“Doyunca yemək olmur, əti yaddan çıxartmışıq” - İcra başçısı isə guya xəbərsizdir...
Kijabə qəsəbəsi Astara rayonun dağlıq ərazisində yerləşir. Yolmuz da bu qəsəbəyədir. Qəsəbənin əsas yolu asfaltlaşdırılsa da, ara yollar təmirsizdir. Qəsəbə sakini Təbriz Həndəmov deyir ki, bu illər ərzində azca asfalt yol salınıb, bir də təzə məktəb tikilib:
“Kim təzə yaşayış üçün fərdi ev inşa edibsə, bilin ki, ya Rusiyada işləyir, ya da biznesi var. İşsizlikdir. Cavanlar daş karxanalarına işləməyə gedirlər. İki ildən sonra onlarin da belində yırtıq əmələ gəlir, əlilə çevrilirlər. Deyirlər ki, daş karxanaları əlil istehsal edilən yerdir. Bunu bilə-bilə gedirlər. İndi əlillik də vermirlər. Sərt karantin rejimi olanda, (Koronavirus pandemiyasi ilə bağlı ötən ilin martından ölkədə karantindir. Rejim bəzən sərtləşdirilir) daş işinə də gedə bilmirlər.”
“Külək əsəndə elə bilirik ki, evi aparacaq”
Yolu maşınla davam etmək mümkün olmadı. Yolun yarısını piyada getməli olduq. Gəlib Həndəmovların yaşadığı evə çatdıq. Təbriz Həndəmovun sözlərinə görə, ev ötən əsrin 80-ci illərində inşa edilib:
“Sovet dövründə də ehtiyac içində yaşamışıq. Atam məcbur olub gildən ev tikib. Baxın, suvaqları tökülür. Evin arxa hissəsi əyilib. Qar, yağış yağanda qorxudan yata bilmirik. Külək əsəndə elə bilirik ki, evi aparacaq.”
Onun deməsinə görə, evin qəzalı vəziyyətə düşməsi onları çətinə salıb:
“O tərəfdən yer sürüşə-sürüşə gəlir. Hər dəfə yer sürüşəndə biz hiss edirik. Evin yararsız hala düşməsinin bir səbəbi də yerin sürüşməsidir. Yerin sürüşməsi nəticəsində qonşumun evi dağıldı, yenisini inşa etdilər. Mənə deyirlər ki,evin sürüşmə zonasından 50 metr uzaqdadır. İnanın ki, 20 metrdən də azdır. Bir gün torpaq üstümüzü örtəcək.”
“Fövqəladə Hallar Nazirliyi deyir ki, evi sığorta elə”
Təbriz Həndəmov-un deməsinə görə, rəsmi orqanlara dəfələrlə məktubla müraciət edib, lakin nəticəsi yoxdur:
“Əvvəllər ildə 1-2 məktub yazardım.İki ildir ki, tez-tez şikayət məktubları yollayıram. Fövqəladə Hallar Nazirliyi deyir ki, evi sığorta elə.Kim o evi sığorta edər? İndi heç məktublara da cavab vermirlər. Prezident dəfələrlə deyib ki, şikayət məktublarına həssaslıqla yanaşın.Allaha and olsun,imkanım olsayadı bunlara heç vaxt üz tutmazdım.Carəsizlikdən dövlət orqanlarına müraciət edirəm.”
Təbriz Həndəmovun həyat yoldaşı Əfsanə Həndəmova isə bunları deyir:
“Bu dağılmaqda olan evdə 7 nəfər yaşayır. Üç azayaşlı uşağımız var. Bizimlə Təbrizin bir bacısı və bir qardaşı yaşayırlar. Hər ikisinin gözləri görmür. Dünya işığına həsrətdirlər. Onlara əlillik verirlər, o pullar da dərmana gedir ”
“Doyunca yemək olmur, əti yaddan çıxartmışıq”
O deyir ki,bir uşağı məktəblidir, dərs ləvazimatlarını,məktəb paltarlarını ala bilmir:
“Doyunca yemək olmur, əti yaddan çıxartmışıq.Novruz bayramı olacaq ( martın 21-də).Bayram süfrəsini açmaq üçün 200-300 manat pul lazımdır. Bayrama bu qədər pul xərcləsək bütün ayı gərək ac qalaq.”
O deyir ki, sərt qış aylarını arxada qoyduqlarına görə sevinirlər:
“Bura dağdır. Hava sərt keçir. Təbii qaz yoxdur. Odunla keçinirik. Qışa odun tədarük etmək üçün 300 manatdan çox pul xərclənir. Həyətdə elə də ağac qalmayıb, çoxusunu kəsib qışa tədarük etmişik. Paltarla yatırıq.”
Təbriz Həndəmovun azyaşlı uşaqları şüşəsi olmayan pəncərədən boylanırlar. Rəngləri solğundur. Yenə Təbriz Həndəmov danışır:
“Həyətdə atamın əkdiyi naringi ağacları var.İldə bir dəfə 100-200 kiloqram məhsul dərib satıram.Onda evə ət alıram.İldə bir dəfə.Bakıya gedib orda ailəmi dolandıra bilərəm.Orda iş var. Baci və qardaşıma görə qalmışam burada.Ev də dağılır.”
Rəsmilər nə deyir?
Astara rayonun Kijabə qəsəbə icra nümayəndəsi Sədail Qasımov da deyir ki, Təbriz Həndəmovun problemlərində xəbərdardır:
“Onun evi köhnə evdir.Qabaqcadan desəydi icra hakmiyyətindən bir kömək olardı.Orda sürüşmə yoxdur.Qardaşı həyətdə ev tikib. Deyib ki,mən Bakıdan gəlmirəm, sən bu evi özün üçün düzəlt.Rayon icra hakimiyyətinə müraciət olunub, ona kömək üçün söz veriblər.Üç dəfə evində olmuşuq.İqtisadi vəziyyət deyəndə ki, orada iki yataq xəstəsi var.Hər dəfə yardım olanda onu nəzərə alıram.Kasıb ailədir...”
Tarix: 15-03-2021, 09:47
-
Bu gün, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Bu gün, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Bu gün, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Bu gün, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Bu gün, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti