Bakıda məşhur restoranda zəhərlənmə iddiası: AQTA araşdırmalara başladı - FOTOLAR

Bakı şəhəri, Nizami rayonunda yerləşən “Qızıl Qaya” restoranında zəhərlənmə şübhəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar aparılır.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

İlkin araşdırmalara əsasən, Agentliyin əməkdaşları tərəfindən restoranda keçirilən yoxlama zamanı müəssisənin ümumi sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, qida məhsullarının emalı və saxlanılması zamanı nöqsanlara və çarpaz çirklənmə risklərinə yol verildiyi müəyyən edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Bakıda məşhur restoranda zəhərlənmə iddiası: AQTA araşdırmalara başladı - FOTOLAR — foto 1Bakıda məşhur restoranda zəhərlənmə iddiası: AQTA araşdırmalara başladı - FOTOLAR — foto 2Bakıda məşhur restoranda zəhərlənmə iddiası: AQTA araşdırmalara başladı - FOTOLAR — foto 3Bakıda məşhur restoranda zəhərlənmə iddiası: AQTA araşdırmalara başladı - FOTOLAR — foto 4Bakıda məşhur restoranda zəhərlənmə iddiası: AQTA araşdırmalara başladı - FOTOLAR — foto 5
Tarix: Dünən, 14:35
Xəbəri paylaş



Xəbər lenti