
Dövlət qurumlarının fəaliyyətinə, ayrılan vəsaitlərin xərclənməsinə və vətəndaşların, eləcə də sahibkarların şikayətlərinə münasibətdə daha tələbkar yanaşma formalaşır. Qarabağda bərpa və quruculuq prosesinə nəzarət daha da gücləndirilir. Son günlər bölgədə mühüm vəzifələr tutan iki şəxsin işdən azad edilməsi bu istiqamətdə yeni mərhələnin başlandığına dair müzakirələri aktuallaşdırıb.
"DİA-AZ" xatırladır ki, oktyabrın 22-də Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib. Çox qısa müddət ərzində isə Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədovun da vəzifəsindən uzaqlaşdırıldığı məlum oldu. Onun Maliyyə Nazirliyinin apardığı yoxlamalardan sonra vəzifəsini itirdiyi təsdiqlənib.
Yəni bəlli olanı odur ki, adamlar dövlətin ayırdığı pullarla DƏDƏ MALI kimi davranıblar.
Əslində onların bu həddə qədər BÖYÜMƏLƏRİNDƏ müəyyən dairələrin də rolu olub. Məsələn, hansısa keçmiş məcburi köçkün ailəsi onlara verilən evin keyfiyyətsizliyindən və yaxud da hansısa əskikliyindən gileylənə bilməzdi. Dərhal müdaxilə olunurdu və adamı dediklərini inkar etməyə məcbur edirdilər. Təbii ki, bu da Elçin Usubov və Leysan Məmmədov kimilərinə əlavə qol-qanad idi.
İndi yenə də anoloji şikayətlər var. Yenə də işin arxasında Leysan Məmmədovun adı çəkilir. Tahir Süleymanov adlı izləyicimiz fotofakt göndərək yazır:

"Bura Tuğ kəndidir. Leysan Məmmədovun ərazisi idi. İndi deyil... amma olduğu dövr bərpa işi aparan obyektdir. ev N⁰ 10. GPS kordinantı: 39.5792° N 47.0195° E..."
Hazırda durumun belə olduğundan da anlaşılır ki, Leysan Məmmədov dövlət puluna xor baxıb. hər halda nəticəsindən, daha dəqiqi nəticəsizliyindən bəllidir.
Qeyd edək ki, şikayətçi düşən narazı vətəndaş bundan sonrakı vəziyyətə də ümidli deyil. O daha sonra müraciətində bildirir: "Axırda "mazlayıb" "təhvil verəcəklər". Özlərinin mal pəyəsinə belə çürük materialdan istifadə etməzlər.... Amma camaatın yaşayış yerinə rəftarları budur. Yazıq Tuğ camaatı... 35 ildir ki ev gözləyir..."