Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı Səfiyə Möhbəliyeva Dubayda qurduğu lüks biznesini milyon dollara satmaq təklifini qəbul etməyib.Qeyd edək ki, Səfiyə Möhbəliyeva daha əvvəl atasının rəhbərlik etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında müəllim vəzifəsində çalışıb. Eyni zamanda, “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədr müavini olub.
1990-cı ildə anadan olan Səfiyə Möhbəliyeva Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sabiq sədri Səttar Möhbəliyevin oğlu, Qaradağ Rayon Polis İdarəsinin sabiq rəisi, polkovnik İsfəndiyar Möhbəliyevlə ailəli olub. Mətbuatda yayılan məlumatlara görə, İsfəndiyar Möhbəliyev boşanmaq üçün ötən il məhkəməyə müraciət edib.
Onu da bildirək ki, Əli Həsənovun oğlu Şamxal Həsənli də bir neçə ildir ABŞ-də yaşayır.