Gömrük Komitəsində işçilərə İŞGƏNCƏ - 20 dəqiqə HAVA ALMA HÜQUQU...


Keçən günlərdə Dövlət Gömrük Komitəsinin yeni binasında işçilərin normal çalışa bilməsi üçün primitiv şəraitin belə olmadığını bildirmişdik. "DİA-AZ"ın məlumatında o da qeyd olunurdu ki, məhz texniki şərtlərə cavab verməməsi səbəbindən hətta qosqoca dövlət qurumunun yeməkxanası fəaliyyət göstərə bilmir. Çünki standartlara cavab vermir və açıq təhlükə mənbəyi hesab olunur.

Məlumatda qeyd etmişdik ki, hələ də Fövqəladə Hallar Nazirliyi binanın tam istifadəsi üçün müvafiq sənədləri verməyib. Amma buna baxmayaraq açılışı Prezidentin iştirakı ilə baş tutan DGK-nin binasında rəsmi dövlət qurumu öz fəaliyyətini sürdürür. 

İşçilər isə "DİA-AZ"a bildirirlər ki, əslində yeni binada fəaliyyət göstərmək işgəncəyə bərabərdir. Çünki tam havasızlıqdır və düzgün havalandırma sistemi olmayan binada işçilər az qala dustaqlar kimi gün ərzində cəmi 20 dəqiqəlik müddətə binanın balkonunda hava alma hüququna malikdirlər.

Bu da hamısı deyil. Məlumatı verən mənbə iddia edir ki, bəzən bu 20 dəqiqəlik hüquqdan da məhrum olurlar. Mənbə deyir:

"DGK-ya hansısa rəsmi qonaq gələndə bu 20 dəqiqəlik müddəti də kəsirlər. Qalırıq havasız şəraitdə. Səhərdən axşama kimi boğuluruq. Səbəbini soruşanda, deyirlər ki, göstəriş belədir. Siqaret çəkənlər isə lap işgəncə çəkirlər..."

ƏLAVƏ BİLGİLƏRİMİZ OLACAQ... Bizi izləməyə davam edin...

Tarix: Dünən, 12:21
Xəbəri paylaş



Xəbər lenti