"DİA-AZ" xəbər verir ki, bu başlığı özünün sosial şəbəkə hesabında yerləşdirən tanınmış jurnalist Taleh Şahsuvarovla deputat Fazil Mustafa arasında yeni gərginlik yaranıb.Xatırladaq ki, Fazil Mustafa özünün sosial şəbəkə hesabında ad çəkmədən jurnalistlərdən birini öz yazdığı statusundan imtina etməkdə ittiham etmişdi.Fazil Mustafa yazır:"Jurnalistikamızın gününə, səviyyəsinə bax. Dilimizin elementar ədəb qaydalarını öyrənmədən yazı yazmağa çalışırlar. Adam bir deputata xitabən öncə yazır ki, "Yeganə adamsan ki, spiker səni parlamentdə sındıra bilmədi".
Fazil Mustafanın yazısı BURADA: Sındırılma belə olur! - Fazil Mustafadan SƏRT REAKSİYABuna cavab olaraq isə Taleh Şahsuvarov belə bəyan edir:"Fazil, sən əvvəlcə öz gününə, öz səviyyənə bax.Sənin yazdığın, elmi baxımdan heç bir tənqidə dözməyəcək "kitablar" Azərbaycan tarixinə, pozitiv elminə və Azərbaycançılıq ideologiyasına ən böyük qəsddir.Sən Şah İsmayılı "məzhəb faşizminin qurucusu" adlandıraraq milli düşüncə sistemindən əbədi qopmusan.Sən "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanunlarına əsaslanan etik normaları, mənim qənaətimə görə, ən çox pozan savadsız bir personasan.Sənin yerinə kim olsaydı, Prezident İlham Əliyevin Şah İsmayıl haqqında mövqeyindən sonra ən azı deputat mandatından imtina edərdi.Sən siyasi baxımdan sınmışın, siyasi-əxlaqi baxımdan rüsvay olmuşun, ideoloji baxıman məhv olmuşun ən yekəsisən.Dilini qoy qarnına!"Azərbaycançılıq ideologiyası çürüyüb" deyən Güntay Tölgənin statuslarını paylaşan sən idin!Cəsarətin çatırsa, Fətullah Gülənin saytındakı müsahibənin tezislərini demirəm,"Azərbaycanda türk kimliyi və saxta tarix problemi" adlı- mənim rəyimə görə- Fətulah Gülən paradıqması ilə yazdığın kitabdakı Azərbaycançılığa qarşı ideoloji sui-qəsdlərini yenidən dilə gətir.Sənin (bir siyasətçi olaraq) ədəbin, əqidən, xarakterin, prinsipin var?Varsa, açıqla:Surət Hüseynovun qorxusundan qaçdığın Türkiyədə hansı dini icmanın yataqxanasında qalırdın?Başqa bir önəmli sual: 2010-cu ildə mənim ulu nənəm (soyadını daşıdığım Şahsuvarın həyat yoldaşı) Gərəkməzin Sisyanın Comərd kəndindən olduğunu çox az adam bilirdi, biri sən idin.2010-cu ildə parlament seçkiləri ərəfəsində bu faktı PA-da Ramiz Mehdiyevə demisən, ya deməmisən?Bu "donos"dan sonra Ramiz Mehdiyev mənim MM-ə mümkün namizədlər arasındakı adımın üstündən xətt çəkib, ya çəkməyib?Mərhum İlyas İsmayılovun da iştirak etdiyi həmin iclasda mənim adımın üstündən xətt çəkdirərək Elxan Şükürlünü (Elxanla mənim bir şəxsi problemim yoxdur) hansı arqumentlərlə müdafiə etmisən, onu da söylə...Bir daha deyirəm, dilini qoy qarnına!!!"