Sabirabad sakini HAQQINI TƏLƏB EDİR - AXI NİYƏ?..


Sabirabad rayonunun Kovlar kənd sakini Azad Abasov həyat yoldaşı Təranə Abasovanın əlillik dərəcəsinin bərpasına kömək göstərilməsini xahiş edir.

 "DİA-AZ" xəbər verir ki, bunu o, öz müraciətində qeyd edib.;>
Şikayətçinin sözlərinə görə, həyat yoldaşı 2017-ci ildən revmatoid poliartrit xəstəliyindən əziyyət çəkir. 2020-ci ildə xəstəliyi ilə əlaqədar ona 3-cü qrup əlillik təyin olunub.;>
Azad Abasov bildirir ki, 2026-cı il iyulun 21-də Sabirabad Rayon Xəstəxanasında, iyulun 22-də isə Şirvan Şəhər Xəstəxanasında növbəti dəfə müayinələrdən və komissiyadan keçiblər. Lakin oktyabrın 3-də onlara əlilliyin təyin olunmasından imtina edildiyi barədə məlumat verilib.;>
Şikayətçinin iddiasına əsasən, imtinanın səbəbi kimi tibbi videomaterialların TƏBİB-ə göndərilməməsi göstərilib.;>
Vətəndaş qeyd edir ki, bundan sonra Sabirabad Rayon Xəstəxanasında yenidən videomateriallar çəkilərək Şirvan Şəhər Xəstəxanasının komissiyasına göndərilib. Ancaq buna baxmayaraq, indiyədək müraciətlərinə hər hansı cavab verilməyib.;>
Azad Abasov aidiyyatı qurumlara müraciət edərək məsələnin araşdırılmasını, həyat yoldaşının əlillik vəziyyətinin yenidən qiymətləndirilməsini və qanunvericiliyə uyğun olaraq əlillik dərəcəsinin bərpası məsələsinə baxılmasını xahiş edir.;>

Tarix: 9-11-2026, 09:58
Xəbəri paylaş



Xəbər lenti