlərlə bağlı sualına söyüşlə cavab verməsi haqda oxucularımızı bilgiləndirmişdik. Onu da qeyd etmişdik ki, sorğumuza cavab vermək icra başçısının vəzifə borcu olsa da, M.Quliyevin bu cür əxlaqsız davranışı onun “yerində olmadığının” göstəricisidir.
Sözsüz ki, belə yarıtmaz idarəçiliyi olan icra başçısının komandasının üzvləri də onun yolunu davam etdirməyə məhkumdur. Hansı ki, Goranboy rayon icra başçısının müavini Ceyhun Həsənovla bağlı da sakinlər tərəfindən çoxsaylı narazılıqlar mövcuddur…
Ancaq etibarlı mənbədən “Hürriyyət”ə daxil olan məlumat görə, icra başçısının müavini Ceyhun Həsənov bu günlərdə öz ərizəsiylə istefaya gedib. Belə fikirlər mövcuddur ki, C.Həsənov rayon sakinlərinin onunla bağlı “Hürriyyət”ə ünvanladığı şikayətlərdən qorxuya düşərək, belə bir addım atmağa məcbur olub. Ən maraqlısı isə odur ki, o, istefa ərizəsi yazdıqdan sonra bir-bir şikayətçilərlə görüşərək, onlardan halallıq istəyib. Sonda isə, sakinlərindən artıq onun haqqında heç yerə şikayət etməməyi xahiş edib.
Əlbəttə, məmurların böyük bir qisminin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, böyük pullar qazandığı Azərbaycanda uşaqdan böyüyə hər kəsə bəllidir. O da məlumdur ki, məmur oliqarxiyası bir tərəfdən büdcə vəsaitlərini talan edir, digər tərəfdən isə vəzifə səlahiyyətlərini aşıb sahibkarlara “xərac” kəsərək, ciblərini doldurmaqla məşğul olurlar. Rüşvət və korrupsiya üstündə bir neçə icra başçısı həbs olunsa da, bəzi rayonlarda bu hallar hələ də davam edir. İddia olunur ki, həbs olunan icra başçıları kimi, Məhərrəm Quliyev də təkcə büdcəni talan etməklə deyil, sahibkarlara “xərac” kəsməklə “ciblərini” doldurur.
Görünür, Ceyhun Həsənov da Məhərrəm Quliyevin qanunsuz göstərişlərini yerinə yetirmək məcburriyyətində qalıb və sonda bu cür göstərişlərin qanunsuz olduğunu görərək, istefa etmək məcburiyyətinə olub. Bu baxımdan da narazılıq edən rayon sakinləriylə görüşərək, halallıq istəyib.
P.S. Sonda onu da qeyd edək ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin də vəzifədən azad olunacağı bildirilir. Hətta bəzi bilgilərə görə, icra başçısının istefa ərizəsi artıq alınıb və hazırda təhvil-təslim işləri gedir… //hurriyyet.az//
Tarix: 3-04-2021, 14:57
-
Bu gün, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Bu gün, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Bu gün, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Bu gün, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Bu gün, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti