"Yük Taksisi.Az"ın yarım milyard manatdan çox borcu yığılıb - RƏQƏMLƏR


"Yük Taksisi.Az" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda borca düşüb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, "Yük Taksisi.Az" MMC-nin 607 min manat vergi borcu yaranıb.

Qeyd edək ki, "Yük Taksisi.Az" ("166 Yükdaşıma və Logistika") Böyük Qayıdış proqramı çərçivəsində köçlərin daşınması işlərini həyata keçirən əsas şirkətdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə bağlanan sonuncu razılaşma üzrə Ağdam şəhərinə, eləcə də Ağdam rayonunun Qərvənd və Eyvazxanbəyli kəndlərinə keçmiş məcburi köçkün ailələrinin və onların məişət əşyalarının daşınması, logistika və köçürülmə işləri üçün 2,5 milyon manatlıq müqavilə imzalanıb.

"Yük Taksisi.Az" MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Aqil Zeynalovdur. O, eyni zamanda 2016-cı ildə təsis olunan “Evakuator.Az” MMC-nin də direktorudur.


Tarix: Bu gün, 16:17
Xəbəri paylaş



Xəbər lenti