|
Bu ilin yanvar ayında Kənan Əsədov yerli KİV-də BƏH-BƏHLƏ təqdim olundu: "30 yaşlı polkovnik aparat rəhbəri təyin olundu" Amma bu polkovnikin tərcümeyi-halına nəzər saldıqda da görmək olur ki, bu MÜBARƏK ÖZKEÇMİŞDƏ hərbi xidmət üçün zaman ayrılmayıb. Beləliklə... siz də tanış olun bu tərcümeyi-halla... Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Gömrük Komitəsinin (DGK) aparat rəhbəri vəzifəsinə yeni təyinat olub. Bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb. Kənan Elmar oğlu Əsədov 1996-cı ildə Bakıda anadan olub. 2013-cü ildə orta məktəbi qızıl medal ilə bitirərək, Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakultəsinə qəbul olub. 2014-cü ildən Birləşmiş Krallığın Edinburq Universitetində Maliyyə və Mühasibatlıq ixtisası üzrə bakalavr və magistr dərəcəsini fərqlənmə ilə bitirib. 2015, 2016, 2017 ci illərdə müvafiq olaraq Ernst&Young, Deloitte&Touche, İnvestaz şirkətlərində işləyib. 2019 – cu ilin iyul ayından Dövlət Gömrük Komitəsi Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Audit idarəsinin inspektoru vəzifəsində fəaliyyətə başlayıb. 2020-ilin noyabr ayında Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Risklərin idarəolunması idarəsinə inspektor vəzifəsinə təyin olunub. 2022-ci ilin yanvar ayında həmin İdarənin rəis müavini vəzifəsinə təyin edilib. 2023-cü ilin mart ayında Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Risklərin idarəolunması idarəsinə rəis təyin olunub. 2023-ci ilin oktyabr ayında Dövlət Gömrük Komitəsi Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub. 2025-ci ilin dekabr ayından Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Aparat rəhbəri vəzifəsinə təyin edilib. Ailəlidir, iki övladı var. BU QƏDƏR SADƏ... |