"Qanun şahdır, yoxsa cənab Mollayev?" - MÜRACİƏT

"Qanun şahdır, yoxsa AQŞ baş direktoru cənab Mollayev?" "DİA-AZ" xəbər verir ki, bu ritorik sualla çıxış edən tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı özünün sosial şəbəkə hesabında yazaraq əlaqədar qurum və şəxslərə xitab edir.NHMT sədri bildirir: 
"SOCAR AQŞ iki ilə yaxındır ki, ölkənin əmək qanunvericiliyinin aşağıda qeyd olunan maddələrini mütamadi olaraq pozur və cəzasız qalır. Müvafiq dövlət qurumları isə susur... Səbəb?Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172. 5-ci maddəsi: (Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə onun əmək haqqnln azı bir faizi məbləğində ödənc verilməlidir.) 178.1-ci maddəsi: (İşəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur.)İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir).ARƏM maddə 310. -da yazılıb ki, rəhbər işçilər , bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi –maddə 192.4 Əmək və digər ödənişlərin verilməməsi / natamam verilməsi zamanı vəzifəli şəxs 700 – 1 500 AZN miqdarında cərimə olunur..."Xatırladaq ki, buna qədərki açıqlamalırnda NHMT sədri sözügedən qurumda işçi hüquqlarının pozulması, əməkhaqqıların gecikdirilməsi və digər bu kimi anoloji hallarla bağlı davamlı olaraq xəbərdarlıqlar edib.
Tarix: Dünən, 23:14
Xəbəri paylaş



Xəbər lenti