Fransız nazir Bakıdakı canilərə dəstək verdi: SƏRT etiraz - ZİBİLƏ DÜŞMÜŞÜK...


“Həll olunmamış humanitar məsələlər iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində müzakirə olunmalıdır”. Musavat.com xəbər verir ki, bunu Fransanın Xarici Ticarət və İnvestisiya naziri Nikolas Forissier Bakıda həbsdə olan ermənilər barədə deyib. Fransa Senatının üzvü Mari-Arlet Karloti bu mövzuda nazirə sual ünvanlayıb.

Fransız nazir isə bildirib ki, erməni məhkumlar məsələsinin həlli vacib şərtdir. Erməni mediası nazirin “hərbi əsirlər” ifadəsini işlətdiyini yazıb. Lakin bunun səhih olduğu məlum deyil. Əslində, ticarət və investisiya sahəsinə məsul olan nazirin Azərbaycanda həbsdə olan hərbi cinayətkarlar barədə danışması özü absurddur. Onun erməni məhbusların azad olunmasını normallaşma prosesini şərti kimi təqdim etməsi isə ikiqat nonsensdir. Çünki paraflanmış sülh mətnində antiterror əməliyyatından sonra yaxalanan hərbi canilərin azadlığa buraxılması məsələsi yoxdur.

Fransalı nazirin bu məsələyə münasibət bildirməsinin bir neçə siyasi və diplomatik səbəbi var. Bu, təsadüfi açıqlama deyil. Fransa son illərdə Ermənistanla siyasi, hərbi və iqtisadi əlaqələrini genişləndirib. 2026-cı ilin mayında iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsi imzalanıb. Buna görə Ermənistanla bağlı məsələlər Fransa hökumətinin xarici siyasət gündəliyindədir. Bu məsələnin gündəmə gəlməsində Fransa Senatının üzvü Mari-Arlet Karlottinin rolu var. O, Senatda Forissierə Qarabağdan köçmüş ermənilərin vəziyyəti və Bakıda saxlanılan ermənilər barədə birbaşa sual verib. Nazir həmin suala hökumət adından cavab verib.

Politoloq Züriyə Qarayeva Musavat.com-a deyib ki, Fransa bu məsələni təkcə öz parlamentində deyil, Avropa İttifaqı və digər beynəlxalq platformalarda da gündəmə gətirməyə çalışır:
“Azərbaycan Fransanın bu mövqeyini birtərəfli yanaşma kimi qiymətləndirir. Çünki qərəzli qiymətləndirmə var. Fransa separatizmə qarşı addımlar atdığını bildirir, amma Azərbaycanın daxili işlərinə qarışır.
Bizim keçirdiyimiz antiterror əməliyyatı beynəlxalq hüquq normalarına uyğun olub. Bu əməliyyat zamanı dinc əhaliyə zor tətbiq olunmayıb və ya mülki insnalardan zərər çəkən yoxdur. Həbs edilənlər isə 30 ildən artıq müddətdə silahlı birləşmələrə rəhbərlik ediblər, terrorçuluq, separatizmlə məşğul olublar. Fransa öz koloniyalarında oxşar vəziyyətlə qarşılaşarsa, beynəlxalq hüququ belə tanımaz”.

Politoloq hesab edir ki, Makron Fransası ilk vaxtlardan bu məsələlərdə Azərbaycan əleyhinə mövqe tutmaqdadır. Onun sözlərinə görə, Paris hökumət üzvünün bu çıxışı ilə bağlı izahat verməli və bəyanatlara son qoyulmalıdır.

Tarix: Bu gün, 08:54
Xəbəri paylaş



Xəbər lenti