Şəhid atasının pensiyası kəsilib: “Hökumət məni dərman puluna möhtac qoydu”

Vətən Müharibəsi Qəhrəmanı, XTQ qrup komandiri, şəhid Baş leytenant Valeh Bədəlovun atası Vahid Bədəlov əlillik pensiyasının kəsildiyindən narazılıq edib.

İndex.az xəbər verir ki, bu barədə şəhidin atası Vahid Bədəlov özünün sosial şəbəkə hesabında qeyd edib.

Şəhid atası bildirib ki, hamı Zəfər bayramını qeyd edir, sevinir, şənlənir. Ancaq qələbəni qazananların yadigarlarının isə gözünün yaşı qurumur.

O vurğulayıb ki, şəhid ailələri və qazilər Allah ümidinə buraxılıb: “Tək oğlumu vətənə qurban vermiş adamam. Bu hökumət 10 illik əlillik pensiyamı kəsdi. Məni dərman puluna möhtac qoydu”.







Tarix: 7-11-2026, 17:16
Xəbəri paylaş



Xəbər lenti