Söhbət icra başçısı ilə təhsil ekspertinin birgə qurduğu “Kamal” hazırlıq kurslarından gedir. Hətta Rəşad Tağıyev Şəmkirdə icra başçısı vəzifəsinə yeni başladığı vaxtlarda “Kamal” hazırlıq kursunun yerli filiallarını açmışdı.
Lakin bir müddət sonra icra başçısı şərikini qurban verdi və Kamran Əsədovla yollar ayrıldı. Bununla da icra başçısının “Kamal”ı Kamransız qaldı.
Yeri gəlmişkən, Tağıyevlə Əsədovun işbirliyini təsdiqləyən detallardan biri də məhkəmə prosesində üzə çıxıb. Bu ilin avqustunda keçirilən proseslə bağlı mətbuatda xəbər yayımlanıb.
Dərc olunan materialda qeyd olunur ki, Kamran Əsədovla qaynı Gündüz Abbasovun işi böyüyür. Məhkəmədə zərərçəkən Ramin Abdullayevin nümayəndəsi ona dəymiş ziyanın ödənilməsini, həmçinin iş üzrə digər şəxslərin də prosesə çağırılmasını xahiş edib. Həmçinin şahid qismində ifadə verən Şəbnəm Heydərova təqsirləndirilən Gündüz Abbasovu tanıdığını, onun bacısının həyat yoldaşı olduğunu deyib.
O bildirib ki, Gündüz Abbasovu abituriyentlərə texniki vasitələrin verilməsinin qanun pozuntusu olduğu barədə əvvəlcədən xəbərdar edib.
Hakim isə şahidin ibtidai istintaqda verdiyi ifadəni xatırladaraq, Gündüz Abbasovun vaxtilə Şəmkirdə fəaliyyət göstərən kursda iki dəfə olduğunu, sonuncu səfəri zamanı isə hüquq-mühafizə orqanlarının əməliyyat keçirdiyini qeyd edib.
Bəli, Kamran Əsədovun qaynının Şəmkirdə “Kamal” kursunda olduğu sirr deyil. Bir sözlə, icra başçısının himayəsi və dəstəyi ilə
Şəmkirdə də fəaliyyət göstərən bu kurs keçmiş şəriklərin idi. Hazırda Rəşad Tağıyev bu məsələ ilə bağlı heç bir münasibət bildirməyib.
Qeyd edək ki, Rəşad Tağıyev bu təyinata qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. Yəni təhsil sahəsi ilə birbaşa bağlantısı olduğun görə bu sektorda biznes də qurub.
Ümumiyyətlə, belə görünür ki, Şəmkir rayonunun icra başçısı sarıdan bəxti gətirməyib. Bundan əvvəl Alimpaşa Məmmədovun hansı əməllərin sahibi olduğu məhkəmə istintaqı dövründə sübuta yetirildi. Onun ardınca bu vəzifəyə təyin olunan Tağıyevin də fəaliyyəti göz qabağındadır. Məsələ təkcə həbsdə olan Kamran Əsədovla hazırlıq kursu biznesi qurmaqdan getmir: mətbuatda icra başçısı haqda digər neqativ məlumatlara da rast gəlmək olar.
Məsələn, icra başçısının öən dövrdə səriştəsiz idarəçiliyi, yalnış kadr təyinatları xüsusi vuruğalnır. Alimpaşa Məmmədovdan qalma şəxslərlə işləməsi (hətta bəzilərinin məhkəmə istintaqında adı keçib) yaddaşlarda qalıb.
Eyni zamanda, KİV-də və sosial şəbəkələrdə Rəşad Tağıyevin Şəmkir Kommunal Müəssisələr Kombinatına (KMK) və digər qurumlara etdiyi bəzi kadr təyinatları (məsələn, Alişan Yusibov və Teymur Hacıyevin vəzifələrə gətirilməsi) yerli sakinlərin və müxtəlif media resurslarının tənqidinə tuş gəlib. Ümid edək ki, Rəçad Tağıyevin başçı təqdimatında xüsusi rolu olan ortaq dostlarımızın da olanlardan xəbərdardır. Cənab Prezidentin etimadından istfadə edib, şəxsi marağlara xidmət etmək məncə bir xəyanətdir.
Beləliklə, olanlar bunu bizə deməyə əsas verir ki,Şəmkirin icra başçısı üçün öz maraqları var və nə siyasətdə, nə biznesdə əbədi dostlar olur…